• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
Axşam yeməyinin ən təhlükəli saatı
Zelenskidən sensasion İDDİA: növbədə Belarusdur?
Ermənistan artıq öz seçimini edib – Paşinyan təəccübləndirdi
Otağa girəndə niyə gəldiyinizi unudursuz? - Bunun bir səbəbi var
ABŞ və İran dörd mərhələli razılaşmaya yaxınlaşır
Əraqçidən sərt xəbərdarlıq: “Müharibə bitməyəcək”
Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı
Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı
Çox isti çay içmək qida borusuna zərər verir - Həkimdən xəbərdarlıq
Tramp üçüncü dəfə prezident ola bilər?
Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
Zoğal insultdan qorunmağa kömək edir
Ailədaxili problemlər görün nədən qaynaqlanır... - Araşdırma
Bədəninizdəki bu əlamətləri görməzdən gəlmək TƏHLÜKƏLİDİR
Aİ Rusiyanın acığına Ermənistana vəd verdi: 50 milyon avro, Avropa bazarına çıxış
Ben-Qvirin sözləri rezonans doğurdu: Trampdan İranla bağlı sərt QƏRAR
Eksperimental preparat mədəaltı vəzi xərçəngində sağ qalma müddətini iki dəfə artırıb
Almaniya BMT-də uduzdu: Rusiyanın əməlidir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Moldova səmasını NATO qoruyacaq?

Xəbərlər

25-06-2023, 21:17

Moldova səmasını NATO qoruyacaq?


Rusiyanın dövlət çevrilişi etmək istəyi barədə məlumatlar Moskva və Kişineu arasında münasibətləri daha da gərginləşdirib. Ukraynadan sonra Rusiyanın növbəti hədəfinin Moldova olacağı açıq şəkildə ifadə edilir.

Moldova ilə Rusiya arasında gərginlik artmaqdadır. Qərbpərəst hökumətin son addımları onu deməyə əsas verir ki, Kişineu Moskva ilə əlaqələri birdəfəlik kəsmək niyyətindədir. Bu istiqamətdə konkret addımlar da atır - Konstitusiya Məhkəməsi rusiyayönümlü “Şor” Partiyasının qanunsuz elan edilməsilə bağlı qərar qəbul edir, Moldovanın mümkün qədər tez MDB-dən çıxması barədə bəyanatlar səslənir. Hətta iqtisadi inkişaf naziri Dmitri Alayba deyib ki, “Moldovanın MDB-dən çıxması qaçılmazdır, bu, Avropa İttifaqına (Aİ) üzvlüklə bir araya sığmır və yəqin ki, son ana qədər gözləmək səhv və səmimiyyətsizlik olardı. Moldova xalqının seçimi aydındır". Daha sonra Moldova MDB çərçivəsində iki sazişi denonsasiya da edib. XİN-dən bildirilib ki, “MDB üzvləri təbii fəlakətlərlə bağlı az əməkdaşlıq etdiyi üçün bu saziş onlara lazım deyil. Moldovanın nüvə silahı olmadığı üçün strateji silahlı qüvvələr haqqında saziş də əhəmiyyətsizdir”.

Dərhal da rusiyapərəst qüvvələr hərəkətə keçib. Onlara rəhbərliyi Moldovanın keçmiş prezidenti, Sosialist Partiyasının lideri İqor Dodon edir. O bildirib ki, Moldovanın MDB çərçivəsində imzalanmış sazişlərdən çıxması iqtisadiyyata mənfi təsir göstərəcək. "MDB ilə müqavilələrin ləğvi Moldova iqtisadiyyatına, kənd təsərrüfatına, sənayesinə ağır, bəlkə də ölümcül zərbə olacaq. Əgər Rusiya bazarı yoxdursa, biz mallarımızla nə edəcəyik? Avropa onları almayacaq”, – siyasətçi bildirib.

Moldova hakimiyyətinin antiRusiya ritorikasını gücləndirməsi Kremli özündən çıxarır. Ölkə əhalisi də, əvvəlki kimi Rusiyaya rəğbət bəsləmir. Ukraynaya müdaxilə onları qəflət yuxusundan oyadıb. Anlayırlar ki, belə getsə, növbəti hədəf Moldova olacaq.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

“Rusiya təcavüzkardır, çıxış yolu Avropaya inteqrasiyadır”
Beləliklə, prezident Mayya Sandu başda olmaqla qərbpərəst qüvvələr açıq şəkildə Rusiyanı təcavüzkar ölkə adlandırır, onu Kişineu üçün ciddi təhlükə olacağını deyirlər. Prezidentin Moskvanın Moldovada dövlət çevrilişi cəhdini davam etdirəcəyini iddia etməsi qalmaqala səbəb olub. Reallıq odur ki, Ukraynaya Rusiya təcavüzündən dərs çıxaran rəsmi Kişineu çıxış yolunu Avropa İttifaqına üzvlükdə görür. Sandu bəyan edib ki, məhz bu, Moldovanın çıxış yolu olacaq. “Mövcud geosiyasi vəziyyət göstərir ki, Rusiya uzun illər böyük qeyri-sabitlik mənbəyi olaraq qalacaq. Rusiya demokratiyamız üçün təhlükədir. Biz inanırıq ki, Aİ-də demokratiyamız daha təhlükəsiz olacaq", - deyə Sandu bildirib. Prezident qeyd edib ki, Rusiyanın dezinformasiyası və təbliğatı Moldova demokratiyasına böyük ziyan vurur: “Lakin Moldova rus təbliğatının qarşısını alacaq. Moldova Rusiyanın dövlət çevrilişi cəhdinin qarşısını ala bilib. Lakin bu o demək deyil ki, Kreml gələcəkdə belə cəhdlər etməyəcək”. Prezidentin qənatəincə, Moldova işğal olunmuş ərazilərini geri qaytarmaq üçün Ukraynaya hər cür dəstək verməlidir. Sandu hesab edir ki, Rusiya Ukraynanın işğalını yekunlaşdırandan sonra onun dövlətinə hücum edə bilər.

Moldova səmasını NATO qoruyacaq?

Belə olan halda, Moldovanın ümidi NATO-ya qalır. Artıq NATO-nun baş katibi Yens Stoltenberq də Moldovanın alyansın çoxdankı tərəfdaşı olduğunu və “bu tərəfdaşlığın intensivləşdirilməsinə” qərar verildiyini bəyan edib. O, NATO-nun Moldova səmasının təhlükəsizliyini təmin edəcəyini bildirib. Moldovanın keçmiş müdafiə naziri Vitali Marinuta hesab edir ki, “Rusiya raketi”ndən qorunmaq üçün izləmə və məhvetmə sistemlərinə ehtiyacları var. Xatırladıb ki, hələ ötən əsrin 90-cı illərində Moldova NATO-nun nəzarətində olan BMT-nin sülhməramlı missiyalarında fəal iştirak etməyə başlayıb. “Moldova mütləq alyansın üzvü olacaq, amma indi yox. Bunun baş verməsi üçün respublikaya siyasi iradə və lazımi şərait lazımdır”, - deyə sabiq nazir bildirib. O, neytral Moldovanın Konstitusiya Məhkəməsinin NATO ilə əlaqələri təsdiqlədiyinə diqqət çəkib. Moldovalı generalın fikrincə, regiondakı təhlükəli vəziyyət qoruyucu tədbirlər tələb edir: “Bizə həm izləmə, həm də məhvetmə sistemləri lazımdır. Məsələn, səmada bir rus raketini izlədik - bəs sonra? Mən Zelenskinin təhlükəsizliyimizi yaxşılaşdıra biləcək “Patriot” koalisiyasının yaradılması təklifini dəstəkləyirəm”. V.Marinuta xatırladıb ki, Sandu respublikanın Ukraynadakı hərbi münaqişəyə qarışmayacağını bəyan edib. Lakin Moldova Ukrayna üçün ərzaq tədarükü, qaçqınların saxlanması, orduya yanacaq tranziti istiqamətində kömək etməyə davam edəcək.

Ukrayna sağ qalsa, Moldova da mövcud olacaq

Moldova üçün yeganə qurtuluş imkanı Ukraynanın Rusiyanın təzyiqinə tab gətirməsi və müharibədə qalibiyyəti ola bilər. Düzdür, Moldovanın Rumıniya ilə yaxınlığı müdaxiləni çətinləşdirir. Lakin Rusiya üçün heç bir cizgi yoxdur. Həqiqətən də Avropa onilliklərdir ki, Moldovaya kömək edir, Rusiya tərəfdən isə ancaq separatizm dəstəklənir. Ən mühüm amil həm də odur ki, Moldova bu gün Ukraynanın təhlükəsizlik qalxanı altındadır - Ukrayna sağ qalsa, Moldova da mövcud olacaq.

Oxunub: 265
Paylaş:
Digər xəbərlər

Xəbərlər

15-06-2023, 19:23

Moldova QƏRARINI VERDİ: MDB-dən çıxır

Xəbərlər

26-02-2023, 19:18

Moldova NATO-ya girməyi planlaşdırır?

Xəbərlər

10-02-2023, 19:38

Rusiyanın Ukraynaya atdığı raket NATO-nun hava məkanına daxil olub

Xəbərlər

25-07-2022, 17:25

Moldova baş naziri: “Rusiyanın mümkün işğalından narahatıq”

Xəbərlər

9-06-2019, 17:33

Moldova prezidentinin səlahiyyətləri donduruldu

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
Axşam yeməyinin ən təhlükəli saatı
Zelenskidən sensasion İDDİA: növbədə Belarusdur?
Ermənistan artıq öz seçimini edib – Paşinyan təəccübləndirdi
Otağa girəndə niyə gəldiyinizi unudursuz? - Bunun bir səbəbi var
ABŞ və İran dörd mərhələli razılaşmaya yaxınlaşır
Son xəbərlər
  • Dünən, 22:33
    40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq
  • Dünən, 21:31
    Axşam yeməyinin ən təhlükəli saatı
  • Dünən, 20:15
    Zelenskidən sensasion İDDİA: növbədə Belarusdur?
  • Dünən, 19:40
    Ermənistan artıq öz seçimini edib – Paşinyan təəccübləndirdi
  • Dünən, 18:34
    Otağa girəndə niyə gəldiyinizi unudursuz? - Bunun bir səbəbi var
  • Dünən, 17:09
    ABŞ və İran dörd mərhələli razılaşmaya yaxınlaşır
  • Dünən, 16:31
    Əraqçidən sərt xəbərdarlıq: “Müharibə bitməyəcək”
  • Dünən, 15:08
    Diabet necə yaranır? - Həkimlər əsas səbəbləri açıqladı
  • Dünən, 14:00
    Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
  • Dünən, 13:07
    Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı
  • Dünən, 12:44
    Çox isti çay içmək qida borusuna zərər verir - Həkimdən xəbərdarlıq
  • Dünən, 11:24
    Tramp üçüncü dəfə prezident ola bilər?
  • Dünən, 10:35
    Avropadan Kanadaya cəlbedici təklif: ABŞ-ın 51-ci ştatı olmaqdansa...
  • Dünən, 09:09
    Zoğal insultdan qorunmağa kömək edir
  • 4-06-2026, 22:22
    Ailədaxili problemlər görün nədən qaynaqlanır... - Araşdırma
  • 4-06-2026, 21:42
    Bədəninizdəki bu əlamətləri görməzdən gəlmək TƏHLÜKƏLİDİR
  • 4-06-2026, 20:24
    Aİ Rusiyanın acığına Ermənistana vəd verdi: 50 milyon avro, Avropa bazarına çıxış
  • 4-06-2026, 19:02
    Ben-Qvirin sözləri rezonans doğurdu: Trampdan İranla bağlı sərt QƏRAR
  • 4-06-2026, 18:09
    Eksperimental preparat mədəaltı vəzi xərçəngində sağ qalma müddətini iki dəfə artırıb
  • 4-06-2026, 17:56
    Almaniya BMT-də uduzdu: Rusiyanın əməlidir?
  • 4-06-2026, 16:29
    Lavrov bəyan etdi: Ukrayna ilə danışmağa hazırıq, amma…
  • 4-06-2026, 15:26
    Təzyiq düşəndə bədən nə hiss edir?
  • 4-06-2026, 14:03
    Rusiya qalib gələn kimi ABŞ-la münasibətlər düzələcək - Ritterdən şok iddia
  • 4-06-2026, 13:14
    Bəzi məktəblərdə dərslər distant formada keçiriləcək
  • 4-06-2026, 12:38
    Köp və qaz yaranmasını artıran qidalar
  • 4-06-2026, 11:51
    Türkiyənin “gizli silahı” - Cəmi bir saniyəlik görüntü Yunanıstanı qarışdırdı
  • 4-06-2026, 10:26
    Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
  • 4-06-2026, 09:05
    Qəhvə-qreyfrut qarışımının inanılmaz təsiri - Birlikdə qəbul edildikdə...
  • 3-06-2026, 22:28
    “Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
  • 3-06-2026, 21:39
    Çox xəstələnən uşaqlarda hansı vitaminlər çatışmır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə