• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Gün ərzində nə qədər duz qəbul etmək olar?
Maskasız 4 bürc - Onların içi də çölü də birdir
Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İrəvan sülhdən İMTİNA EDİR: Bakının BAŞQA YOLU QALMIR

Xəbərlər

27-02-2023, 22:15

İrəvan sülhdən İMTİNA EDİR: Bakının BAŞQA YOLU QALMIR


Münhen Təhlükəsizlik Konfransı göstərdi ki, Bakı İrəvanla sülh müqaviləsini imzalamaq üçün tam hazırdır. Hətta panel müzakirələr zamanı Prezident İlham Əliyev öz çıxışı ilə bir daha dünyanın gözü önündə isbatladı ki, regionda sabitlik istəməyən tərəf Ermənistandır və bunu ondan tələb edən konkret qüvvələr var.

Lakin dövlət başçısının Münhen səfəri zamanı bir neçə gözlənilməz görüşlərin, Azərbaycanla təmaslarda maraqlı olan tərəflərin fəallığının da şahidi olduq. Belə tərəflərdən biri Avropa İttifaqının prezidenti Şarl Mişel oldu ki, o, həm İlham Əliyevlə, həm də Nikol Paşinyanla təkbətək görüşlər keçirməklə Praqa görüşündən sonra ciddi şəkildə Fransa tərəfindən zədələnən nüfuzunu bərpa etmək adına vasitəçilik missiyasını qaldığı yerdən davam etdirmək niyyətini ortaya qoydu.

Belə ki, Münhen Konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən üçtərəfli görüşdə Aİ-nın Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti danışıqların keçirilməsi barədə razılıq əldə olundu.

ABŞ Dövlət Departamentinin spikeri Ned Praysın yaxın günlərdə Brüsseldə İlham Əliyev və Paşinyanın görüşəcəyini elan etməsi isə bir daha təsdiq etdi ki, Aİ kimi Vaşinqton da Brüssel formatında görüşlərin təşkili və tərəflərin razılığa gəlməsində maraqlıdır.

Prays əlavə edib ki, son aylarda Bakı və İrəvan sülh sazişi istiqamətində irəliləyiş əldə ediblər. Dövlət Departamentinin sözçüsü onu da qeyd edib ki, Vaşinqton "bu irəliləyişin davamını" görməyə ümid edir. Bununla da ABŞ Avropa İttifaqının Azərbaycanla Qarabağ erməniləri arasında bu dialoqu aparmasını, hətta bu məsələyə öz töhfə vermək istədiyini ortaya qoymuş oldu.

Münhendə panel müzakirələrdə 3 il sonra növbəti dueldən də başı aşağı ayrılan rəsmi İrəvan destruktivliyindən əl çəkəcək kimi görünmür. Bu zamana kimi dəfələrlə şahid olmuşuq ki, Ermənistanın dediyi ilə etdiyi fərqli olur. Bu dəfə də eynisinin təkrarlanacağı istisna edilmir. Hətta geridə qalan günlərdə artıq bunun ilkin işartılarını da gördük.

Belə ki, Fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa Tribunalı) 7 dekabr 2021-ci il tarixli qərarına uyğun olaraq Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığı məhməkə tərəfindən bir daha təsdiq edildiyi halda, Azərbaycan tərəfindən etirazların "təşkili" və dəstəklənməsinin dayandırılması, eləcə də Qarabağa təbii qaz və digər komunal xidmətlərin verilməsini dərhal bərpa etməsi iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələbləri məhkəmə tərəfinədən rədd edildi.

Buna baxmayaraq, Ermənistan mediası bu dəfə də saxta məlumat verərək məhkəmənin Azərbaycan əleyhinə qərar verdiyini tirajladı. Bildirildi ki, guya Ədalət Məhkəməsi Azərbaycandan Laçın-Xankəndi yolunu açmasını tələb edir. Verilən qərar müvəqqəti olsa da burada Azərbaycanın irəli sürdüyü bir sıra məntiqi-hüquqi baxımdan əsaslandırılmış məsələlər də nəzərə alındığına şahid olduq.

Amma erməni həyasızlığı sərhəd və limit tanımır. Buna indiyə kimi də dəfələrlə şahid olmuşuq. Baxmayaraq ki, Ermənistan tərəfi rəsmi Bakı ilə müxtəlif platformalarda təması zamanı dünya ictimaiyyətində, siyasi elitasında sülh üçün hazır olduqları və bu istiqamətdə gərəkən addımları atmağa hazır olduqlarını, Bakının şərtlərini qəbul etdikləri təəssüratı yaratmaq məqsədi ilə istər XİN, istərsə də baş nazir səviyyəsində razılıq ifadə ediblər, lakin təmasların ardından heç bir gün keçməmiş biz ermənilərdən proseslərə fərqli münasibətin, yanaşmanın şahidi oluruq.

Ermənistan artıq indidən yaxın günlərdə baş tutacağı gözlənilən Brüssel görüşü öncəsi manipulyasiyalara start verib.

Bir ara sərhəddə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında təxribatlara ara verən Ermənistan tərəfinin uzun aradan sonra təxminən bir həftə əvvəl (Fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək) Azərbaycan Ordusunun mövqelərini müxtəlif istiqamətlərdə atəşə məruz qoyması İrəvanın sülhü təhdid etməsinin, regionda sabitlik istəməməsinin növbəti təsbiti idi.

Nəzərə alsaq ki, Ermənistan bu gün faktiki olaraq əmr quludur, özü də bir yox, bir neçə havadarının ixtiyarında, o zaman əslində sifarişin hardan və kimlərdən gəldiyi də hər kəsə gün kimi aydındır.

O da aydındır ki, ermənilər qədər onlara havadarlıq edən qüvvələr, siyasi liderlər və dövlətlər də çox yaxşı bilirlər ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması məsələsi Ermənistan tərəfinin birbaşa və dolayısı ilə Qarabağa münasibətindən asılıdır.

Elə buna görə də Fransanın başbiliciliyi ilə Ermənistanın bundan sonra da hər vəchlə gərginliyi artırmaq, danışıqlar prosesinə xələl gətirmək üçün vəziyyəti gərginləşdirmək naminə yeni təxribat axtarışının Qarabağ ətrafında davam edəcəyi istisna edilmir. Bu aralar Brüssel görüşü öncəsi rəsmi İrəvandan qeyri-konstruktiv bəyanatların gələcəyi də təəccübləndirməz.

Çünki Fransa çalışacaq ki, hər nə yolla olur olsun, növbəti dəfə Şarl Mişelin moderatorluq cəhdlərinin uğurzusluqla nəticələnməsinə nail olsun. Bununla da Bakının Aİ-yə etimadını tamamilə zədələyib, bu formatdan imtinasını reallaşdırsın. Danışıq imkanları, ümidləri azaldıqca isə sözün silaha keçdiyini, dövrüyyəyə hərbin daxil olduğunu nəzərə alsaq, Parisin də elə istədiyi budur. Çünki Fransa Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını istəməyən ən böyük qüvvələrdən biridir.

Brüsseldə keçirilməsi planlaşdırılan növbəti sülh danışıqlarında Zəngəzur dəhlizinin parametrləri, hər iki dövlət arasında regional kommunikasiyaların inkişafı, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası, həmçinin sülh müqaviləsindən irəli gələcək qarşılıqlı öhdəlik və vəzifələr ətrafında müzakirələr, Azərbaycan və Qarabağ erməniləri arasında hər hansı formada dialoqun aparılması məsələsinin daxil edilməsini nəzərə alsaq, məhz bu sadalanan məsələlərlə bağlı İrəvanın görüşdən öncə təxribat çıxışlarını gözləmək olar.

Bunun üçün Ermənistana əlinə düşən hər fürsətdən istifadə tapşırığı gəldiyi ehtimalları çox yüksəkdir. Belə bir fürsətlərdən biri kimi məhz bu gündən işinə başlayacaq BMT-nin İnsan Haqları Şurasının növbəti ssesiyasıdır ki, rəsmi İrəvanın Bakı əleyhinə, Qarabağla bağlı yenidən maipulyativ tələblər, istəklərlə çıxışı baş verə bilər.

Bunun Brüssel görüşünə xələlə gətirmək, Azərbaycan və Ermənistan liderlərinin bu formatda yenidən bir araya gəlməsini mənasızlaşdırmaq üçün atılacaq bir addım olacağı istisna edilmir. Xüsusilə də Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanın oradakı iştirakını nəzərə alsaq, bu gözləntilərin daha da artdığını deyə bilərəm.

Çünki Münhendə panel müzakirələr zamanı İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifinə elə ilk etirazını bildirənlərdən biri məhz əmr qullarından olan Ararat Mirzoyan oldu. Bu addımı qəbuledilməz adlandıraraq, Qarabağın "humanitar blokadada" olduğunu iddia edən Ararat Mirzoyan daha nəzərə almadı ki, Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi mövcud deyil.

Bu cür bəyanatlarla qarşı tərəf hələ də Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmadıqlarını açıq nümayiş etdirir. Nikol Paşinyan başda olmaqla Aratat Mirzoyan və onun kimi digər erməni siyasətçilər Azərbaycanda inzibati ərazi vahidi kimi mövcud olmayan "Dağlıq Qarabağ" ifadəsini davamlı olaraq işlətməklə, Qarabağda yaşayan ermənilərin blokadaya alınmaları və hansısa humanitar böhranla üz-üzə gəlmələri barədə cəfəng iddialar səsləndirməklə bu ölkənin hələ də sülh və mehriban qonşuluq şəraitində yaşamağa hazır olmadığını göstərən ən vacib detaldır.

Rəsmi İrəvan çox yaxşı bilir ki, sülh müqaviləsinin imzalanması üçün Qarabağla bağlı məsələlər, habelə sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması məsələləri mütləq öz həllini tapmalıdır.

Bu səbəbdən də Mirzoyanın Cenevrə səfərini həm sülhə mane olmaq adına, həm də iki ölkə arasında gərginliyi pik həddə çatdırmaq məqsədi ilə öz ritorikalarına sadiq qalacağı gözlənilir. İstisna edilmir ki, Ermənistan XİN başçısı BMT-nin İnsan Haqları Şurasının növbəti ssesiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən bu və ya digər sərsəm fikirlər, tələblər səsləndirməklə Brüsseldəki danışılar prosesini formallaşdırmağa çalışacaq.

Oxunub: 308
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-02-2023, 11:33

Azərbaycan təzyiqlərə baxmayaraq Fransaya BOYUN ƏYMİR

Xəbərlər

17-02-2023, 11:33

Münhendə Əliyev-Paşinyan görüşü olacaq?

Xəbərlər

7-04-2022, 08:13

SON DƏQİQƏ: Azərbaycan və Ermənistan sülh müqaviləsilə bağlı razılığa GƏLDİ

Xəbərlər

14-12-2021, 19:13

Azərbaycan və Avropa İttifaqı Şurasının liderləri üçtərəfli görüş barədə fikir mübadiləsi aparıblar

Xəbərlər

16-02-2020, 00:45

"Qarabağ Azərbaycanın ərazisidir" - Paşinyan

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
Son xəbərlər
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
  • 7-05-2025, 13:26
    Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər
  • 7-05-2025, 12:42
    Faydalı bilib hər gün içirik - Qaraciyəri məhv edirmiş
  • 7-05-2025, 11:11
    Şagirdlər daha bir testdən keçiriləcək? – Rezonans doğuran TƏKLİF
  • 7-05-2025, 10:24
    Pakistandan Hindistana cavab zərbələri: hədəfləri vurur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə