Nazirlər Kabineti "İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında" qərar verib.
Milli.Az xəbər verir ki, müvafiq sənədi baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl beş gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.