• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
Qərbin silah nəhəngləri ilk dəfə Bakıda
Kanada və ABŞ fəlakətin astanasında - Hər an müharibə başlaya bilər
Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tehran TƏSDİQLƏDİ: Minlərlə iranlı Ermənistan ordusunda Azərbaycana qarşı DÖYÜŞƏCƏK

Xəbərlər

17-04-2023, 21:10

Tehran TƏSDİQLƏDİ: Minlərlə iranlı Ermənistan ordusunda Azərbaycana qarşı DÖYÜŞƏCƏK


Tehran bir tərəfdən Əliəkbər Vilayətinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vasitəsilə Azərbaycana sülh mesajları səsləndirdiyi vaxt, SEPAH və Müdafiə Nazirliyi tərəfindən tam əks məzmunda xəbərlər sızdırılır.

Bu dəfə də II Qarabağ savaşından üzü bəri müşahidə olunan metod yenidən təkrarlanır- Azərbaycanla bağlı etiraflar və xəbərdarlıqlar xaricdə saxlanan proksi media vasitəsilə sızdırılır. Güman ki, həmişə olduğu kimi növbəti mərhələdə bu mesajların az sonra Tehranın mediasının özündə də təsdiqini görəcəyik.

Etiraflar:

1) İranın Müdafiə Nazirliyindəki mənbə təsdiqləyir ki, Tehran son vaxtlar Ermənistana kəşfiyyat və kamikadze dronlar, çoxlu sayda raket və silah-sursat verib. Mənbə bunu İran və Azərbaycan arasında gərginliyin artmasına və “ İsrailin Bakıdakı fəaliyyətinə“ cavab olaraq, Ermənistanın Azərbaycanın hücumlarından qorumaq məqsədilə etdiyini bildirib. İranın tədarük etdiyi silahlar arasında Ukraynada Rusiya texnikasına qarşı uğur qazanmış Amerikanın “Stinger” və “Javelin” raketlərinə bənzər portativ zenit-raket kompleksləri olub.

2) Mənbə ötən həftə sərhəddə baş verən qarşıdurma zamanı Ermənistan ordusunun artıq bu silahın bir hissəsindən istifadə etdiyini, nəticədə hər iki tərəfdən 7 əsgərin şəhid olduğunu qeyd edərək, “Azərbaycan qüvvələrinin silahın keyfiyyətindən təəccübləndiyini” bildirib. İddia edilir ki, Ermənistan ordusu əvvəllər arsenalında olmayan silahlardan istifadə etməklə hücum edən qüvvələri geri çəkilməyə məcbur edib.

Xəbərdarlıqlar:

1)Deyilir ki, Tehran Ermənistanla quru əlaqəsi üçün həyati əhəmiyyət kəsb edən Laçın(?) və Zəngəzur keçid məntəqələrinə nəzarət etmək üçün Azərbaycan-Türkiyə layihəsini dayandırmaqda tamamilə qərarlıdır. “Çünki bu layihənin məqsədi Ermənistanın Sünik vilayətinə nəzarət etmək, həmçinin Azərbaycan vasitəsilə Türkiyəni Xəzər dənizinə birləşdirmək və İranla Rusiya arasında əlaqəni kəsməkdir. Rusiya baş nazir Nikolay Paşinyanın davranışından çox narahat olsa da, öz fikrini dəyişməyə və Azərbaycandakı vəziyyəti yenidən qiymətləndirməyə başlayıb, eyni zamanda iki gün əvvəl KTMT üzvü İrəvanın NATO manevrlərində iştirakına aydınlıq gətirilməsini istəyib”.

2) Mənbə hazırda Ermənistan və Azərbaycanla sərhədlərdə 100 mindən çox İran əsgərinin olduğunu və ermənilərin özlərini müdafiə edə, Sünik üzərində nəzarətin itirilməsinin qarşısını ala bilməyəcəyi təqdird,ə müdaxilə etməyə hazır olduqlarını vurğulayıb, baxmayaraq ki, Tehran “belə bir ssenarini arzulamır”.

3)Bununla yanaşı Müdafiə Nazirliyinin sızdırmasında deyilir ki, minlərlə iranlı erməni də Ermənistan ordusunun tərkibində döyüşməyə hazırdır.

Proksi nəşrlər xatırladır ki, Azərbaycanda şiə müsəlmanlar əksəriyyət təşkil edir, lakin ölkədə ciddi dünyəvi rejim var. Azərbaycan bir neçə gün əvvəl Tehranı cənubi azərbaycanlıların İrandan ayrılaraq Azərbaycan Respublikasına birləşməsini dəstəkləyən anti-İran baxışlı millətçi deputata qarşı sui-qəsddə açıq şəkildə suçlayıb. Bundan sonra Bakı İranın dəstəyi ilə dini çevriliş planlaşdırdığı deyilən bir dəstənin yaxalandığını bildirib. Xatırladılır ki, azərbaycanlılar İranda farslardan sonra ikinci çoxsaylı millətdir və İran əhalisinin 25 faizini (19,4 milyon nəfərə qədər) təşkil edir (əslində rəqəm daha yüksəkdir-C.Q) .

Beləliklə, ilk dəfədir ki, İranın rəsmi qurumu Ermənistana açıq hərbi dəstək göstərildiyini etiraf edir. Üstəlik, erməni ordusunun tərkibində döyüşəcək minlərlə İran vətəndaşı hazırlandığı haqda təhdid səsləndirilir. Hərçənd onların erməni əsilli olduğu deyilsə də, bu, İranın savaşa dolaysı ilə qoşulması üçün istifadə oluna biləcək aldadıcı gedişdir. Bir müddət əvvəl İranın Azərbaycanla Ermənistan arasında mümkün toqquşmalarda iştirak ssenarilərinin müzakirə olunduğu, ssenarilərdən birinin də erməni ordusunun tərkibində ekspertlər və hərbi təlimatçılar vasitəsilə iştirak olduğunu yazmışdıq. Görünür, həmin ssenariyə indi bu şəkildə düzəliş edilib. Lakin hələ ki, İran rəsmi mediası və bizdəki iranpərəstlər inadla Tehranın Ermənistana birbaşa dəstəyini inkar etməkdədirlər. Azərbaycan üçün bu təhdidlər əhəmiyyətsizdir; bizim ordu əslində həmişə erməni ordusu adı altında gizlənmiş üçüncü qüvvələrlə döyüşüb və qalib gəlib. Ardıcıl sızdırmaların , təhdidlərin bir məqsədi də Azərbaycanı yanlış qərarlar qəbuluna məcbur etmək, İranın bu və ya digər addımlarına bəhanə əldə etmək ola bilər.

Yada salaq ki, bir neçə gün əvvəl Ermənistan baş naziri Nikol Paşinyan hökumət iclasında çıxışı zamanı İranın onlara silah verməsini, hərbi texniki yardımını təkzib etmiş, bu xəbərləri Azərbaycanın apardığı informasiya siyasəti adlandırmışdı. Odur ki, İran Müdafiə Nazirliyinin bu sızdırması həm də Paşinyanı çıxılmaz vəziyyətə salır.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 483
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-04-2023, 18:43

Tehran Moskvanı HƏDƏLƏYİR: Sülhməramlıların tərkibində təmsil olunmaq istəyir

Xəbərlər

27-01-2023, 14:33

Abdullahian niyə Bayramova zəng etmədi?

Xəbərlər

7-12-2022, 00:26

Molla rejimindən Azərbaycana qarşı növbəti SƏRSƏM BƏYANAT

Xəbərlər

8-10-2021, 11:45

İran Qarabağ danışıqlarında iştirak etmək istəyir - Tehranın 5 şərti bunlardır

Xəbərlər

6-10-2021, 19:23

Rusiyadan İrana TƏRS ŞİLLƏ - Azərbaycana görə GÖRÜN NƏ ETDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
Qərbin silah nəhəngləri ilk dəfə Bakıda
Kanada və ABŞ fəlakətin astanasında - Hər an müharibə başlaya bilər
Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Son xəbərlər
  • Bu gün, 14:37
    Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
  • Bu gün, 12:43
    Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
  • Bu gün, 11:05
    Qərbin silah nəhəngləri ilk dəfə Bakıda
  • Bu gün, 10:39
    Kanada və ABŞ fəlakətin astanasında - Hər an müharibə başlaya bilər
  • Bu gün, 09:06
    Hər gün yulaf yemək xolesterini azalda bilər – Araşdırma
  • Dünən, 22:41
    Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
  • Dünən, 21:01
    Ginekoloqların qadınlara demədiyi 6 FAKT
  • Dünən, 18:12
    Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
  • Dünən, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Dünən, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Dünən, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Dünən, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Dünən, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Dünən, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Dünən, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • 24-08-2026, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • 24-08-2026, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • 24-08-2026, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • 24-08-2026, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • 24-08-2026, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • 24-08-2026, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • 24-08-2026, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
  • 24-08-2026, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • 24-08-2026, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • 24-08-2026, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • 24-08-2026, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • 24-08-2026, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • 24-08-2026, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • 24-08-2026, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • 23-08-2026, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə