• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yatmazdan əvvəl bir baş soğan yeyin
Əvvəl Azərbaycanda idi, indi Ermənistandadır, lakin Rusiya nəzarət edir – Necə həll olunacaq?
Yaqland intihara cəhd etdi - "Epşteyn işi"nə görə
Ət yeyənlərin 100 yaşa çatma şansı çoxdur
Silah ehtiyatı tükənib, İrana qarşı əməliyyat olsa... - Keyn
Bu, Ermənistan üçün tarixi uğurdur - Paşinyan
Herpes çıxıbsa – addım-addım təlimat
23 il əvvəlki skandal plan İran üçün işə salınır? – Səddam Hüseyndən sonra təkrarlana bilər
Narkokartel liderinin ölümündən sonra Meksika: Hər an hər şey baş verə bilər
Qanı qatı olanlarda, bu sadə qida çatışmır - Professor
Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?
Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
"Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"
4 ildən sonra qadjetlər fikirlərimizi oxuyacaq
Xolesterolu bir ayda 30% necə azaldaq?
ABŞ hərbi qüvvələri bazanı tərk etdi - Bu ölkə ilə sərhədə doğru gedirlər
Fransada hökumətə etimadsızlıq səsverməsi keçirildi
Bu qidalar uşaqların İQ səviyyəsini azaldır - Xəbərdarlıq
“Çox ağır müharibə olacaq” – XƏBƏRDARLIQ
Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İran Azərbaycan vilayətlərində və Xuzistanda nə etmək istəyir?

Xəbərlər

25-07-2023, 10:30

İran Azərbaycan vilayətlərində və Xuzistanda nə etmək istəyir?


Ötən həftə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Azərbaycanla şimal-qərb sərhədlərinə yoxlama səfəri edib. Məhəmməd Baqiri iyulun 19-da bu ölkənin Qərbi Azərbaycan əyalətinin Poldəşt sərhəd-keçid məntəqəsində olub. General Baqiri İran ordusunun komandanları, onların müavinləri ilə birlikdə Poldəştin yerli idarəçiləri ilə görüşüb. O, bu səfərinin əsas məqsədini İranın Azərbaycan Respublikası ilə sərhədində passiv mühafizənin nəzərdən keçirilməsi kimi qiymətləndirib (Amerikanın səsi).

Səfəri zamanı Baqirini İran Ordusu Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Seyid Əbdürrəhim Musəvi, Hərbi Hava Qüvvələrinin komandanı, pilot briqada generalı Həmid Əbdürrəhman, general-mayor Həmiddəri, İran Ordusu komandanının müavini general Əziz Nəsirzadə Seyrib və Araz çayı yaxınlığındakı sərhədçilər müşayiət edib (rasthaber). Bagiri Təbrizdə verdiyi açıqlamada Şərqi Azərbaycanda sərhəd təhlükəsizliyinin ən yüksək səviyyədə olduğunu bəyan edib (mehrnews). O, qonşu dövlətlərlə mehriban qonşuluq və münasibətlərin inkişafından danışıb və deyib ki, xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir və bizim sərhədlər və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur (İRNA).

Baqiri İmam Sahib əl-Əsr əz-Zaman briqadasının Şəbüstərdəki qərargahını ziyarət edərkən deyib ki, “qlobal təkəbbür, cinayətkar Amerika, sionist qurum və İranın digər düşmənləri İranla quru müharibəsinin ancaq məğlubiyyət və itkilərlə nəticələnəcəyi qənaətinə gəliblər və buna görə də bu məsələni tamamilə yenidən nəzərdən keçiriblər” (Fars).

General-mayor Musəvi və briqada generalı Vahidi mətbuata açıqlamalarında iddia ediblər ki, İran Silahlı Qüvvələri düşmən təhdidlərinə qarşı son dərəcə hazırlıqlıdır.

Səfərinin, İsrail müdafiə nazirinin Bakıya gəlişi ilə əlaqəsi olmadığını deyən Baqiri "Azərbaycanla münasibətlərin inkişaf etdiyini, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problem olmadığını" vurğulayıb. Amma ondan fərqli olaraq İranın müdafiə naziri Məhəmməd Rza Aştiani İsrail rəsmisinin səfərini şərh edərkən, “İsrail öz fəaliyyətini həyata keçirir, lakin daxili məsələlərdə mövcud vəziyyətə çox qərq olub” deyib (Aljarida). İran İnqilab Keşikçiləri Korpusunun baş komandanı, general-mayor Hüseyn Səlami isə Xuzestana səfəri zamanı çıxışında bildirib ki, “ölkənin təhlükəsizliyini pozmağa çalışan hər kəsi məhv edəcəyik, lakin buna ehtiyacı olanları xilas edəcəyik”. O, İranın düşmənlərinin nifaq səpməkdə və mədəni müdaxilə yolu ilə dini və mədəni kimlikləri dəyişdirməyə çalışdıqlarını deyib. Səlami qeyd edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri ölkəyə hücum edən hər kəslə şiddətlə qarşı-qarşıya gələcək və İranın təhlükəsizliyini pozmağa çalışan hər kəsi məhv edəcək (Sputnik Arabi). Baş Qərargah rəisi özü də deyir ki, ölkə silahlı qüvvələrinin çəkindirici gücü həmişə olduğu kimi yüksəkdir və silahlı qüvvələrin bütün birləşmələri tam döyüş hazırlığındadır.

Göründüyü kimi, təkzib edilməsinə rəğmən bu səfərlər məhz İsrail rəsmilərinin Azərbaycana səfərinə cavabdır. Xuzistan da İsraillə sıx əməkdaşlıq edən Şimali İraqla həmsərhəddir. Eyni vaxtda silahlı qüvvələrin baş komandanı Azərbaycanla həmsərhəd bölgələrə, SEPAH komandiri isə İraqla sərhədlərə ezam olunur, döyüş hazırlığı yoxlanır, düşməni məhv etməyə hazır olduqlarını bəyan edirlərsə, bunun sıravi yoxlanış olduğunu güman etmək gülünc olardı. Üstəlik, Səlami yalnız ordunun döyüş hazırlığından bəhs etmir, İrana xarici mədəni müdaxilə yolu ilə dini və milli kimliyin dəyişdirilməsi təhlükəsindən danışır. Cəmi bir il əvvəl Səlami belə çıxışı Təbrizdə cümə xütbəsi zamanı etmiş və o təsiri yayan ölkənin adını da çəkmişdi-Azərbaycan Respublikası. Sadəcə, budəfəki “yoxlanışın” böyük ajiotaj yaratması indi İranın marağında deyil, çünki həm Rusiya, həm də Çinlə aralarında soyuqluq yaranan vaxta təsadüf edir. Tehran-Moskva-Pekin ittifaqından bəhs edərək ABŞ-a qarşı alternativ güc olduqlarını iddia etmələrinə rəğmən, həm Çin, həm Rusiya Körfəz ölkələri ilə, xüsusən BƏƏ ilə ərazi mübahisələrində ərəb tərəfini müdafiə edir, Çin Küveytlə İran arasında enerji yataqları mübahisəsində Küveytin tərəfindədir. Üstəlik, İran neftini İraq nefti ilə əvəzləməyə başlayıb və “Şimal -Cənub” dəhlizi üçün Çabahardan Astaraya İran yolu ideyasına alternativ olaraq İraqın Əl Fau limanında başlayaraq Türkiyəyə və Azərbaycana keçəcək yol ideyasına maraq göstərir. İndiki halda Şimal-Cənub dəhlizinin reallaşması xeyli dərəcədə Azərbaycandan asılıdır, odur ki, İranın nəqliyyat nazirliyi Azərbaycan tərəfi ilə təmasları sıxlaşdırır, infrastruktur çatışmazlıqlarını aradan qaldırmaq üçün işləri sürətləndirməyə çalışır. Yəni döyüş hazırlığının indiki yoxlanmasının ötən illərdən fərqli olaraq Azərbaycana təhdidlər deyil, dostluq mesajları ilə müşayiət olunması, ajiotaj yaratmadan keçirilməsi, qonşuluq əlaqələrinin gərəyinin qəfil dərk edilməsinin nəticəsi deyil, sadəcə məcburiyyətdir.

Amma yoxlanışın məhz Azərbaycana təhdid səciyyəsində olmasını tanınmış azərbaycanofob Ehsan Müvəhhədian da təsdiqləyir. O, bu hazırlıq məşqlərinin bir məqsədinin də Qarabağ münaqişəsində erməni tərəfə dəstək nümayişi olduğunu da gizlətmir. Müvəhhədian Ağdam-Xankəndi humanitar yardım yolunu, eləcə də Bərdə-Ağdam dəmir yolunun Xankəndiyə qədər uzadılması planını İran üçün təhlükəli sayır. Belə ki, onun fikrincə, Laçın yolunun Ağdam istiqaməti ilə əvəz edilməsi Qarabağ ermənilərinin azərbaycanlılarla təmasa girməsi və dialoq üçün münbit zəmin yaradır ki, həm ruslar, həm də İran burda etnik ermənilərin Azərbaycana “məcburi inteqrasiya”sını görürlər. İranlı ekspert xatırladır ki, Ağdam istiqamətində humanitar daşımalar ilk dəfə Rusiya sülhməramlılarına təklif olundu, amma ruslar qəti şəkildə bundan imtina etdilər, çünki Bakının daşımalara nəzarətini istəmirdilər. “Bakı Dağlıq Qarabağ ermənilərini əsir götürmək, təhqir etmək və sonra vətənlərindən qovmaq istəyir. Həm İrəvan, həm də Stepanakert (Xankəndi) bu genosid ideyasına qarşı çıxmalıdır. İran öz şimal-qərb sərhədlərində hərbi təlimlərin iki raundunu keçirməyə məcburdur ki, Əliyevi, Ərdoğanı və onların sahiblərini cəzalandırsın” (İran diplomacy).

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 220
Paylaş:
Digər xəbərlər

Xəbərlər

22-07-2023, 10:14

İran hərbi rəhbərliyinin Şərqi Azərbaycana səfərinin məqsədi nədir?

Xəbərlər

4-12-2022, 14:18

İranlı general: Qoşunlarımız Azərbaycan sərhədində yerləşdirilib

Xəbərlər

5-10-2022, 00:19

Azərbaycan İranla birgə hərbi təlimlər keçirəcək - GÜNÜN SENSASİYASI

Xəbərlər

18-07-2021, 14:34

İran ordusuna AĞIR ZƏRBƏ: General öldürüldü

Xəbərlər

10-01-2020, 06:56

SON DƏQİQƏ: Süleymanini erməni general öldürüb - İran ÇALXALANIR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yatmazdan əvvəl bir baş soğan yeyin
Əvvəl Azərbaycanda idi, indi Ermənistandadır, lakin Rusiya nəzarət edir – Necə həll olunacaq?
Yaqland intihara cəhd etdi - "Epşteyn işi"nə görə
Ət yeyənlərin 100 yaşa çatma şansı çoxdur
Silah ehtiyatı tükənib, İrana qarşı əməliyyat olsa... - Keyn
Bu, Ermənistan üçün tarixi uğurdur - Paşinyan
Son xəbərlər
  • Bu gün, 21:27
    Yatmazdan əvvəl bir baş soğan yeyin
  • Bu gün, 20:27
    Əvvəl Azərbaycanda idi, indi Ermənistandadır, lakin Rusiya nəzarət edir – Necə həll olunacaq?
  • Bu gün, 19:40
    Yaqland intihara cəhd etdi - "Epşteyn işi"nə görə
  • Bu gün, 18:05
    Ət yeyənlərin 100 yaşa çatma şansı çoxdur
  • Bu gün, 17:17
    Silah ehtiyatı tükənib, İrana qarşı əməliyyat olsa... - Keyn
  • Bu gün, 16:34
    Bu, Ermənistan üçün tarixi uğurdur - Paşinyan
  • Bu gün, 15:21
    Herpes çıxıbsa – addım-addım təlimat
  • Bu gün, 14:53
    23 il əvvəlki skandal plan İran üçün işə salınır? – Səddam Hüseyndən sonra təkrarlana bilər
  • Bu gün, 13:17
    Narkokartel liderinin ölümündən sonra Meksika: Hər an hər şey baş verə bilər
  • Bu gün, 12:00
    Qanı qatı olanlarda, bu sadə qida çatışmır - Professor
  • Bu gün, 11:40
    Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?
  • Bu gün, 10:09
    Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
  • Bu gün, 09:11
    "Tez-tez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"
  • Dünən, 22:07
    4 ildən sonra qadjetlər fikirlərimizi oxuyacaq
  • Dünən, 21:25
    Xolesterolu bir ayda 30% necə azaldaq?
  • Dünən, 20:38
    ABŞ hərbi qüvvələri bazanı tərk etdi - Bu ölkə ilə sərhədə doğru gedirlər
  • Dünən, 19:08
    Fransada hökumətə etimadsızlıq səsverməsi keçirildi
  • Dünən, 18:29
    Bu qidalar uşaqların İQ səviyyəsini azaldır - Xəbərdarlıq
  • Dünən, 17:53
    “Çox ağır müharibə olacaq” – XƏBƏRDARLIQ
  • Dünən, 16:41
    Buraxılış imtahanında iştirak edəcək şagirdlərin nəzərinə!
  • Dünən, 16:32
    Maaşlara yenidən baxılacaq - Artım olacaq
  • Dünən, 15:26
    Uşaqda bu əlamətlər varsa - Endokrinoloqa aparın
  • Dünən, 14:58
    Venesuelada uğurlu oldu, İranda mümkün deyil – Ağ Evə təhdid yaradan addım
  • Dünən, 13:19
    Netanyahunun "İttifaq oxu"na Modidən dəstək: Hədəfdə hansı ölkədir?
  • Dünən, 12:25
    Günün hansı saatında kimyaterapiya daha effektivdir?
  • Dünən, 12:12
    Bir saat ərzində qəfil ölüm sindromu – Nədir, necə baş verir?
  • Dünən, 11:20
    Moskvanın iki planı fiaskoya uğradı: Ukraynadan 4 illik inanılmaz həmlə
  • Dünən, 10:08
    Azərbaycanda suyun qiyməti artır? – RƏSMİ CAVAB
  • Dünən, 09:03
    Darçın və sarıkökün təhlükəsi barədə - Xəbərdarlıq
  • 22-02-2026, 22:06
    Alimlər beyni 45 dəqiqəyə "yenidən işə salmağın" yolunu tapıblar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə