Finlandiya aprelin 4-də NATO-ya daxil olacaq.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Finlandiya çərşənbə axşamı günü NATO-ya qəbul ediləcək.
Məlumata görə, NATO xarici işlər nazirlərinin sabah başlayacaq iclasında Finlandiya bayrağı qaldırılacaq.
Mərasimdə NATO-nun Baş Katibi Yens Stoltenberq və Finlandiya prezidenti Sauli Niinistö çıxış edəcəklər.