ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb.
Bu barədə Publika.az xarici KİV-ə istinadla xəbər verir.
Yeni paketə HIMARS MLRS üçün döyüş sursatları da daxildir.
"Bu gün Departament 24-cü prezident yardım paketinin təsdiqini elan edir", - Pentaqonun bəyanatında deyilir.