• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qovunu kimlər ehtiyatla yeməlidir?
İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ABŞ simasızlığının təcəssümü - Separatizmi ayaqda tutan milyonlar

Xəbərlər

18-11-2023, 21:37

ABŞ simasızlığının təcəssümü - Separatizmi ayaqda tutan milyonlar


Bir günlük antiterror tədbirlərindən sonra ABŞ-nin Azərbaycana qarşı təzyiq kampaniyası yeni mərhələyə keçib. Konqresdəki son dinləmələrdə çıxış edən ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn ölkəmizlə bağlı əsassız, qərəzli fikirlər səsləndirməklə Vaşinqtonun növbəti riyakarlığını ortaya qoyub. Bu dinləmələrin keçirilməsinə ən böyük dəstəyi ABŞ-dəki erməni lobbisi verib. Məlum dinləmələr və ölkəmizə qarşı yönələn qərarların qəbulu ilə bağlı rəsmi Bakının cavab addımları özünü çox gözlətməyib. Azərbaycan noyabrın 20-də keçirilməsi planlaşdırılan Vaşinqton görüşündən imtina edib, ABŞ rəsmilərinin ölkəmizə səfərləri təxirə salınıb. Vaşinqtona məlum bəyanatların ikitərəfli münasibətlərə ciddi zərbə vura biləcəyinə dair xəbərdarlıq ünvanlanıb.

Erməni himayədarlarının yırtılan maskaları

ABŞ və Fransanın timsalında bu gün yaşadığımız və vaxtilə işğal faktına münasibətdə üzləşdiyimiz ikili standartların varlığı Bakını son anda ərazi bütövlüyünün bərpası məsələsində təşəbbüsü öz üzərinə götürməyə vadar edib. Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini öz gücünə arxalanaraq təmin etməsi vaxtilə ATƏT-in Minsk qrupu qılafına bürünən erməni himayədarlarının maskalarını da yırtıb. “Sülh göyərçini”, “demokratiya carçısı”, “münaqişənin sülh yolu ilə ədalətli həllinə dəstək olan” dövlətlər gerçək simalarını ortaya qoyublar.

Separatizmi ayaqda tutan milyonlar

Vaxtilə işğalçını işğala məruz qalandan üstün tutan, Qarabağdakı separatçı rejim “rəhbərlərinin” ABŞ-yə səfərlərinə və ianələr toplamasına göz yuman Vaşinqton onların maliyyələşməsinə, dolayısı ilə separatizmin ayaq üstə durmasına dəstək olub. 1992-ci ildə Azərbaycana qarşı bədnam “907-ci düzəliş”in qəbulu, Qarabağdakı separatçılara minatəmizləmə adı altında ildə 10 milyon dollar vəsait ayrılması, separatçı rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə göz yumulması deyilənlərə əyani misaldır. Halbuki hazırda Azərbaycanın işğaldan azad olunan ərazilərində bir milyona yaxın mina basdırılıb. Bunu vaxtilə Ermənistan silahlı birləşmələri, separatçı rejimin quldurları ediblər. Amma nədənsə ABŞ-nin bir vaxtlar separatçılara etdiyi məlum jesti özümüzə münasibətdə görmürük. Azərbaycan yenə öz gücünə arxalanaraq Qarabağın hər qarışını gözəgörünməz düşməndən təmizləyir.

Azərbaycana ögey münasibət

Xatırladaq ki, Ukraynanın Donbas, Gürcüstanın Abxaziya və Osetiya, Moldovanın Dnestryanı ərazilərindəki separatçılara münasibətdə ABŞ heç vaxt belə humanist davranmayıb. Qərb dövlətləri, xüsusən də ABŞ bu ölkələrin ərazi bütövlüyünü birmənalı dəstəkləyib, separatçılara qarşı sanksiyalar tətbiq edib. Nədənsə eyni yanaşma Azərbaycana münasibətdə özünü göstərməyib. Təsəvvür edin, ABŞ ötən 30 illik dövrdə işğal faktına görə bir dəfə də olsun Ermənistanı, bu ölkənin siyasi hakimiyyətini qınamayıb, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası istiqamətində hər hansı addım atmayıb. Halbuki bu qətnamələrin qəbuluna səs verən bir ölkə kimi onun icrasını da işğalçı dövlətdən tələb edə bilərdi. Nəticə isə məlumdur. İşğal faktı ortadan qalxdıqdan sonra azad edilən ərazilərdəki vandalizm aktını bütün dünya gördü. Azərbaycanın bir milyondan artıq qaçqın və köçkününün pozulan hüquqları, ölkəmizə milyardlarla dollar həcmində vurulan zərər, minlərlə günahsız soydaşımızın erməni terrorunun qurbanına çevrilməsində birbaşa məsuliyyət daşıyan ölkələrdən biri də məhz ABŞ-dir.

Konqres qarşısında heç bir öhdəliyimiz yoxdur

Konqresdəki dinləmələrə gəlincə, Azərbaycanın ABŞ, onun Konqresi qarşısında hər hansı öhdəliyi yoxdur. Azərbaycan güclü iqtisadiyyata sahibdir və heç bir ölkənin maliyyə yardımına ehtiyac duymur. Belə reallıq fonunda Paris və Vaşinqton Azərbaycanla təzyiq dilində danışmağın qeyri-mümkünlüyünü dərk etməlidirlər. Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada bu ölkələr də olmayacaqlar. Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, 2001-ci ildə 11 sentyabr hücumlarından sonra məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. Münasibətlər birtərəfli ola bilməz.
Azərbaycan xalqı uzun illər bu riyakarlığı görüb və heç vaxt unutmayacaq. Azərbaycana diktə etmək istəyənlərə yeri göstəriləcək. ("Kaspi" qəzeti)

Oxunub: 369
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-11-2023, 10:11

ABŞ “öz ayağına sıxır” - Vaşinqton Bakıya qarşı məkrli oyunda nələr itirəcək?

Xəbərlər

9-06-2023, 12:41

Vaşinqton görüşü təxirə düşdü: Bakı Qarabağda hansı gedişi edə bilər?

Xəbərlər

3-01-2023, 20:38

Ermənilər indi də ABŞ-a YALVARIR: Azərbaycana qarşı SANKSİYA ÇAĞIRIŞI

Xəbərlər

18-11-2022, 21:46

Bakıdan Parisə XƏBƏRDARLIQ: Neft-qaz müqavilələri ləğv edilir?

Xəbərlər

26-07-2022, 16:55

Qarabağda növbəti hücum: Bakının cavabı necə olacaq?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qovunu kimlər ehtiyatla yeməlidir?
İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Son xəbərlər
  • Bu gün, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • Bu gün, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • Bu gün, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • Bu gün, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • Bu gün, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Bu gün, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Bu gün, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • Dünən, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • Dünən, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • Dünən, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • Dünən, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • Dünən, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • Dünən, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • Dünən, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • Dünən, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • Dünən, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • Dünən, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • Dünən, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Dünən, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Dünən, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Dünən, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • 19-08-2026, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • 19-08-2026, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • 19-08-2026, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • 19-08-2026, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • 19-08-2026, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • 19-08-2026, 15:47
    Alzheimer ağızdan başlayır?
  • 19-08-2026, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • 19-08-2026, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə