Türkiyə prezidenti Rəcəb Tayyib Ankaranın yeni dünya düzənindəki yeri haqda danışıb.
Publika.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğan Ankaranın dünyanın mərkəzinə çevrilməli olduğunu bildirib:
“Ölkəmiz yeni dünya düzəninin mərkəzində olmalı, dəyişən qlobal siyasi və iqtisadi arxitekturanın bütün imkanlarından istifadə etməlidir”.
O, həmçinin müasir Türkiyənin çox dəyişdiyini də qeyd edib.
Onun sözlərinə görə, bəzi KİV-lərin manipulyasiyası və “terrorçu cütlüyün” hərəkətləri səbəbindən ölkə öz inkişafını dayandırmayacaq.