• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
Bağırsaq xərçənginin ağızda görünən 4 əlaməti
Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
Dünya yeni müharibənin astanasındadır – Çinə qarşı “cəhənnəm ssenarisi”
Dişləri qıcamaq - Ekspert qorxulu xəstəliyin əlamətindən DANIŞDI
Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası
Niyə hemofiliya kişilərdə daha çox olur?
Vuçiç NATO ilə müharibədən imtina etdi
“Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
Ayaqlardakı ağrının 7 əsas səbəbi
Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
Güclü külək əsəcək – Xəbərdarlıq edildi
Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İranda etnik savaş: Erməni lobbisi cənubi azərbaycanlılara qarşı

Xəbərlər

8-08-2023, 19:07

İranda etnik savaş: Erməni lobbisi cənubi azərbaycanlılara qarşı


İRNA-da Azərbaycan-İran münasibətlərinə dair başaldadıcı pozitiv materiallar dərc edilsə də, digər KİV-lər antiazərbaycan fəaliyyətlərini eyni templə davam edir.

SNN.İr saytı Türkiyə xarici işlər naziri Hakan Fidanın Zəngəzur dəhlizi haqda dediklərini “Əliyev rejiminə” verilmiş növbəti məcburi tapşırıq adlandırır. Nəşrə görə, “Cənubi Qafqazda Türkiyənin faşist və millətçi yanaşmasına, türk dünyasının yaradılmasına müxalif olan İslam Respublikasının ölkənin şimal-qərb sərhədlərində hər hansı dəyişikliyə yol verilməyəcəyi ilə bağlı mövqeyi rasionaldır”.

Azərbaycan və Türkiyə İranın bu yanaşmasını neytrallaşdırmaq, NATO-Turan dəhlizi (Zəngəzur) ideyasını reallaşdırmaq üçün iki istiqamətdə təbliğat aparır:

1) Ərdoğanın Bakıya səfərindən az sonra həyata keçirilən ilk layihə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının tullantılarının bu çaya daxil olması səbəbindən Araz çayının suyunun zəhərləndiyini gündəmə gətirmək idi. Guya bu haqda təbliğati materiallar heç bir etibarlı elmi məqalələr olmadan İran qəzetlərində, xəbər agentliklərində və yerli kiberməkanda geniş şəkildə dərc olunub, yerli məmurların bəzi yanlış mövqelərinə səbəb olub. “Amma bu plan ölkə mediasının dəqiq və elmi məlumatları sayəsində səmərəsiz oldu və regionda təhlükəsizlik mühitini gərginləşdirə bilmədi”. Xatırladaq ki, Metsamorla bağlı vəziyyət həm Türkiyə, həm Azərbaycan tərəfindən ötən əsrin 90-cı illərindən etibarən müxtəlif beynəlxalq qurumlarda dəfələrə qaldırılıb, yəni İran KİV-ləri bunu “Ərdoğanın son səfərindən sonra həyata keçirilən layihə” kimi təqdim edəndə, sadəcə ağ yalan yazırlar.

2) Nəşrə görə, daha vacib və daha mütəşəkkil görünən ikinci layihə “Urmiya gölünün xilası” adlı plandır. Bu zaman İran İslam Respublikasının qurumları, mərkəzi hökumət Azərbaycanı sıxışdırmaqda, Urmiya gölünün qurutmaqla Azərbaycanın bölgələrinin demoqrafik strukturunun dəyişdirməkdə, etnik toqquşmalarda ittiham olunur.

Nəşr iddia edir ki, bu iki layihə hazırda Türkiyə və Bakının xüsusi xidmət orqanları tərəfindən İranın Azərbaycan bölgələrində ictimai və təhlükəsizlik mühitini gərmək üçün həyata keçirilir. Məqsəd Türkiyə və Bakının Ermənistana qarşı hər hansı hərbi əməliyyatı zamanı İranın Azərbaycan bölgələrindən erməni torpaqlarına çıxışını kəsmək; Şimal-qərb sərhədlərində İran silahlı qüvvələrinin hər hansı bir hərəkəti etməsini qarşısını almaqdır.

“Ziaossalehin” nəşri mövzunu bir az da dəqiqləşdirir, İran daxilində etnik türk-azəri lobbisinin mövcudluğu, bu lobbinin Bakı və Ankaranın maraqları naminə İranın dövlət mənafelərinə zidd fəaliyyət göstərməsi haqda II Qarabağ savaşı günlərindən üzü bəri tez- tez rastalşdığımız türkofob-irqçi ittihamları təkrarlayır. Nəşr yazır ki, etnik lobbinin media-psixoloji şantajının yeni - “Urmiya gölünün quruması ilə bağlı mənfi təbliğat layihəsi” başlayıb. Nəşr ittihamlarını belə sıralayıb:

- Bakı və Ankara ilə bağlı olan etnik lobbi Arazın çirklənməsində Ermənistanın roluna diqqət yetirərək, Bakı və Ankaranın ardıcın çirklənməsinə və azalmasına səbəb olan destruktiv hərəkətlərə susmasının səbəbi nədir?

- “Bakı və Ankaraya bağlı qurdpərəstlər”in “Arazın çirklənməsində mis zavodunun, Metsamor nüvə stansiyasının rolunu şişrtməsində hansı amillər təsirli olub?

- Erməni mis zavodunun Arazı çirkləndirməsi ilə bağlı şişirtmənin Əliyev hakimiyyətinin Bakının Xəzər dənizinin neftlə çirklənməsi və “nüvə tullantı sularının Araza axıdılmasında rolu”ndan ictimai rəyi yayındırmaqla nə əlaqəsi var?..

Beləliklə, İran KİV-lərində azərbaycanlı əhalisinin nəinki dil hüquqları, hətta ekoloji fəlakət barədə danışmasına qarşı açıq çağırış edilir. Bu mövzuda yazıb danışan hər şəxs də “işpion” çıxarılır. Ekoloji fəlakət haqda nəinki İran mərkəzi hökumətini sorğulamaq, hətta Ermənistanın Arazı çirkləndirməsində rolunu müzakirə etmək belə avtomatik olaraq etnik lobbinin fəaliyyəti kimi təqdim olunur. Sual olunur, Ermənistanı belə ifrat müdafiə kimin marağındadır? Doğrudanmı erməni lobbisi İran mediasının, xüsusən SEPAH-a yaxın nəşrlərin üzərində bu qədər ciddi nəzarət imkanı qazanıb? Amma bu təlaş həm də etirafdır - Cənubi Azərbaycanda ciddi milli hərəkat var və hərəkat öz nəzərlərini məhz Bakıya dikib. Tehrandakı mərkəzi hakimiyyət Ermənistan lehinə addımlar atarkən Azərbaycan milli hərəkatının qəzəbindən də ehtiyat edir.

“Sharghdaily” qəzeti isə İranda məşrutə hərəkatının tarixinə toxunur, konstitusiyalı monarxiya ideyasının Şimali Azərbaycandan gəldiyini yazır. İddia edilir ki, Badkubə (Bakı),çevrəsi və bütün Qafqaz müsəlmanları “İranşəhri fikrinin” öncül şəhərlərindən biri olub, yalnız 1918-də köksüz bir rejim qurulduqdan sonra (Azərbaycan Xalq Cümhuriyyəti nəzərdə tutulur) iranlı kimliyi dəyişdirlməyə başlanıb. Ad çəkilmədən Məhəmməd Əminin “Əsrimizin Siyavuşu”na da eyham edilir, daha doğrusu əsər tam əks mənada təqdim olunur : “Qafqaz İran dünyasından ümidini kəsərək, birdən-birə sərgərdan Siyavuş kimi ana İrandan qaçıb turanlıların qoynunda sığınacaq axtardılar. Onun başı həmişəlik yeni Əfrasiabların şıltaqlıqlarının ağuşunda qalmalı oldu. Qafqazlıların Cənubi Qafqazda və Badkobe taxtında adsız, tarixsiz və şəxsiyyətsiz bir hökumət qurmaq hərəkəti sonradan İran dünyasının qəlbində və ruhunda bir yara kimi qaldı”.

“Sharqdaily” adını çəkdiyimiz digər iki nəşrdən daha nüfuzludur. Yazıda verilmiş fikri anti-Azərbaycan fəaliyyətini əsas motivinin etirafı kimi də qəbul etmək olar. Adamlar hələ də qısa müddətli Sasani dövrünün xəritələri ilə düşünüb yaşayır və nə zamansa o xəritədə olmuş ərazilərin müstəqil dövlət, müstəqil mədəniyyət kimi mövcud ola bilmələri ilə barışa bilmirlər. Hitler də eynən bu qaydada özünü gah Böyük Karlın, gah Roma imperatorlarının reinkarnasiyası- təcəllası kimi görür, Roma və frank imoeriyalrında olmuş xalqların müstəqil ola bilmə fikrini qəbul edə bilmirdi, Putin də özünü I Pyotrun və II Nikolayın təcallası kimi görür, Romanovlar imperiyasında olmuş xalqların müstəqilliyini həzm edə bilmir...

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 361
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-06-2023, 21:29

Ərdoğan Zəngəzur dəhlizinə görə İranı “vurdu” - Bakı və Ankara hansı gedişi edəcək?

Xəbərlər

29-12-2022, 00:41

İran GERİ ÇƏKİLİR – “Zəngəzur dəhlizi ilə bağlı mövqeyi DƏYİŞİR”

Xəbərlər

8-08-2022, 00:21

İran niyə "Zəngəzur dəhlizi"nin açılmasını istəmir? - SENSASİON CAVAB

Araşdırma

20-07-2022, 13:28

Zəngəzur dəhlizi niyə İranı bu qədər narahat edir?

Xəbərlər

1-04-2021, 20:28

“Türk dünyası Zəngəzur dəhlizi vasitəsilə birləşəcək” - ŞƏRH

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
Bağırsaq xərçənginin ağızda görünən 4 əlaməti
Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
Dünya yeni müharibənin astanasındadır – Çinə qarşı “cəhənnəm ssenarisi”
Dişləri qıcamaq - Ekspert qorxulu xəstəliyin əlamətindən DANIŞDI
Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
Son xəbərlər
  • Dünən, 22:23
    Boşanmış cütlüklərin uşaqları ilə bağlı diqqətçəkən araşdırma
  • Dünən, 21:38
    Bağırsaq xərçənginin ağızda görünən 4 əlaməti
  • Dünən, 20:31
    Türkiyə boğazlardan keçidi məhdudlaşdırdı - GƏRGİNLİK ARTIR
  • Dünən, 19:08
    Dünya yeni müharibənin astanasındadır – Çinə qarşı “cəhənnəm ssenarisi”
  • Dünən, 18:41
    Dişləri qıcamaq - Ekspert qorxulu xəstəliyin əlamətindən DANIŞDI
  • Dünən, 17:54
    Netanyahu Trampın Qəzza planını rədd etdi: İsrail geri çəkilməyəcək
  • Dünən, 16:22
    Revanşistlər Zəngəzur dəhlizinə hücum etdi - “Maneəsiz tranzit” iddiası
  • Dünən, 15:39
    Niyə hemofiliya kişilərdə daha çox olur?
  • Dünən, 14:43
    Vuçiç NATO ilə müharibədən imtina etdi
  • Dünən, 13:11
    “Məkkə sazişi”nə bu ölkə də qoşula bilər – Hakan Fidan
  • Dünən, 12:45
    Ayaqlardakı ağrının 7 əsas səbəbi
  • Dünən, 11:05
    Nüvə sazişi olmadan müharibə bitir? - Qələbəni elan etmək üçün...
  • Dünən, 10:23
    Mən olduğum müddətdə Fələstin olmayacaq - Netanyahu
  • 9-08-2026, 22:48
    İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı
  • 9-08-2026, 21:24
    Ürək çatışmazlığının az bilinən əlaməti: Ayaq biləklərində görünür
  • 9-08-2026, 20:32
    Dəməşq və Moskva hərbi bazalarla bağlı saziş imzaladı
  • 9-08-2026, 19:45
    Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...
  • 9-08-2026, 18:31
    Veqan pəhrizi arıqlama iynələrindən daha təsirlidir - Araşdırma
  • 9-08-2026, 17:55
    Güclü külək əsəcək – Xəbərdarlıq edildi
  • 9-08-2026, 16:51
    Vuçiç Ukraynaya vəd verdi - “Əlimizdən gələni edəcəyik ki...”
  • 9-08-2026, 15:33
    Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı
  • 9-08-2026, 14:29
    ABŞ geri çəkilsə, İsrail İrana hücum edəcək
  • 9-08-2026, 13:16
    İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür etdi
  • 9-08-2026, 12:22
    İsti havalarda ayaqlar niyə şişir?
  • 9-08-2026, 11:50
    Türkiyədən Qara dənizlə bağlı yeni qərar: Narahatlıq var
  • 9-08-2026, 10:24
    ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?
  • 9-08-2026, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 8-08-2026, 21:40
    Gecə tərləmələri nə vaxt ciddi qəbul edilməlidir?
  • 8-08-2026, 20:57
    Misir “Məkkə sazişi”nə niyə qoşulmadı?
  • 8-08-2026, 19:38
    Rusiya Xəzərdə bunun olmasını istəyir, 4 ölkə təsdiqləyib – Əraqçi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə