• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
Qovunu kimlər ehtiyatla yeməlidir?
İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İran Paşinyanı devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ

Xəbərlər

7-11-2023, 19:22

İran Paşinyanı devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ



İran KİV-ləri məlumat verir ki, Ermənistan parlamentinin iki deputatı - Ermənistanın ikinci prezidenti Robert Köçəryanın başçılıq etdiyi Ermənistan fraksiyasının üzvü, Serj Sarkisyan hökumətində keçmiş iqtisadiyyat naziri və Nikol Paşinyanın birinci hökumətində kənd təsərrüfatı naziri olmuş Artur Xaçaturyan, habelə fraksiyanın digər üzvü, xanım Aqnes Hamoyan danışıqlar üçün İrana gedib.

İranın “Etemad” nəşri xatırladır ki, Paşinyan hakimiyyətə gələndə danışıqların sıfır nöqtəsindən başlayacağı və yekun nəticənin Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ “xalqları” tərəfindən qəbul edilməli olduğunu demişdi. Bu yönəldirici sualın cavabında Aqnes Hamoyan bildirir ki, Paşinyanın dağıdıcı siyasətindən sonra nəticə yalnız Azərbaycan xalqı tərəfindən qəbul edilib. “Bu gün biz nəinki “artsax”ı itirmişik, həm də Azərbaycan qüvvələri Ermənistanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin bir hissəsini də işğal edib”.

A.Xaçaturyan isə deyir ki, Rusiya-Ukrayna münaqişəsi, Ermənistan-Azərbaycan böhranı və hətta Yaxın Şərqlə bağlı hadisələrin kökünü dünya gücləri arasındakı ixtilaflarda görmək lazımdır. O deyir ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixi “Sünik (Zəngəzur), Tavuş əyalətləri, Sevan gölünün şərqinə və əlbəttə ki, “Artsax”a iddia edib, amma Ermənistan bu iddiaları tanımayıb, odur ki, Dağlıq Qarabağa iddiaları legitimdir.

Avropa müşahidə missiyasının heç bir effektə nail olmadığını deyən Xaçaturyan Ermənistanın öz təbii müttəfiqlərinə-İran və Rusiyaya üz tutmalı olduğunu deyib. O, İranın sülh danışıqları üçün daha yaxşı vasitəçi ola biləcəyi haqda qənaətlərini də bölüşür: “Türkiyənin panturanist siyasəti Ermənistan və İranı narahat etməli olsa da, Ermənistan bu fürsətdən istifadə etməyib və çox riskli oyun oynayır. Amma “Paşinyan hökuməti niyə İranın imkanlarından istifadə etmir” sualının cavabı mənə çox aydın deyil və Ermənistanın milli maraqlarına ziddir”.

Xaçaturyan növbəti təhrikedici suala cavabında bildirir ki, mövcud vəziyyəti dəyişmək üçün ilk addım Ermənistanda hakimiyyəti dəyişməkdir, çünki bu, ən azı mövcud vəziyyəti dəyişməyə şans verə bilər. “Erməni xalqının psixi durumunu anlayan Paşinyan onlara iki variant təqdim etdi: Müharibə və ya sülh yolu. Amma sübut olunur ki, Bakı ermənilərin hər bir geri çəkilməsindən və güzəştlərindən sonra yeni tələblər irəli sürür”,

Bu ilin iyulunda da İranın “Sahrgdaily” qəzeti Ermənistan parlamentinin digər iki üzvünün müsahibəsini dərc etmişdi. İstər “Etemad”, istərsə “Shargdailly” İranda islahatçılar deyilən qanada yaxındır. Hər iki nəşrin 5 ay fərqlə müxtəlif deputatlardan etdiyi müsahibənin məzmunu və məqsədi də, yönəldici suallar da eynidir. “Shargdailly” sual edirdi ki, Nikol Paşinyan, xüsusilə II Qarabağ müharibəsindəki hərəkətlərinə görə tənqidlərin artmasını nəzərə alsaq, 2021-ci il seçkilərində niyə yenidən baş nazir olaraq qaldı? Ermənistan müxalifət hərəkatının Paşinyanı aradan götürmək üçün lazımi siyasi gücü yoxdurmu?

“Ermənistan” fraksiyasının deputatı, Daşnaksütun Partiyasının üzvü, türkoloq Geqam Manukyan bildirirdi ki, savaşdan sonra Paşinyan və partiyası şokdan özünə gələ bilməmiş, nə baş verdiyini anlamayan xalqla üz -üzə qalıb. Şuşa və Hadrutu qaytarmaq vədi versə də, əməl etməyib, siyasətini 180 dərəcə dəyişib. Təəssüf ki, erməni müxalifəti də resurslar kafi olmadığından bu hökuməti devirə bilməyib; amma bu, müxalifətin əsas məqsədi olaraq qalır.

“Şərəfim var” Partiyasından deputat Anna Mkrtçyan isə deyirdi ki, Paşinyanın yenidən seçilməsinə səbəb iki əsas amil olub; qorxu və hiylə. Paşinyan millətçi hökumətin hakimiyyətə gələcəyi təqdirdə yeni müharibə təhlükəsi ilə xalqı qorxutdu. İkinci amil hiylə idi. Paşinyanın təqdim etdiyi proqram emosional proqram idi və o, “Artsax”ın “işğal” olunmuş rayonlarını, o cümlədən Hadrut və Şuşanı geri alacağını vəd edirdi”. O iddia edir ki, Paşinyan kütləvi həbslərlə də erməni cəmiyyətində qorxu mühiti yaradıb. “Çox açıq deməliyik ki, bəli, təəssüf ki, bu gün müxalifətin Paşinyanı aradan götürməyə gücü çatmır”.

“Shargdaily”ni “Gallup”-ın son sorğularına görə, Ermənistanda İrana etimadın azalması da narahat edir. Mkrtçyan bu narahatlığı bölüşmür, hələ etimadın yüksək olduğunu deyir. Sorğunun məqsədinin İran olmadığı, ümumən erməni ictimai rəyini öyrənmək olduğunu vurğulayır.

Müsahibə boyu erməni müxalifətini Paşinyana qarşı təhrik etmək, birləşdirmək çağırışları davam edir. İran mediası açıq şəkildə Ermənistan daxili siyasətini müdaxilə etmək, özünə xas şəkildə dizayn etməyə çalışır. “Shargdaily” iddia edir ki, Paşinyanın zəifliyi və Rusiyanın əsas diqqəti Ukrayna yönəltməsi ABŞ-a imkan verib ki, Dağlıq Qarabağ münaqişəsinə daha çox müdaxilə etsin. Ağ evin məqsədi Rusiyanı mühasirəyə almaq, Qafqazda Tehran və Moskvanın iştirakı olmadan geosiyasi münasibətlər sistemi qurmaqdır.

İran mediası min illərə dayanan fars-erməni dostluğu haqda ballada təbliğatı apardığı, erməni müxalifətini “türkpərəst Paşinyana” qarşı səfərbər etdiyi vaxt Qərbin bir çox nəşrləri Qarabağın xristian erməni sakinlərinin qaçqın düşməsi haqda miflər tirajlamaqdadır.

“Philos Project” xristian hüquq müdafiə təşkilatının sədri Robert Nikolson bildirib ki, “indiki mərhələdə Azərbaycanın Ermənistanın cənubuna təcavüzü mümkündür”. Nikolsonun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu “çox açıq” deyiblər. “Türk-İslam beynəlxalq üstünlüyünü bərpa etmək” planının bir hissəsi kimi “Cənubi Ermənistanı tutmaq istəyirlər”. Nikolson izah edib ki, Ermənistanın cənubundakı Sünik bölgəsi “İstanbuldan Orta Asiyaya qədər uzanan vahid türk federasiyası pantürkist xəyalının qarşısında duran yeganə torpaq parçasıdır”. “Əliyev əlavə əraziləri ələ keçirmək istəyini açıq şəkildə müzakirə edib”, - Nikolson bildirib. “O, bu yaxınlarda hökumət rəsmilərinə Ermənistandakı şəhərlərə Azərbaycan adlarının verilməsinə başlamağı tapşırıb və bu yaxınlarda Türkiyə ilə birgə konfrans keçirərək, Azərbaycanın tarixi iddialarının olması ilə bağlı revizionist ideyanı təbliğ edib.

Həm xristian radikallarının, həm İranın “məzlum erməniləri” eyni dərəcədə müdafiə etmək çağırışları, antitürk və azərbaycanofob mövqedən çıxış etməsinin sirri isə yalnız “İmamın kölgəsinə” əyandır. Digərləri belə sirləri anlamaz.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 407
Paylaş:
Digər xəbərlər

Xəbərlər

6-10-2023, 13:19

Bizə silah lazımdır, Azərbaycan açıq şəkildə deyir ki… - Xaçaturyan

Xəbərlər

26-03-2023, 12:23

Ermənistan prezidenti Türkiyəyə TƏŞƏKKÜR ETDİ

Xəbərlər

5-12-2020, 13:32

Paşinyan xalqa müraciət etdi: "Ermənistan Qarabağın əvəzinə..."

Xəbərlər

15-08-2019, 00:37

Azərbaycan XİN-i Ermənistana Şərq atalar sözü ilə CAVAB VERDİ

Manşet / Gündəm / Xəbərlər

24-07-2018, 10:02

XİN: Azərbaycan Ermənistana kifayət qədər güzəştə gedib

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
Son xəbərlər
  • Bu gün, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • Bu gün, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • Bu gün, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • Bu gün, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • Bu gün, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • Bu gün, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • Bu gün, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • Bu gün, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • Bu gün, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • Bu gün, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • Bu gün, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Bu gün, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Bu gün, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • Dünən, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • Dünən, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • Dünən, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • Dünən, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • Dünən, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • Dünən, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • Dünən, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • Dünən, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • Dünən, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • Dünən, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • Dünən, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Dünən, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Dünən, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Dünən, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • 19-08-2026, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • 19-08-2026, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə