• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Keyfiyyətli xurmaları necə seçək? - 5 qızıl qayda
İrandakı müharibə Putinə siqnaldır - Zelenski
İrana hücum neft bazarını çalxaladı - Nə gözlənilir?
Bu 3 xərçəng növündə beldə ağrılar olur
İrana hücum fevralın 21-də başlamalı imiş: Bu səbəbdən təxirə salınıb
Üç Avropa ölkəsi İranı təhdid etdi: yeni koalisiya ortaya çıxdı – Dünya müharibəsi başlayır?
İnsan həyatı boyu neçə dəfə sevə bilər?
Hepatit C - Əlamətləri, Təsirləri və Müalicəsi
İrana hücum qərarı bir gecədə niyə dəyişdi? – Xamenei ilə bağlı planının pərdəarxası
İran Netanyahunun ofisini vurdu - Taleyi məlum deyil
Koksartroz nədir? Səbəbləri və Müalicəsi
Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı
İranı nə gözləyir: Rejim dəyişikliyi, yoxsa “yumşalma”?
Ağız quruluğu nədən yaranır və necə aradan qaldırılır?
İrandan Fransaya ağır zərbə: ballistik raketlərlə VURULDU
1902-ci ilin fəlakəti təkrarlana bilər? – Şamaxı ilə bağlı PROQNOZ
Bu vərdişlər qadın ürəyini gücdən salır - DİQQƏT!
Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının şok eyhamı...
İran daha bir ölkəni ilk dəfə vurdu
Qışda sağlam qalmaq üçün beş vacib MƏQAM
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xankəndi üçün hazırlıqlar TAMAMLANDI - Separatçılar TƏRKSİLAH EDİLİR

Xəbərlər

26-04-2023, 12:19

Xankəndi üçün hazırlıqlar TAMAMLANDI - Separatçılar TƏRKSİLAH EDİLİR


İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla aramızda sərhəd-keçid məntəqəsinin yaradılması çox vacib idi. Azərbaycanın qarşısında əsas prioritet məsələlərdən biri də məhz bu idi. Lakin süni maneələr, manipulyasiyalar bu məsələni gecikdirməklə yanaşı, eyni zamanda qondarma rejimin əl-qolunu açmasına da imkan yaradırdı.

Son 2 il ərzində Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasındakı qondarma rejim qalıqlarının dayanmadan Ermənistandan sürətli şəkildə daşınan müxtəli çaplı silah-sursat, mina və şəxsi heyyətlə əlini gücləndirdiyi heç kəsə sirr deyil. Hətta Laçın yolunda ekoaktivistlərin başlayan etiraz aksiyasından sonra da separatçı rejim qalıqları alternativ yollarla yenidən qeyri-qanuni şəkildə silah daşımasına davam etdi.

Bu gedişat məcbur edirdi ki, Azərbaycan daha sərt, daha adekvat tədbirlər görsün. Ermənistan tərəfinin növbəti dəfə 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi qurması bir gün sonra - aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaratması ilə nəticələndi.

Laçın-Xankəndi yolunun girişində 2 gün əvvəl Ordumuzun iştirakı ilə nəzarət buraxılış məntəqəsinin qurulması məhz Ermənistanın sülhdən yayınmaq, sülhə mane olmaq cəhdlərini deaktivləşdirmək adına olduqca əhəmiyyətli addım oldu. Belə demək mümkünsə, rəsmi İrəvanın manevr imkanları əlindən alındı, separatçılar üzərindən ərazi iddiaları heçə endirildi, mümkün böyük təxribatlarına qarşı qabaqlayıcı tədbirlər görülməsi üçün bütün yollar tamamilə nəzarətə götürülmüş oldu.

Çünki Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulduğu ərazinin əsas unikallığı Qarabağdan Ermənistana gedən əsas və əlavə yolların hamısının bu nöqtədə birləşməsidir. Bu, separatçıların əlavə yollar tapmaq cəhdlərini də mənasız edir. Çünki hara getsələr də, hansın yoldan istifadə etsələr də sonda Azərbaycan əsgərini qarşısında görəcək.

Çoxdan gözlənilən gözlənilməz bu addım rəsmi Bakını daha böyük oynamasına əlavə imkanlar yaradır ki, bu da separatçıların Qarabağdakı taleyinə daha tez bir zamanda aydınlıq gətimək adına olduqca önəmli ola bilər. Türkiyə, Gürcüstan, İran və Rusiya ilə quru sərhədlərimiz bağlı olduğu halda, Ermənistanla eyni statusa malik sərhəd məntəqəsinin açıq qalması digər qonşularımızın haqlı narazılığına səbəb ola bilər.

Bu səbəbdən də istisna edilmir ki, Azərbaycan Laçın yolunun başlanğıcında qurduğu sərhəd-keçid məntəqəsindən də hər hansı gediş-gəlişi xüsusi karantin rejimi ilə bağlı qəbul edilən qərara uyğun olaraq qeyri-müəyyən vaxta qədər bağlı saxlasın. Bunun üçün Azərbaycan beynəlxalq hüquqla bütün səlahiyyətlərə malikdir. Çünki ərazi Azərbaycana məxsusdur və artıq orada sərhədçiləri qərarlaşıb. Bu amil rəsmi Bakını öz sərhədləri hüdudunda beynəxlaq hüquq normaları çərçivəsində istənilən qərarı qəbul etməsinə imkan verir.

Sözügedən addım atılacağı təqdirdə isə separatçıların bu vaxta kimi gizli yollarla Ermənistandan daşıdıqları silah-sursatı təhvil verərək, Qarabağı tərk etmələrindən başqa variantları qalmır.

Amma görünür bölgədə Azərbaycanın sülh danışıqlarını daha da sürətləndirmək istiqamətində atdığı bu təxirəsalınmaz addım Ermənistan hərbi-siyasi rəhbərliyi ilə yanaşı, onun havadarlarını da ciddi narahat etməkdədir. O da aydın olur ki, regionda sülh sabitlik "istəyən" həmin dövlətlərin bu qədər fəallığının əsl səbəb sadəcə Cənubi Qafqaz uğrunda taktiki savaşdan başqa bir ey deyil.

ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına etirazları və bunun 2020-ci il 10 noyabr bəyanatına istinad etmələri məntiqsiz olmaqla yanaşı Vaşinqton və Parisin təhlükəsizlik siyasətinə də uyğun deyil.

Ukrayana müharibəsi ilə Rusiyanı "düşmən" elan edən ABŞ və Fransa nədənsə mövzu Qarabağ-Azərbaycan olduqda Rusiyaya qarşı siyasətlərində bir həlmlik nümayiş etdirirlər. Kremlin həm Vaşinqtonun, həm də Parisin rəqibinə çevrildiyi bir vaxtda, ABŞ və Fransanın Rusiyaya qarşı sərt sanksiyalarının durmadan artdığı bir zamanda, Rusiya ilə bir masaya oturmaqdan imtina etdikləri ərəfədə nədənsə, Vaşinqton və Paris Azərbaycana məsləhət görür ki, "Rusiyanın vasitəçi olduğu 2020-ci il 10 noyabr bəyantına riayət etmək lazımdır".

Rusiyanın vasitəçiliyi ilə qəbul edilən sənədləri belə təqdir edirsinizə, Ukrayna başda olmaqla bütün beynəlxalq və regional platformalarda Kremlə qarşı apardığınız mübarizəyə nə ad verək?

Azərbaycan öz legitim ərazisində səlahiyyət sahibidir. Sərhədlərimizdə keçid-məntəqələri yaratdığımıza görə kimsə işimizə burun soxa bilməz. Çünki, bu, ölkəmizin suveren və legitim hüququdur.

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır.

Elə bu səbəbdən də Azərbaycan tərəfinin iki gün əvvəl Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır.

Çünki Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.

Laçın yolunda buraxılış məntəqəsinin yaradılması Azərbaycanın haqqıdır. Rəsmi Bakı bununla eyni zamanda suverenliyini, təhlükəsizliyini qarant altına almış oldu. Çünki 2022-ci ilin avqustundan etibarən Ermənistandan Laçın yolu vasitəsilə Azərbaycan ərazisinə 2700-dən artıq piyada əleyhinə minalar gətirilib və onların hamısı 2021-ci ildə Ermənistanda istehsal edilib. Bu addımlar Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında bağlanmış üçtərəfli müqavilədən xeyli sonra baş verib.

Azərbaycan konstitusiyası eyni ilə ABŞ-qanunvericiliyində "The Secure Fence Act" kimi Azərbaycan dövlətinin sərhəd təhlükəsizliyini tələb edir. Yol 3 tərəfli razılaşmada humanitar yüklər üçün açıq nəzərdə tutulub, narkotika, silah-sursat və s. kimi təhlükəli yüklər üçün deyil. Azərbaycan terror dəhlizi istəmir.

Bu səbəbdən də Fransa, ABŞ dövlət Departamenti, səfirlikləri tərəfindən səsləndirilən həmin bəyanatlar Azərbaycanın daxili işlərinə qarışmaqdan başqa bir şey deyil. Çünki bu addımla Azərbaycan separatçı amilini sözügedən qüvvələrin əlindən söküb atmaq istiqamətində olduqca önəmli gediş etdi.

Belə bir nəzarət-buraxılış keçid məntəqəsini yaratmaq Azərbaycanın legitim hüququ, tam hüquqlu haqqıdır. Heç bir təxribatçı çıxış və bəyanatlar Azərbaycana öz ərazisində vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz hərəkəti üçün müəyyənləşdirdiyi qaydaları tətbiq etməsindən çəkindirə bilməz. Əksinə, Bakı hədəflərinə doğru 44 günlük Vətən müharibəsindən sonra ən böyük marafonlardan birin qət etdi. Bu yol Xankəndindən də uzağa aparır...

Oxunub: 468
Paylaş:
Digər xəbərlər

Manşet / Xəbərlər

24-04-2023, 13:10

Laçın yoluna nəzarətin strateji əhəmiyyəti və Qarabağda yeni reallıqlar

Xəbərlər

24-04-2023, 12:00

Separatçılar qısa zamanda Qarabağı tərk edəcəklər - Bunun əksinə gedən qüvvələr isə...

Xəbərlər

23-04-2023, 23:20

SON DƏQİQƏ: Azərbaycan Ermənistana ÇAĞIRIŞ ETDİ

Xəbərlər

21-04-2023, 19:47

Sülhməramlıların müşayiəti ilə Qarabağa silah daşınır – RƏSMİ

Xəbərlər

5-10-2022, 17:15

TƏCİLİ! Rusiyadan TƏHLÜKƏLİ SÜKUT – Qarabağ gizli şəkildə İKİYƏ BÖLÜNÜR?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Keyfiyyətli xurmaları necə seçək? - 5 qızıl qayda
İrandakı müharibə Putinə siqnaldır - Zelenski
İrana hücum neft bazarını çalxaladı - Nə gözlənilir?
Bu 3 xərçəng növündə beldə ağrılar olur
İrana hücum fevralın 21-də başlamalı imiş: Bu səbəbdən təxirə salınıb
Üç Avropa ölkəsi İranı təhdid etdi: yeni koalisiya ortaya çıxdı – Dünya müharibəsi başlayır?
Son xəbərlər
  • Bu gün, 15:31
    Keyfiyyətli xurmaları necə seçək? - 5 qızıl qayda
  • Bu gün, 14:58
    İrandakı müharibə Putinə siqnaldır - Zelenski
  • Bu gün, 13:23
    İrana hücum neft bazarını çalxaladı - Nə gözlənilir?
  • Bu gün, 12:48
    Bu 3 xərçəng növündə beldə ağrılar olur
  • Bu gün, 11:24
    İrana hücum fevralın 21-də başlamalı imiş: Bu səbəbdən təxirə salınıb
  • Bu gün, 10:41
    Üç Avropa ölkəsi İranı təhdid etdi: yeni koalisiya ortaya çıxdı – Dünya müharibəsi başlayır?
  • Dünən, 22:17
    İnsan həyatı boyu neçə dəfə sevə bilər?
  • Dünən, 21:43
    Hepatit C - Əlamətləri, Təsirləri və Müalicəsi
  • Dünən, 20:17
    İrana hücum qərarı bir gecədə niyə dəyişdi? – Xamenei ilə bağlı planının pərdəarxası
  • Dünən, 19:09
    İran Netanyahunun ofisini vurdu - Taleyi məlum deyil
  • Dünən, 18:00
    Koksartroz nədir? Səbəbləri və Müalicəsi
  • Dünən, 17:06
    Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı
  • Dünən, 16:34
    İranı nə gözləyir: Rejim dəyişikliyi, yoxsa “yumşalma”?
  • Dünən, 15:20
    Ağız quruluğu nədən yaranır və necə aradan qaldırılır?
  • Dünən, 14:32
    İrandan Fransaya ağır zərbə: ballistik raketlərlə VURULDU
  • Dünən, 13:50
    1902-ci ilin fəlakəti təkrarlana bilər? – Şamaxı ilə bağlı PROQNOZ
  • Dünən, 12:02
    Bu vərdişlər qadın ürəyini gücdən salır - DİQQƏT!
  • Dünən, 11:30
    Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının şok eyhamı...
  • Dünən, 10:26
    İran daha bir ölkəni ilk dəfə vurdu
  • Dünən, 09:08
    Qışda sağlam qalmaq üçün beş vacib MƏQAM
  • 1-03-2026, 22:24
    Qadınlara təsir etmir, kişiləri isə daha tez qocaldır
  • 1-03-2026, 21:26
    Mədə turşuluğunu azaltmaq üçün 7 ən faydalı təbii üsul
  • 1-03-2026, 20:21
    "İran tutduğu yoldan geri dönmək istəmir" - Pezeşkian
  • 1-03-2026, 19:59
    Xameneinin yerinə təyin olunan Ərafi kimdir?
  • 1-03-2026, 18:27
    Əncir qurusu min dərdə dərmandır
  • 1-03-2026, 17:41
    ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI
  • 1-03-2026, 16:07
    Hörmüz boğazına ancaq bu ölkənin donanması buraxılır
  • 1-03-2026, 14:23
    Xamenei öldü, İran təslim olur? - ABŞ səhv edir
  • 1-03-2026, 13:35
    İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi
  • 1-03-2026, 12:41
    Qəfil, şiddətli baş ağrıları... - Mütəxəssislər xəbərdarlıq edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə