İran uranın zənginləşdirilməsi sürətini İslam Respublikasının nüvə sənayesi tarixində ən yüksək həddə çatdırıb.
KAİM.az Publika.az-a istinadənxəbər verir ki, bunu şənbə günü İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.
“Bu gün İranın uran zənginləşdirmə qabiliyyəti əvvəlki səviyyələri iki dəfə keçməklə ölkənin nüvə sənayesi tarixində ən yüksək səviyyəyə çatıb”, – deyə M.İslami bildirib.