Tehranda 3+3 formatında keçiriləcək görüşdən iki səbəbə görə nəticə gözləməyə dəyməz. Birincisi, Gürcüstan Rusiyanın torpaqlarını işğal etdiyinə və bu ölkə diplomatik münasibətləri kəsdiyinə görə 3+3 formatında iştirak etmir. Bu, Gürcüstanın təbii haqqıdır. İkincisi isə 3+3 formatının digər iki iştirakçısı olan Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmaması da regional əməkdaşlığa əsas əngəldir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, xarici işlər nazirləri Tehran təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklər:
“Bunların reallığa çevrilməsi üçün formatın digər iki üzvü - Rusiya və İran Ermənistanı Azərbaycanla sülh sazişinin imzalanmasını uzatmamağa çağırmalıdır. Ancaq belə çağırışlar yoxdur. Halbuki Ermənistanın Qərblə hərbi sahədə əməkdaşlığını genişləndirməyə çalışması Moskva və Tehranda narahatlıq doğurmalıdır”.
Qeyd edək ki, görüş bu gün Tehranda baş tutacaq.