• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
Uzun müddət oturmaq ölüm riskini artırır
Avqustda qeyri-iş günü olacaqmı?
Rusiya dövlət büdcəsinin yarısını hərbiyə ayırır
Qaraciyər xərçənginin əlamətləri yemək yeyəndə görünür
BƏƏ-nin Hörmüzdə gizli əməliyyatı üzə çıxdı: Nefti belə daşıyıblar
Makron Suriyada: Şara ilə görüşdü...
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
Yayda hər gün ayaqyalın gəzin – Həkim
Kondisioner işlək vəziyyətdə olarkən yatmağın təhlükələri açıqlandı
Kremli gözləyən qorxunc ssenari: ölkə parçalanır? – Böyük güclərin planı…
Yaxın zamanda Rusiya və Ukrayna sülh imzalayacaq – Tramp gözlənilməz vəd verdi
Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
100 manatlıq əsginas yenilənir: köhnə pulların taleyi necə olacaq? – RƏSMİ CAVAB
Seçkilərdən sonra Paşinyan ilk xarici səfərini niyə Rusiyaya etdi? – Mikaelyan sirləri açdı
Ağızda diabeti göstərən 7 əlamət - DİQQƏT EDİN
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ukraynalı qaçqınlar üçün şərtlər niyə ağırlaşır? - ARAŞDIRMA

Xəbərlər

15-01-2023, 15:20

Ukraynalı qaçqınlar üçün şərtlər niyə ağırlaşır? - ARAŞDIRMA


2022-ci il uğursuz proqnozlar ili kimi yadda qaldı. İlin əvvəlində nüfuzlu Qərb analitikləri və ekspertləri Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun reallaşacağına inanmırdılar. Amma Rusiya hücum planını reallaşdırdı. Öz növbəsində Rusiya da ümid edirdi ki, müharibə qısamüddətli olacaq, Qərb müharibədən kənarda qalmağa üstünlük verəcək. Amma belə olmadı.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Rusiya-Ukrayna savaşı çox böyük coğrafi ərazidə davam etdiyindən dağıntılara məruz qalan ərazilər də çoxdur.

Savaş ucbatından çox sayda insan Ukraynanı tərk etməli olur. BMT-nin ötən ay açıqladığı rəqəmlərə görə, müharibə başlayandan bəri Ukraynada 12 milyon şəxs öz yaşayış yerini tərk etməyə məcbur qalıb. BMT-nin miqrasiya qurumu bildirib ki, hazırda Avropa ölkələrində 8 milyon ukraynalı qaçqın var.

Onların ən çox üz tutduğu ölkələrsə Polşa və Almaniyadır. Polşada Ukraynadan gələnlərin sayı 1 milyon 400 min, Almaniyada 1 milyon nəfərdir. Çexiyada 431 min, İtaliyada 160 min, Türkiyədə 145 min, İspaniyada 143 min, Böyük Britaniyada 122 min, Fransada 101 min ukraynalı qaçqın qeydə alınıb. Ukraynadan qaçqın axınının Avropanı ötən il olduğu kimi, bu il də ciddi sınaqlarla üz-üzə qoyacağı proqnozlaşdırılır.

Bir tərəfdən miqrant axını, digər tərəfdən Rusiyadan enerji asılılığı “qoca qitə”ni çətin duruma salıb. Əgər Ukrayna böhranı belə davam etsə, Avropa maliyyə böhranı, yaxud Yunanıstandakı böhran zamanı olduğundan daha böyük təhlükə ilə üzləşə bilər. Məsələn, müharibə başlayandan almanlar qaçqınlara idman zallarını və kazarmaları verir, geyim toplayır və onları öz ailələrində yerləşdirirlər. Başqa ölkələrdə isə sərhədlərdə tikanlı məftillərdən hasarlar çəkir və keçidləri bağlayırlar.

Qərb mediası da qaçqın problemini Aİ üçün son onilliklərin ən ciddi sınağı kimi dəyərləndirir. Faktiki olaraq hazırda Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın böhranı yaşanır. Təkcə işğalın ilk üç həftəsində Ukraynanı 3 milyona yaxın insan tərk edib. Rusiya ilə Ukrayna arasında müharibə nə qədər uzun sürərsə, Almaniyadakı ukraynalı qaçqınların sayı bir o qədər çoxalacaq. Bu isə onların qəbulunu və yerləşdirilməsini çətinləşdirir. Almaniyada Ukraynadan olan qaçqınların ümumi sayı hər gün orta hesabla 170 nəfər artır. Ölkənin kommunal orqanları həyəcan təbili çalır: onların yeni qaçqınları qəbul etmək üçün resursları faktiki olaraq tükənib.

Berlində keçirilən mətbuat konfransında Almaniya Şəhərləri və İcmaları Assosiasiyasının (DStGB) prezidenti Uve Brandl deyib ki, qaçqınlarla bağlı müxtəlif problemlərin həllində imkanlarının son həddinə çatıblar. Onun qeyd etdiyi əsas problem mənzillə bağlıdır:

“Çoxlu sayda ukraynalı qaçqın mərhəmətli almanların evində məskunlaşdı. Ancaq bu, daimi ola bilməz, başqa variantlar tapmaq lazımdır. Berlinin əsas qatar stansiyasında Ukraynadan olan qaçqınlara sığınacaq verməyə hazır olan alman vətəndaşlarının sayı azalıb. Onları qəbul edənlər qaçqınların bu qədər uzun müddət qalacaqlarını gözləmirdilər”.

Brandlın sözlərinə görə, alman qonaqpərvərliyi və ukraynalılara qarşı ictimai tolerantlıq da təhlükə altındadır. Kirayə mənzil bazarında da gərgin vəziyyət hökm sürür.

2023-cü ildə Polşada da ukraynalı qaçqınlar üçün şərtlər dəyişəcək: onlara pulsuz mənzillərin verilməsi müddətinə yenidən baxılacaq. Gələnlər qaçqın mərkəzlərində altı ay pulsuz yaşadıqdan sonra yaşayış üçün qismən ödəniş etməli olacaqlar. Fevralın 1-dən dəyərin 50 faizini, mayın 1-dən isə 75 faizini ödəmək lazım gələcək. Bu cür dəyişikliklər ukraynalıları daha aktiv məşğulluğa sövq etmək üçün nəzərdə tutulub. Amma il ərzində ukraynalı qaçqınlara verilən bütün müavinətlər və ödənişlər qüvvədə qalacaq.

Aİ ölkələri 2023-cü ildə yeni ukraynalı qaçqın dalğası da gözləyirlər. Keçən il olduğu kimi, bu il də ukraynalılar Aİ ölkələrinə sərbəst səyahət edə biləcəklər. Onlar Almaniyaya vizasız daxil ola və orada yaşamaq icazəsi olmadan 90 günə qədər qalmaq hüququna malikdirlər.

Qaçqınların Britaniyaya gəlişinə gəlincə, burada da 2023-cü ildə qaydalarda heç bir dəyişiklik gözlənilmir. Ancaq burada artıq ukraynalıları qəbul etmək istəyənlər çox azdır. Britaniyada da qaçqınların üzləşdiyi ən əsas problem mənzil tapmaqdır. Ukraynadan Britaniyaya gələnlərin əksəriyyəti müvəqqəti yaşayış yerlərində yaşamalı olur. Onlar pulları olsa belə, həmişə mənzil və ya otaq kirayə edə bilmirlər. The Guardian yazır ki, gələcəkdə Britaniyaya gələn 50 min ziyarətçi evsiz qala bilər. 84 min qaçqının qəbul edilməsinə imkan verən “Ukraynalılar üçün mənzil” proqramı mərhələli şəkildə dayandırılır.

2023-cü ildə ukraynalılar Slovakiyaya da sərbəst gedə biləcəklər. Onlar bu ölkədə qaçqın kimi qalmağı planlaşdırırlarsa, müvəqqəti müdafiə statusu üçün müraciət etməli və ölkədə həyatı xeyli asanlaşdıracaq müvafiq hüquqlar əldə etməlidirlər.

Çexiya rəsmi olaraq ukraynalı qaçqınlara yardım proqramını 2024-cü ilin martına qədər uzadıb. Yəni ukraynalı qaçqınlar 2023-cü ildə bu ölkəyə də rahat gedə biləcəklər.

İtaliya və Fransaya gəlincə, bu ölkələrin hökumətləri 2023-cü ildən etibarən qaçqınların qəbulunu dayandırmağı planlaşdırdıqları barədə məlumat verməyiblər. Ona görə də ukraynalılar bu iki ölkəni də seçə bilərlər.

Oxunub: 396
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-07-2022, 19:37

Qan donduran HESABAT: Hədəfdə ukraynalı qaçqın uşaqlardır

Xəbərlər

1-05-2022, 09:18

BMT: “Ukraynalı qaçqınların sayı 5,5 milyona yaxınlaşır”

Xəbərlər

16-04-2022, 13:55

BMT: “Ukraynada iki minə yaxın mülki şəxs həlak olub”

Xəbərlər

15-04-2022, 11:39

"Əgər mən getsəydim..." - Zelenski Ukraynanı tərk etməməsinin ƏSL SƏBƏBİNİ AÇIQLADI

Xəbərlər

10-04-2022, 22:52

Ukraynanı tərk edənlərin sayı 4,5 milyon nəfərə çatdı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
Uzun müddət oturmaq ölüm riskini artırır
Son xəbərlər
  • Bu gün, 20:27
    Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
  • Bu gün, 19:13
    Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
  • Bu gün, 18:32
    Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
  • Bu gün, 17:10
    Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
  • Bu gün, 16:25
    Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
  • Bu gün, 15:44
    Uzun müddət oturmaq ölüm riskini artırır
  • Bu gün, 14:08
    Avqustda qeyri-iş günü olacaqmı?
  • Bu gün, 13:22
    Rusiya dövlət büdcəsinin yarısını hərbiyə ayırır
  • Bu gün, 12:50
    Qaraciyər xərçənginin əlamətləri yemək yeyəndə görünür
  • Bu gün, 11:32
    BƏƏ-nin Hörmüzdə gizli əməliyyatı üzə çıxdı: Nefti belə daşıyıblar
  • Bu gün, 10:10
    Makron Suriyada: Şara ilə görüşdü...
  • Bu gün, 09:07
    Şaftalının faydaları nələrdir, neçə kaloridir?
  • Dünən, 22:42
    Yayda hər gün ayaqyalın gəzin – Həkim
  • Dünən, 21:14
    Kondisioner işlək vəziyyətdə olarkən yatmağın təhlükələri açıqlandı
  • Dünən, 20:50
    Kremli gözləyən qorxunc ssenari: ölkə parçalanır? – Böyük güclərin planı…
  • Dünən, 19:13
    Yaxın zamanda Rusiya və Ukrayna sülh imzalayacaq – Tramp gözlənilməz vəd verdi
  • Dünən, 18:02
    Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
  • Dünən, 17:06
    100 manatlıq əsginas yenilənir: köhnə pulların taleyi necə olacaq? – RƏSMİ CAVAB
  • Dünən, 16:35
    Seçkilərdən sonra Paşinyan ilk xarici səfərini niyə Rusiyaya etdi? – Mikaelyan sirləri açdı
  • Dünən, 15:20
    Ağızda diabeti göstərən 7 əlamət - DİQQƏT EDİN
  • Dünən, 14:36
    Avropa ABŞ-sız böyük savaşa hazırlaşır
  • Dünən, 13:53
    Sərhəddə təxribat, casusluq – Belarus müharibəyə sürüklənir?
  • Dünən, 12:22
    Spirtli içkilərdən sonra QARACİYƏRİ bərpa edən MƏHSULLAR
  • Dünən, 11:46
    İsrail ilk dəfə BƏƏ-yə "Dəmir Qübbə" sistemi verdiyini təsdiqləyib
  • Dünən, 10:25
    NATO-nun sonsuza qədər mövcud olacağına heç kim zəmanət verə bilməz - Stoltenberq
  • Dünən, 09:10
    Hansı hallarda ağrıkəsici qəbul etmək təhlükəlidir?
  • 5-07-2026, 20:35
    Beş aylıq fasilədən sonra dəniz ticarətini bərpa etdilər
  • 5-07-2026, 19:28
    Dünyadan gizlədilən 89 milyardlıq sənəd, insanlığı gözləyən dəhşət iddiası – Nə baş verir?
  • 5-07-2026, 18:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • 5-07-2026, 17:09
    Rusiya və Çin birgə hərbi təlimlərə başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə