• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənistan Bakıya yenidən savaş elan edir - İrəvandan QONDARMA QƏRAR

Xəbərlər

23-06-2023, 10:09

Ermənistan Bakıya yenidən savaş elan edir - İrəvandan QONDARMA QƏRAR


44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Ermənistan hökuməti tərəfindən bir çox ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə humanitar yardım adı altında, beynəlxalq maliyyə ödənişi sistemlərindən istifadə etməklə qanunsuz ianə toplanması kampaniyalarının təşkil edildiyi və həmin kampaniyalar çərçivəsində yığılan vəsaitin Azərbaycanın suveren əraziləri daxilində onun mülki əhalisinə qarşı terror fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə xərcləndiyi ilə bağlı rəsmi Bakının əlində kifayət qədər faktlar var.

Doğrusu Ermənistan tərəfinin istər Vaşinqton, istər Brüssel, istərsə də Moskva görüşləri zamanı rəsmi Bakı ilə sülh danışıqlarındakı müsbət mesajları yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin sürətlə normala dönüşünə imkan verəcəyi ümidlərini artırmışdı. Amma təəssüflər olsun ki, Ermənistan hakimiyyəti son sülh danışıqlarının hər birində açıq-aşkar dünyanın gözü qarşısında bəyan etsə də ki, "Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır", lakin rəsmi İrəvan bunu əməlində göstərmir ki, göstərmir. Üstəlik, bu azmış kimi Ermənistan tərəfi yeni absurd qərarla da diqqət mərkəzinə düşüb. Bu gün Ermənistan hakimiyyəti hökumətin iclasında qərar qəbul edib ki, Qarabağdakı separatçılara əlavə 7,4 milyon dollar ayıracaq. Bu vəsait 2023-cü ilə qədər təxminən 350 milyon dollar həcmində nəzərdə tutulan illik kreditə əlavə olaraq veriləcək.

Bölgədə sülhdən, sabitlikdən beynəlxalq tərəfdaşları ilə, üçtərəfli-dördtərəfli görüşlərdə ağızdolusu danışan Ermənistan rəhbərliyinin bu addımı növbəti dəfə Azərbaycana qarşı ərazi iddiası, ərazi suverenliyinə təhdiddən başqa bir şey deyil. Qərardan belə anlaşıldı ki, rəsmi İrəvan hər vəchlə Azərbaycanın ərazi bütövlüyünə ciddi təhdid hesab edilən qondarma rejim qalıqlarının bölgədə varlığını qoruyub saxlamaq, onların mövcudluğunu təmin etmək niyyətindədir.

Ermənistanın bu maliyyə yardımının Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətindəki separatçıların Azərbaycana qarşı terror əməlləri üçün nəzərdə tutulduğu zərrə qədər də istisna edilmir. Çünkü Ermənistanın bir başqa ölkənin legitim ərazisində hələ də mövcud olan qeyri-qanuni silahlı dəstə başçılarının rəhbərlik etdiyi rejimə maliyyə göndərməsinin başqa adı yoxdur. Rəsmi İrəvanın bu addımını digər adla belə də adlandırmaq olar: Azərbaycanla sülh danışıqlarını dayandırmaq məqsədi ilə verilən qərar! Demək ki, Ermənistan bu zamana kimi heç bir sülh danışığında səmimi olmadı, bölgədə sabitliyin təmin olunmasında İrəvanın zərrə qədər də marağı yox imiş. Konkret desək, Ermənistan sülh istəmir. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti müharibə qərarıdır!

Lakin Nikol Paşinyan hakimiyyəti qeyri-səmimi olduğunu nümayiş etdirən bu cür qərardan sonra bir məsələni də mütləq nəzərə almalıdır:

BMT Baş Assambleyasının 9 dekabr 1999-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiya və bu halların qarşısının alınmasına yönəlmiş, onun bütün təzahürlərini pisləyən digər beynəlxalq hüquqi sənədlər mövcuddur. Xüsusilə, yuxarıda adı çəkilən konvensiyada aydın şəkildə göstərilir ki, "Assambleya bütün dövlətləri müvafiq daxili tədbirlər görmək vasitəsi ilə terrorçuların və terror təşkilatlarının maliyyələşdirilməsinə, terror məqsədləri üçün nəzərdə tutulduğu şübhə doğuran vəsaitlərin hərəkətlərinə mane olmaq və onun qarşısını almaqdan ötrü tənzimləmə tədbirləri görülməsi məsələsini, bu zaman qanuni kapitalın hərəkət azadlığını qətiyyən pozmadan və belə vəsaitlərin beynəlxalq hərəkəti barədə informasiya mübadiləsini fəallaşdırmaqla nəzərdən keçirməyə çağırır.

Beləliklə, terrorizmin gizli maliyyələşdirilməsi, silah alışı və s. ilə mübarizə aparmaq BMT-nin üzvü olan bütün ölkələrin vəzifəsidir. Dünyanın müxtəlif ölkələrinin müvafiq strukturlarının xüsusi diqqət tələb edən maliyyə nəzarəti beynəlxalq terrorizmə, Qarabağdakı separatçılara və düşmənçiliyin qızışdırılmasına müxtəlif erməni fondları tərəfindən maliyyələşdirməsinin qarşısını ala bilər. Bu səbəbdən də Azərbaycanın bütün beynəlxalq hüquqla da, öz konstitutsiyası ilə də tam haqqı var ki, ərazisində terrorizmi, separatçılığı təbliğ edənləri, ona təşviq edənləri cəzalandırsın.

Ermənistan rəhbərliyi və eləcə də onlara hamilik edən havadarları Prezident İlham Əliyevin ötən ay verdiyi mesajları unutmazdılar. Çünkü Azərbaycan Prezidentinin xəbərdarlıqlarına nə vaxt Ermənistan tərəfi məhəl qoymayıbsa, bunun cəzasın mütləq çəkib. Gərək rəsmi İrəvan qulağında sırqa etsin ki, Azərbaycan lideri heç bir sözü söz xatirinə demir. 44 günlük müharibədən öncə də, ondan sonra da bir çox hadisələr bunu təsdiq edir.

Əgər Nikol Paşinyan və komandası unudubsa, o zaman bir daha xatırladaq:

Prezident İlham Əliyev mayın 28-də Laçında bu şəhərin öz yurd-yuvalarına qayıdan ilk sakinləri qarşısında çıxış edərkən Qarabağ ermənilərindən separatçı strukturları ləğv etməyi və Azərbaycan qanunlarına tabe olmağı tələb etdi. Qarabağ bölgəsində yaşayan ermənilər aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılmasından nəticələr çıxarmalıdırlar. Dövlət başçısı Qarabağdakı separatçıların və onların boş-boş vədinə inanan ermənilərin "müstəqillik" xülyasının bitdiyini də açıq-aşkar o zaman bəyan etdi:"Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə".

Prezident İlham Əliyev həmin çıxışı zamanı onlar üçün qalan yeganə yolu da açıqladı. Bu, Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq və "parlament"i buraxmaqdır.

Lakin biz Azərbaycan liderinin bu bəyanatları fonunda Ermənistan hakimiyyətinin yenidən revanşa rəvac verən addımlarına şagidlik edirik. Rəsmi İrəvanın Qarabağdakı qondarma rejim qalıqlarına müxtəlif saxta adlar altında ümumilikdə təkcə 2023-cü ildə ümumilikdə 350 milyon dollara yaxın vəsait ayırmağı planlaşdırması bütün bu deyilənlərin təsdiqidir.

Bu da Ermənistanın növbəti dəfə yenə də saxtakarlıq cəhdi, yenə də öz mövqeyini dəyişmək planından başqa bir şey deyil. Amma görürük ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyət alan Ermənistan sülhdən qaçmağa çalışır. Lakin rəsmi İrəvan anlamır ki, Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf Azərbaycandır, danışıqlar masasında güclü mövqeyə sahib olan da Azərbaycan tərəfidir, sərhəddə güclü mövqelərə sahib olan da məhz yenə Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, Azərbaycan təhlükəsizliyini təmin edib, rahat yaşaya biləcək. Bundan ən çox əziyyəti yenə Ermənistan çəkəcək, yenə Ermənistan bugünkü səhvlərinin bədəlini üzərində çox ciddi şəkildə hiss edəcək.

Naxçıvana Zəngəzur dəhlizinin açılması və qondarma rejim qalığının qeyri-qanuni silahlı bölmələrinin Qarabağdan çıxarılması sülh yolu ilə nizamlanmanın əsas şərtlərindəndir. Yaxşı olar ki, Nikol Paşinyan başda olmaqla, Ermənistan hərbi-siyasi rəhbərliyi nə qədər ki, gec deyil, növbəti sülhdən qaçmanın onlar üçün hansı fəsadlara gətirib çıxaracağını düzgün analiz etsinlər. Əks təqdirdə rəsmi Bakı Ermənistanın gözünün yaşına baxmayacaq.

Təhməz Əsədov
TREND

Oxunub: 200
Paylaş:
Digər xəbərlər

Xəbərlər

2-05-2023, 09:20

Laçın postundan Vaşinqton masasına uzanan döyüş – Nə baş verir?

Xəbərlər

1-08-2022, 14:19

Qarabağda müharibə hazırlığı - Ermənistandan Bakıya ZƏRBƏ PLANI

Xəbərlər

12-04-2022, 15:21

İrəvandan Bakıya İLK ZƏNG - Ermənistan artıq Moskvadan İMTİNA EDİR?

Xəbərlər

5-04-2022, 22:24

Paşinyandan Brüssel görüşü öncəsi KRİTİK MESAJ

Xəbərlər

4-02-2022, 08:31

İrəvandan SÜLH MESAJLARI – “İndi Paşinyanın əsas hədəfi BU OLACAQ”

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Son xəbərlər
  • Bu gün, 18:08
    Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
  • Bu gün, 17:13
    Merz elan etdi: Ukraynada yaxın 3 gündə atəşkəs ola bilər
  • Bu gün, 15:56
    Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə