"Polşa və Finlandiyadan başqa daha üç ölkə "Leopard" tanklarını Ukraynaya təhvil verməyə hazırdır".
Milli.Az publika.az-a istinadən bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
"Artıq transfer etməyə hazır olan, lakin Almaniya ilə məsələnin yekun həllini gözləyən beş ölkəmiz var", - Kuleba deyib.
Kuleba qeyd edib ki, Polşanın Ukraynaya "Leopard" tankları vermək vədi digər ölkələri də hazır olduqlarını bəyan etməyə sövq edib. Xüsusilə, söhbət Finlandiyadan gedir, nazir əlavə edib.