ABŞ Prezident Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə keçirilən görüşdə ABŞ-ın İranın Çinə neft ixracını azaltmaq istiqamətində çalışacağı barədə razılığa gəliblər.
Axar.az xəbər verir ki, bu barədə "Axios" nəşrinə ABŞ-ın adı açıqlanmayan 2 rəsmisi məlumat verib.
“İran neftinin Çinə satışı məsələsində maksimum təzyiq siyasətini tam gücü ilə tətbiq etmək barədə razılaşdıq”, - deyə rəsmilər bildirib.