• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Tutun faydaları
Qarpız təbii sidikqovucu və ödqovucudur
Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
Qrenlandiyanın gələcəyi NATO-da müzakirəyə çıxarıldı – Nə qərar veriləcək?
İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma...
Dünəndən qalan yeməklər iltihaba və babasilə səbəb olur?
Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edə bilməyəcək – Moskvadan İrəvana daha bir eyham
Hörmüzdən yan keçən layihə - İran məhv edilir
Qadınlarda menopoz simptomları nə qədər davam edir?
Kartla ödənişdə çoxlarının bilmədiyi detal - Açıqlama
Paşinyandan anklavlarla bağlı sensasion açıqlama: Başkənd dəyişdirilir?
Üzümün ən faydalı hissəsi qabığıdır
İybilmə və dadbilmə nə vaxt itir?
Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
Qandakı yağları əridən bitkilər - Siyahı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Əliyev Makronu dünyanın gözü qarşısında RƏZİL DURUMA SALDI

Xəbərlər

3-11-2022, 10:15

Əliyev Makronu dünyanın gözü qarşısında RƏZİL DURUMA SALDI


Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etməsi Azərbaycanın son illər artan nüfuzunun, daha uzaq coğrafiyaları əhatə etməyə başlayan iqtisadi və siyasi imkanlarının və əsas da qlobal proseslərdəki obyektiv mövqeyinin nəticəsidir.

Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdikdən sonra Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında çıxışı zamanı "Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib" bəyanatını səsləndirən İlham Əliyev bununla da bu yaxınlarda bir müsahibəsində Azərbaycanı Ermənistana qarşı təcavüzkarlıqda ittiham edən simasız Emmanuel Makrona tutarlı cavab vermiş oldu.

Dövlət başçısının "Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik" sözləri əslində Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, Prezident Emanuel Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi "sənədə" sillə kimi cavabı idi.

Az qala hər vəchlə Azərbaycanı ittiham etməkdən geri addım atmayan rəsmi Paris üçün bundan yaxşı cavab ola bilməzdi. Əliyev bu çıxışı ilə Fransaya güzgü siyasətinin klassikasını nümayiş etdirib. Dövlət başçısı Azərbaycanı heç bir əsas olmadan, delimitasiya-demarkasiya prosesi icra edilmədən, ortada konkret bir xəritə olmadan Azərbaycanı Ermənistan ərazisini işğalda, təcavüzdə ittiham edən Fransaya əsl işğalçının, təcavüzkarın, müstəmləkə siyasəti ilə 100 illərdir insanları öz doğma yurd-yuvalarında əsir halında yaşadanın kim olduğunu faktlarla nümayiş etdirdi, əyani göstərmiş oldu.

Nəticə etibarilə Prezident İlham Əliyevin Əlcəzairə səfəri bir daha göstərdi ki, rəsmi Bakı başda Fransa olmaqla, ona qarşı irəli sürülən əsassız ittihamlara tarixi faktlar və reallıqlar ilə cavab vermək qüdrətindədir.

Əliyevin Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleks hesab edilən Milli Mücahidlər Muzeyini Zirvə toplantısından öncə ziyarət etməsi Fransa və digər işğalçılara bu nöqteyi nəzərdən olduqca əhəmiyyətli bir subliminal mesaj idi. Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasəti, müharibə və insanlıq əleyhinə cinayətləri ilə bağlı faktların toplandığı bu muzey çox unikal əhəmiyyətə malikdir.

Çünki Milli Mücahidlər Muzeyi Fransa kalonial sisteminin bütün çirkab oyunlarının əyani mənzərəsini özündə əks etdirə bilir. Buradakı ekspanatlarda 1830-1962-ci illərdə Əlcəzairin milli azadlıq mücadiləsi dövründə Fransanın onlara qarşı istifadə olunan silahlarına qədər eksponatlar cəmlənib.

Bu səbəbdən də Azərbaycan Prezidentinin ziyarətin özü də simvolik bir məsələdir. Çünki bu, əslində Fransa müstəmləkəçiliyinin tarixini bir də Əliyev tərəfindən nümayiş etdirmək deməkdir. O Fransa ki, artıq tarixin yaddaşına köçən Qarabağ münaqişəsinin həll olunması məqsədilə yaradılan ATƏT-in Minsk Qrupunun üç həmsədr dövlətindən biri idi. 30 illik erməni işğalı zamanı Fransanın ermənipərəst mövqeyindən isə heç danışmağına dəyməz.

44 günlük müharibənin ilk günündən qatı ermənipərəst mövqeyini ortaya qoyan Fransa dünəninə nəzər yetirdikdə tarixindən qan damladığı aydın göründüyü halda özünə "sülh quşu" obrazı çizməklə törətdiyi qətliamları, insanlığa qarşı vəhşilikləri keçmişindən siləcəyinimi düşündü?

İlham Əliyev məhz Ərəb Liqasında çıxışından öncə bu muzeyə baş çəkməklə lazımı dairələrə lazımı mesajını çatdırmış oldu. Əliyev tərəfindən müstəmləkəçiliyə qarşı bir mübarizə simvolu hesab edilən bu muzeydən verdiyi mesajlar isə Fransanın qaranlıq, qanla dolu keçmişindən fərqli olaraq dünya ictimaiyyətinin, İslam dünyasının çox aydın başa düşəcəyi şəkildə idi.

Çünki Fransa bu günkü gün İslama düşmənçilik elan edib. Belə olmasaydı, Fransa tarixçilərdən ibarət komissiyanın Əlcəzairdəki milyon yarım insanın qətlinin araşdırmalı olduğunu tələb etdiyi kimi "erməni soyqırımı" məsələsində də R.T.Ərdoğanın təklif etdiyi kimi türk və erməni tarixçilərdən ibarət komissiyanın məsələni araşdırmasına ehtiyac görərdi, Türkiyə tərəfini birbaşa soyqırım törətməkdə ittiham etməkdən çəkinərdi.

Prezident İlham Əliyevin "Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla müstəmləkə siyasəti aparılıb" ifadəsi bir daha deməyə əsas yaradır ki, doğru zamanda doğru səfər və yerində səsləndirilmiş bəyanatdır. Fransaya, ermənipərəst Emanuel Makrona bundan gözəl cavab ola bilməzdi. Bununla da Əliyev Azərbaycana qarşı qərəzli heç bir əsası olmayan ittihamlarla vaxtaşırı çıxışlar edən Makron və onun ermənipərəst çevrəsini nəyinki Fransa xalqının, dünyanın gözü qarşısında qarşısında rəzil duruma salmaqla boşboğazlıq etməyin sonunun nə ilə nəticələnəcəyini əyani göstərdi.

Oxunub: 619
Paylaş:
Digər xəbərlər

Maraqlı

2-11-2022, 12:18

İlham Əliyevin əlyazısı yayıldı, trendə çevrildi - FOTO

Xəbərlər

6-10-2022, 22:44

İlham Əliyev Praqada Zirvə Toplantısında iştirak etdi - YENİLƏNDİ

Xəbərlər

23-09-2022, 09:09

Ərəb Birliyindən İlham Əliyevə Zirvə dəvəti

Xəbərlər

30-06-2022, 18:03

İlham Əliyev Putinlə görüşdü

Manşet / Xəbərlər

23-06-2018, 11:40

İlham Əliyev Əlcəzairin ədliyyə nazirini qəbul edib

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Tutun faydaları
Qarpız təbii sidikqovucu və ödqovucudur
Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
Son xəbərlər
  • Bu gün, 09:04
    Tutun faydaları
  • Dünən, 22:18
    Qarpız təbii sidikqovucu və ödqovucudur
  • Dünən, 21:40
    Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
  • Dünən, 20:11
    İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
  • Dünən, 19:29
    Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
  • Dünən, 18:46
    Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
  • Dünən, 17:37
    Qrenlandiyanın gələcəyi NATO-da müzakirəyə çıxarıldı – Nə qərar veriləcək?
  • Dünən, 16:17
    İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma...
  • Dünən, 15:50
    Dünəndən qalan yeməklər iltihaba və babasilə səbəb olur?
  • Dünən, 14:05
    Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edə bilməyəcək – Moskvadan İrəvana daha bir eyham
  • Dünən, 13:40
    Hörmüzdən yan keçən layihə - İran məhv edilir
  • Dünən, 12:40
    Qadınlarda menopoz simptomları nə qədər davam edir?
  • Dünən, 11:51
    Kartla ödənişdə çoxlarının bilmədiyi detal - Açıqlama
  • Dünən, 10:43
    Paşinyandan anklavlarla bağlı sensasion açıqlama: Başkənd dəyişdirilir?
  • Dünən, 09:03
    Üzümün ən faydalı hissəsi qabığıdır
  • 9-07-2026, 22:14
    İybilmə və dadbilmə nə vaxt itir?
  • 9-07-2026, 21:55
    Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
  • 9-07-2026, 20:19
    Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
  • 9-07-2026, 19:37
    İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
  • 9-07-2026, 18:48
    Qandakı yağları əridən bitkilər - Siyahı
  • 9-07-2026, 17:46
    Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
  • 9-07-2026, 16:15
    Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
  • 9-07-2026, 15:51
    Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
  • 9-07-2026, 14:47
    İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
  • 9-07-2026, 13:57
    Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
  • 9-07-2026, 12:40
    Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
  • 9-07-2026, 11:46
    Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
  • 9-07-2026, 10:23
    Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
  • 9-07-2026, 09:04
    Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
  • 8-07-2026, 22:09
    Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə