• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İmpulsiv alışların tələsinə düşürsünüz? - Bu vərdişdən necə qurtulmaq olar?
Bir stəkan südün içərisinə mixək atsanız... – BİLMƏDİYİNİZ FAYDALARI
Netanyahudan Trampı qəzəbləndirən qərar – “Tək xilas yolu budur”
İranda qum fırtınası dəhşətli qəzaya səbəb oldu - Çoxlu sayda yaralı var
D vitamininin çatışmazlığına işarə edən SİMPTOMLAR
Öyrəndim ki, Qarabağı hələ 2010-cu ildə itirmişik – Qazaryan
Hərb tarixinə düşəcək əməliyyat: Rusiyanı şoka salan hücumun DETALLARI
Alimlərdən məşhur səhər yeməyinin təhlükələri barədə XƏBƏRDARLIQ
Rusiya Qafqazda daha bir hərbi baza açır
Alimlər qara kələmi daha FAYDALI EDİB
XƏBƏRDARLIQ! Bakıda külək güclənəcək, dolu düşəcək... - SABAHIN HAVASI
Tutun sağlamlığımıza inanılmaz FAYDASI
Ucarda ağır qəza: Yaralılar var - SİYAHI
Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI
Bu aylarda yetişən qarpız həm də xərçəngin dərmanı imiş - Mütəxəssisdən vacib TÖVSİYƏ
Yatmazdan əvvəl çimənlərə alimdən xəbərdarlıq
Bu vərdişdən qurtulmaq ömrü 9 il UZADIR
Ərzaq bazarında ucuzlaşma: Qiymətlərin azalması davam edəcək? - İqtisadçı
Dərman qutusunu əvəz edə biləcək MƏHSUL
Diş fırçalamağın düzgün zamanı - Alimlərin tövsiyələri
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Düşmənlərin həsədlə izlədiyi GÜC MƏRKƏZİ - Türk Dünyası üçün HƏSSAS GÜNLƏR...

Xəbərlər

6-04-2023, 19:32

Düşmənlərin həsədlə izlədiyi GÜC MƏRKƏZİ - Türk Dünyası üçün HƏSSAS GÜNLƏR...


Baş nazir vəzifəsinə gəldiyi ilk gündən bildirdi ki, müasir Türkiyənin dövlət quruculuğunun əsasını təşkil edən dünyəvi prinsiplərdən geri çəkilmək niyyətində deyil. Söhbət Türkiyə prezidenti R.T. Ərdoğandan gedir. Onun baş nazir vəzifəsində sonrakı fəaliyyəti isə onun nüfuzunu daha da artırdı. Məhz onun hökumətə başçılıq etdiyi dönəmdə (2004-2005-ci illər arasında) Türkiyədə pul islahatı aparıldı.

İnflyasiyanın səviyyəsi aşağı düşməyə başladı, yeni sosial müəssisələrin, elektrik stansiyalarının tikintisi həyata keçirildi. Dövlətdə və cəmiyyətdə demokratik dəyərlər daha da möhkəmləndi. Bütün bunlar isə Türkiyə iqtisadiyyatında "səssiz inqilab" kimi dəyərləndirildi.

Xarici siyasətdə isə Rəcəb Tayyib Ərdoğan adı dünyada xüsusi çəkiyə, sambala sahibdir.

Dövlətin başına gəldiyi ilk günlərdən etibarən - 2003-cü ilin martında Ankaranın Amerika hərbi qüvvələrinin Türkiyə ərazisindən keçməklə İraqa daxil olmasına icazə verməməsi isə ölkənin Yaxın Şərq dövlətləri, o cümlədən İran və Suriya kimi qonşuları ilə münasibətlərini xeyli möhkəmləndirdi. Rəcəb Tayyib Ərdoğanın bu addımları ilk günlərdəncə bununla da Türkiyənin müstəqil, azad xarici siyasət yolu tutacağına çox böyük mesajlar idi.

Dediyi kimi də oldu...

Ərdoğan hökuməti ölkənin cənub-şərqində kürd probleminin həllindən tutmuş, onların yaşadığı zonaların iqtisadi vəziyyəti daha da yaxşılaşması məsələsinə kimi həssaslıq göstərdi. Ölkənin hərbi sənaye imkanlarını geridə qalan 20 il ərzində böyük sürətlə zirvələrə qaldırdı.

Vaxtı ilə ordusunun hərbçilərinin geyim dəstinin müxtəlif hissələrini fərqli ölkələrdən alan Türkiyə bu günlərdə artıq öz istehsalı olan yüksək sürət və nişan dəqiqliyi ilə seçilən hərbi təyyarəsini ("Kızılelma") təqdim etdi. Mən hələ 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun vuran əli, düşmənin qorxulu yuxusuna çevrilən Bayraktar PUA-ları barədə demirəm.

... Görünən dağa nə bələdçi

İndi Türkiyə NATO-nun ən böyük ordusuna malik iki ölkədən birinə sahibdir. Bu gün Ankara istər hərb, istər danışıq masasında sözünü, maraqlarını yetərincə yüksək səviyyədə diqtə edə və məqsədlərinə pillə-pillə nail olur. Bütün bunların məhz Ərdoğan dönəmində baş verməsi sıradan bir hadisə deyil. Çünki Rəcəb Tayyib Ərdoğan güclü bir Türkiyənin başına keçib, bu nəticələri əldə etmədi, Ərdoğan Türkiyəni yenidən yaratdı, qurdu, dünyaya siyasətin TÜRK modelini təqdim etdi.

Bu mövzu ilə bağlı ən ideal fikirləri bu yaxınlarda məhz R.T. Ərdoğanın "qardaş" deyə xitab etdiyi Prezident İlham Əliyevin dilindən eşitdik. Dövlət başçısı martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında Rəcəb Tayyib Ərdoğan Türkiyəsini qısa, lakin çox anlamlı təsvir etdi:

"Türkiyə son 20 ildə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.

"Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir".

Azərbaycan lideri Ərdoğan amilinin bu gün tək Türkiyə üçün yox, Türk Dünyası, onun yenidən bir çevrədə birləşməsi məsələsində də böyük rolunu yüksək qiymətləndirir. Məhz Türk Dövlətləri Təşkilatını birləşdirən hadisə kimi tarixə keçən 44 günlük Vətən müharibəsinin başladığı ilk gündən verdiyi dəstəyi ilə daim diqqət mərkəzində olan Ərdoğan hakimiyyəti, Azərbaycana qarşı artan təzyiqlərə verdiyi bəyanatlarla sipər gəldi, beləcə qardaş ölkəyə öz mənəvi dəstəyini bir an olsun savaşın son anına kimi əksik etmədi.

Türkiyə Cumhurbaşqanı yaxşı bilirdi ki, bu savaş tək Azərbaycanın yox, Türk Dünyasının savaşıdır - Haqq-ədalətin yenidən bərpa olunması istiqamətində...

44 günlük müharibədən qısa zaman sonra - 2021-ci ilin yanvar ayında Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə Qarabağla bağlı açıqlamalarını indiyə kimi xatərlayıram: "Dağlıq Qarabağda 30 illik gecikmə ilə də olsa, ədalətin təcəlli etməsini, bölgənin həsrət çəkdiyi sabitliyə qovuşmasını təmin etdik. 30 ildir Minsk qrupunun həll edə bilmədiyi və oradakı azərbaycanlı soydaşlarımızın öz ərazilərindən qovulduğu, oradan sürgünə göndərildiyi bu insanların torpaqlarını yenidən qazanmasına yardımçı olduq. Minsk qrupunun 30 ildə edə bilmədiyini verdiyimiz dəstəklə Türkiyə 44 gündə gerçəkləşdirib".

Bu cümlələrdə sonluqlar da az əhəmiyyətli deyil: "təmin etdik", "yardımçı olduq", "verdiyimiz dəstəklə Türkiyə gerçəkləşdirib". Elə bütün bunlara görə Ərdoğan Türkiyəsi daim Azərbaycanın olduğu masada yer almalı, qardaş olaraq bir-birinə dayaq olub istənilən geosiyasi, qlobal miqyaslı məsələnin öhdəsindən birgə gələ bilər. Necə ki, bunu son 3 ildə Bakı və Ankara bir neçə dəfə isbatladı.

Türkiyədə 14 may seçkiləri, türklərin öz sözləri ilə desək, artıq "seçki olmaqdan" daha fərqli bir məna kəsb etməyə başlayıb. Seçki debatları, küçələrdə aparılan sorğular göstərir ki, bu, artıq AKP və Ərdoğanın ABŞ başda olmaqla, Qərblə mübarizəsidir. O Qərb ki, Ərdoğanın qarşısında durmağı bacarmır, əzilməkdə davam edir, TÜRKÜN HAQQ SƏSİni boğmaqda çətinlik çəkir. Türkiyənin biləyini bükmək istəyən qüvvələr yaxşı anlayırlar ki, bu yolda əsas maneə Ərdoğan amilidir.

O səbəbdən də fikirlərimi elə Türkiyə Cumhurbaşqanının qardaşı, Türk Dünyasının digər lideri, Prezident İlham Əliyevin sözləri ilə yekunlaşdırmaq istəyirəm:

"Tam əminəm ki, Türkiyə və Azərbaycan bundan sonra da iki qardaş ölkə kimi biryerdə irəliyə gedəcək, xalqlarımız daha da bir-birinə yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu iş birliyi edəcək və beləliklə, Türkiyə-Azərbaycan birgə gücü daha da təsirli olacaq".

Oxunub: 290
Paylaş:
Digər xəbərlər

Xəbərlər

16-03-2023, 16:20

Azərbaycan Prezidenti: “Türkiyənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir”

Xəbərlər

29-11-2022, 17:45

Ərdoğan: "Türkiyə dünyanın mərkəzi olacaq"

Xəbərlər

11-09-2022, 21:31

Ərdoğandan Pakistana dəstək: Türkiyə səfərbər oldu!

Xəbərlər

26-07-2022, 11:40

Rəcəb Tayyib Ərdoğan: “Madriddə imzalanan memorandum sadəcə dəvətdir”

Xəbərlər

22-10-2021, 21:10

ƏRDOĞANDAN XƏBƏRDARLIQ: Türkiyə 3 tələb irəli SÜRDÜ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İmpulsiv alışların tələsinə düşürsünüz? - Bu vərdişdən necə qurtulmaq olar?
Bir stəkan südün içərisinə mixək atsanız... – BİLMƏDİYİNİZ FAYDALARI
Netanyahudan Trampı qəzəbləndirən qərar – “Tək xilas yolu budur”
İranda qum fırtınası dəhşətli qəzaya səbəb oldu - Çoxlu sayda yaralı var
D vitamininin çatışmazlığına işarə edən SİMPTOMLAR
Öyrəndim ki, Qarabağı hələ 2010-cu ildə itirmişik – Qazaryan
Son xəbərlər
  • Dünən, 22:52
    İmpulsiv alışların tələsinə düşürsünüz? - Bu vərdişdən necə qurtulmaq olar?
  • Dünən, 21:08
    Bir stəkan südün içərisinə mixək atsanız... – BİLMƏDİYİNİZ FAYDALARI
  • Dünən, 20:46
    Netanyahudan Trampı qəzəbləndirən qərar – “Tək xilas yolu budur”
  • Dünən, 19:31
    İranda qum fırtınası dəhşətli qəzaya səbəb oldu - Çoxlu sayda yaralı var
  • Dünən, 18:24
    D vitamininin çatışmazlığına işarə edən SİMPTOMLAR
  • Dünən, 17:09
    Öyrəndim ki, Qarabağı hələ 2010-cu ildə itirmişik – Qazaryan
  • Dünən, 16:25
    Hərb tarixinə düşəcək əməliyyat: Rusiyanı şoka salan hücumun DETALLARI
  • Dünən, 15:16
    Alimlərdən məşhur səhər yeməyinin təhlükələri barədə XƏBƏRDARLIQ
  • Dünən, 14:49
    Rusiya Qafqazda daha bir hərbi baza açır
  • Dünən, 13:12
    Alimlər qara kələmi daha FAYDALI EDİB
  • Dünən, 12:53
    XƏBƏRDARLIQ! Bakıda külək güclənəcək, dolu düşəcək... - SABAHIN HAVASI
  • Dünən, 11:46
    Tutun sağlamlığımıza inanılmaz FAYDASI
  • Dünən, 10:35
    Ucarda ağır qəza: Yaralılar var - SİYAHI
  • Dünən, 09:22
    Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI
  • Dünən, 08:19
    Bu aylarda yetişən qarpız həm də xərçəngin dərmanı imiş - Mütəxəssisdən vacib TÖVSİYƏ
  • 31-05-2025, 23:02
    Yatmazdan əvvəl çimənlərə alimdən xəbərdarlıq
  • 31-05-2025, 22:21
    Bu vərdişdən qurtulmaq ömrü 9 il UZADIR
  • 31-05-2025, 21:36
    Ərzaq bazarında ucuzlaşma: Qiymətlərin azalması davam edəcək? - İqtisadçı
  • 31-05-2025, 20:17
    Dərman qutusunu əvəz edə biləcək MƏHSUL
  • 31-05-2025, 19:08
    Diş fırçalamağın düzgün zamanı - Alimlərin tövsiyələri
  • 31-05-2025, 18:20
    Bu şəxslərin hesabına PUL KÖÇƏCƏK - RƏSMİ
  • 31-05-2025, 17:05
    Limonu belə saxlamayın – Sümüklərinizi əridə bilər
  • 31-05-2025, 16:51
    Ən keyfiyyətsiz yağların adı AÇIQLANDI
  • 31-05-2025, 15:32
    "Bu halda mütləq polisə bildirin" - XƏBƏRDARLIQ
  • 31-05-2025, 14:12
    Magistratura üzrə keçid balları artacaq? - DİM sədri AÇIQLADI
  • 31-05-2025, 13:21
    Yolda satılan bu məhsulu qəti yeməyin - ÖLDÜRÜR
  • 31-05-2025, 12:05
    Trampdan Makrona evlilik tövsiyəsi
  • 31-05-2025, 11:41
    Xərçəng və ürək xəstəliklərindən qoruyan faydalı şirə
  • 31-05-2025, 10:14
    Bakı müdaxilə etdi, müharibənin qarşısını alındı – “Dəstəyə ehtiyac var”
  • 31-05-2025, 09:16
    Həftə sonu pul itkisi riski - Bu 4 bürc diqqətli olmalıdır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə