ABŞ İsrail rejiminin törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşıyır.
Axar.az xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneinin siyasi müşaviri, kontr-admiral Əli Şamxani deyib.
“ABŞ-ın bölgədə geniş miqyasda mövcudluğu, həmçinin daha çox qətllər üçün İsraili pul və silahla təmin etməsi və son böhranda mediada Təl-Əvizə siyasi dəstək verməsi sübuta yetirilib. Sionist ordu işğal olunmuş Fələstində ABŞ-ın nümayəndəsidir və Vaşinqton bütün cinayətlərə görə məsuliyyət daşıyır”, - Şamxani bildirib.
Onun sözlərinə görə, ABŞ ölkələri Qəzzanın müdafiəsiz xalqına kömək etməmək barədə xəbərdarlıq edir, eyni zamanda özləri sionistlərə misli görünməmiş hərbi, kəşfiyyat, maliyyə və media dəstəyi verirlər:
“Bəzi hökumətlər məzlum Fələstin xalqının soyqırımı ilə nəticələnəcək bu proseslə razılaşa bilər, lakin dünyanın azad insanları və müqavimət qüvvələri fələstinlilərə qarşı borcunu yerinə yetirəcək”.