• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
Qovunu kimlər ehtiyatla yeməlidir?
İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənistanı LƏRZƏYƏ SALACAQ BƏYANAT

Xəbərlər

11-01-2023, 15:49

Ermənistanı LƏRZƏYƏ SALACAQ BƏYANAT


44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə tarixi hərbi qələbəmizi siyasi müstəvidə də dünyada təsdiqləmək idi. Müharibənin geridə qaldığı iki il ərzində postkonflik mərhələsində rəsmi Bakı əsas diqqətini bu məsələyə yönəltdi. Çünki Azərbaycan tərəfi yaxşı başa düşürdü ki, əgər siyasi sahədə bu Qələbəni dünyanın gözü önündə təsdiqlətməsə, onu dünya ictimaiyyətinə qəbul etdirməsə, Bakı üçün növbəti mərhələlər daha çətin olacaq.

Bununla paralel dövlət başçısı hazırda çox böyük soyuq savaşın getdiyini də sözlərinə əlavə edib: "Müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik. Çünki biz haqq yolundayıq və bizim həm hərbi, həm siyasi gücümüz, o cümlədən iqtisadi müstəqilliyimiz gücümüzü əlbəttə ki, artırır". Bununla İlham Əliyev Ermənistan və ermənpərəst qüvvələrin hələ də anti-Azərbaycan siyasətlərinin təhlükəli həddə olduğuna işarə edib.

Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı bu məsələyə xüsusilə geniş aydınlıq gətirdi. Amma dövlət başçısının əhatə etdiyi məsələlər bununla məhdudlaşmadı. Prezident müsahibə zamanı həm daxili auditoriyayaya, həm də Azərbaycana qarşı cəbhə açan xarici qüvvələrə kifayət qədər konkret və dəqiq mesajlar ünvanladı.

Dövlət başçısı hələ dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır" fikirlərin demək olar ki, eynisini ötən gün də səsləndirdi:

"Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq".

Bunun olduqca önəmli detal olduğunu düşünürəm. Buradan da belə nəticə çıxır ki, Azərbaycanın hədəfləri daha böyükdür və rəsmi Bakının gündəliyi artıq bütün hər kəsə gün kimi aydındır. İlham Əliyevin fərqli zamanda, fərqli məkanda hər iki çıxışında bu Qayıdış hüququmuzu bütün konvensiyaların tanıdığını qeyd edərək xüsusilə "Sülh yolu ilə etmək istəyirik" ifadəsinə yer ayırması düşünməyə zəmin yaradır ki, "Azərbaycan bunu başqa formada da icra edə bilər. Amma regionda, dünyada sülh istəyən bir xalq olaraq Ermənistandan Qarabağ məsələsində görməsək də bu mövzuda konstruktiv addım gözləyirik" kimi əsaslandırılsın.

Ölkə başçısının bu açıqlamalarından bir daha aydın olur ki, Azərbaycan böyük səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində işlərə başlayıb. Qarabağ münaqişəsi həll olunandan sonra indi rəsmi Bakının gündəliyində duran əsas məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, Azərbaycan indi çox gözəl anlayır ki, vaxt itirməməlidir:

"Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir. Xüsusi işçi qrupu yaradılıb, verdiyim bütün tapşırıqlar və eyni zamanda, yerlərdən gələn təkliflər əsasında biz vahid konsepsiya üzərində işə başlamışıq. Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır".

Beləliklə, əgər 30 il ərzində Qarabağ mövzusu ümumxalq məqsədi idisə, bundan sonra Qərbi Zəngəzura, Basarkeçərə, Göyçəyə qayıdış milli prioritetimiz olacaq.

"Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı burada da görməliyik" açıqlaması edən dövlət başçısı bu Qayıdış Konsepsiyasının indi Azərbaycan qarşısında dayanan ən böyük missiya olduğundan xəbər verir. Dövlət başçısının, "Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik. Ona görə bu sahədə də artıq proqramın üzərində iş gedir. Əminəm ki, biz buna da nail olacağıq və tarixi ədaləti bərpa edəcəyik" sözləri rəsmi Bakının bu prosesə nə qədər fokuslandığından xəbər verməklə yanaşı, Qərbi Azərbaycana qayıdışın Azərbaycan xalqı üçün Qarabağ qədər taleyüklü bir məsələ olduğuna eyham etməkdir.

Dünyada gedən qlobal geosiyasi proseslər, yeni qütblərin formalaşması, qəlizləşən dünya nizamı, regionun siyasi mənzərəsi Qərbi Azərbaycana qayıdış strategiyasının nəticə verməsi ehtimallarını artırır. Məhz bütün bu amilləri zərgər dəqiqliyi ilə nəzərdən keçirən dövlət başçısı bu prosesdə bu qədər qətiyyətli görünür. Lakin İlham Əliyevin "Bu münaqişəyə qoşulan ölkələrin sayına baxsaq, görərik ki, faktiki olaraq, Üçüncü Dünya müharibəsi gedir", "Rusiya-Ukrayna müharibəsindən sonra yeni dünya nizamının yaradılması artıq labüddür, bunun başqa yolu yoxdur" kimi sözlərinə diqqət yetirsək, aydın olar ki, Qərbi Azərbaycan planı təkcə regional şərtlərə yox, həm də qlobal miqyasda yeni dünya nizamının qurulması perspektivinə hesablanıb.

Atılan addımlar fonunda bu bəyanatların səsləndirilməsi deməyə əsas verir ki, Prezidentin yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər Qərbi Azərbaycana qayıdış hədəfi tək ritorikadan ibarət olmayacaq. Çünki Qərbi azərbaycanlıların öz doğma ata-baba yurdlarına qayıdışı milli prioritet məsələmiz olmaqla bərabər, eyni zamanda haqqımızdır.

Oxunub: 549
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-01-2023, 21:16

Prezident: “Müharibə bitsə də, mübarizə hələ davam edir və əminəm ki, biz qalib gələcəyik”

Xəbərlər

1-01-2022, 10:26

Dövlət başçısı: “Hərbi gücümüzü bundan sonra da artıracağıq”

Xəbərlər

26-06-2021, 23:35

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi

Xəbərlər

31-05-2019, 15:23

İlham Əliyev: Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir

Xəbərlər

14-12-2018, 23:49

SON DƏQİQƏ! Azərbaycan liderinin bu sözləri Ermənistanı BİR-BİRİNƏ QATDI - Moskva və Bakı Qarabağla bağlı RAZILAŞIB...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yumurtanı səhər yox, axşamlar yeyin
Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
Dünəndən qalan çayı içmək olar?
ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
Qarında piyləri azaldan çörək növü hansıdır?
Son xəbərlər
  • Bu gün, 09:02
    Yumurtanı səhər yox, axşamlar yeyin
  • Dünən, 22:41
    Həkimlər ən çox miqrenə səbəb olan qidaları müəyyən ediblər
  • Dünən, 21:23
    Dünəndən qalan çayı içmək olar?
  • Dünən, 20:16
    ABŞ İrana niyə hücum edib? - Tramp tək səbəbi açıqladı
  • Dünən, 19:08
    Türkiyə hərbi gücünü artırır: İsrail gəmiləri ilə bağlı GƏRGİNLİK
  • Dünən, 18:13
    Qarında piyləri azaldan çörək növü hansıdır?
  • Dünən, 17:32
    Hərbi biletlə bağlı qərar: Onlar 200 manat cərimə olunacaqlar - RƏSMİ
  • Dünən, 16:25
    Hava ilə bağlı gözlənilməz dəyişiklik: oktyabra qədər davam edəcək – Yeni rekord
  • Dünən, 15:38
    Qovunu kimlər ehtiyatla yeməlidir?
  • Dünən, 14:21
    İsrail Ərdoğanı hədəf aldı: “Bizi sınağa çəkmə”
  • Dünən, 13:40
    Rusiyadan İsrailə şok xəbərdarlıq: Dövlət kimi yox olacaqlar
  • Dünən, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • Dünən, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Dünən, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Dünən, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 20-08-2026, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • 20-08-2026, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • 20-08-2026, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • 20-08-2026, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • 20-08-2026, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • 20-08-2026, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • 20-08-2026, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • 20-08-2026, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • 20-08-2026, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • 20-08-2026, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • 20-08-2026, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • 20-08-2026, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • 20-08-2026, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • 20-08-2026, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə