Türkiyədə mayın 14-də keçiriləcək seçkilərdə 36 siyasi partiya iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə qərarı Türkiyənin Ali Seçki Komissiyası (YSK) bu gün keçirilən iclasdan sonra açıqlayıb.
YSK səsvermənin mayın 14-ü Türkiyə vaxtı ilə saat 08.00-17.00 arasında keçirilməsinə qərar verib.
Qeyd edək ki, Türkiyədə ümumi (həm prezident, həm də parlament) seçkiləri mayın 14-nə təyin edilib. Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan Respublika İttifaqından namizəd olub. Onun rəqibi isə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğludur, o, “Millət” koalisiyasının vahid namizədi elan edilib.