• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyəli generaldan İrana SƏRT İSMARIC: Ağlını başına yığ, əgər Azərbaycana...

Xəbərlər

24-10-2022, 22:51

Türkiyəli generaldan İrana SƏRT İSMARIC: Ağlını başına yığ, əgər Azərbaycana...


"İranın hərbi təlimlər ilə "güc nümayişi" göstərərək Bakı və Ankaranı qorxutmaq istəyi mümkün deyil".

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

O bildirib ki, İran unutmasın ki, Azərbaycana gələcək ən cüzi bir zərər Türkiyəyə edilmiş sayılır:

"İranın Azərbaycan və Türkiyə ilə sərhəddə "güc nümayişi", onların fərqli diplomatiya yürütdükləri deməkdir. İranın bu fəaliyyəti nə onun keçmiş günahlarını təmizləyər, nə də Türkiyə və Azərbaycanı qorxudar.

Təəssüf ki, 1988-ci ildən 1992-ci ilə qədər müharibə müddətində, müharibədən sonra 28 il, 28 ildən sonra da 44 günlük müharibə ilə Zəfərdən sonra ötən zaman kəsiyində də İran nə ağıldan yana, nə hüquqdan yana, nə əxlaqdan yana münasibət ortaya qoymadı və yanlış tərəfi seçdi.

Amma eyni zamanda məsələ orasındadır ki, bunu 28 il idi ki, etiraf edə də bilmirdilər. Fəqət bir neçə gündür artıq etiraf etdilər ki, "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir!". Beləcə, hər kəs tərəfini seçdi.

Türkiyə sülh, sabitlik, inteqrasiya, dünya əhəmiyyətli iri layihələrə töhfə vermək üçün Zəngilanda olarkən, İran da getdi Ermənistanda (Qərbi Zəngəzurda - Qafan) boş bir binada konsulluq açdılar. Tehranın bu addımı, Azərbaycana qarşı təhdidvari açıqlamaları, xüsusilə də xalqın həssas məsələlərindən biri olan din, məzhəb kimi amillərdən istifadə etməyə çalışmaları boş bir cəhddir.

Çünki Azərbaycan dövləti, xalqı İranın bu cür iyrənc oyunlarını çoxdan geridə qoyub. İranın bu etdikləri nə İslama, nə şiəyə, nə də xoş niyyətli bir qonşuya yaraşmayan davranışdır. Türkiyə və Azərbaycanın İranın ərazi bütövlüyü ilə bağlı bir narahatlığı yoxdur. Biz Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən, suverenliyini düşünərkən, yeni sülh statusu ilə sabitlik yolunda öncə bunun bölgə dövlətlərinə xeyirini və hər bir ölkənin sabitliyində pay sahibi olması istiqamətində çalışırıq.

İranın bu anlaşılmaz reaksiyaları - müharibə zamanı olan reaksiyası və müharibədən sonrakı hərəkətləri ağıla gəlməyəcək, xəyal edilməyəcək bir məsələdir. İran bir də bu etdiklərinin arxasında dayanacaq gücə sahib deyil. Çünki İran indi üç-dörd cəbhədə - Yəmən, Suriya, İraqda fəaliyyət göstərir, eyni zamanda daxili təhlükəsizlik məsələsi böyük təhlükə qarşısındadır və meydana çıxan hadisələrin qarşısını almaq qabiliyyətinə də sahib deyillər.

İranın bu etdikləri səhv addımdır. Biz İranı son dəfə ağlını başına yığmağı, yanlış qərarlar qəbul etməməyi, həqiqi dostunun kim olduğunu bir daha düşünməyi, beynəlxalq hüququn normalarından kənara çıxmamağı tövsiyə edirik. Əgər Tehran Türkiyə və Azərbaycana qarşı bu cür neqativ, hədə-qorxu davranışlarını bir də praktiki olaraq həyata keçirmək niyyətinə düşərsə, - mən İranın elə bir addım atacağını ehtimal etmirəm, bu, sadəcə güc nümayişidir, - qarşılığında lazımı cavabı da alar.

Çünki Şuşa Bəyannaməsi ilə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik daha üst səviyyəyə çatdı. Azərbaycana gələcək ən cüzi bir zərər artıq Türkiyəyə edilmiş sayılır. İran hesabını buna görə götür-qoy etsin, addımını buna görə atsın.

İslamdan, şiəlikdən danışan İran niyə 28 illik işğal zamanı İslamı, müsəlmanları, şiəliyi, dini abidələrin təhqir edən, içərisində heyvan saxlayan, onları dağıdıb-uçuran, bir milyona yaxın müsəlmanı qaçqınçılıq yaşamağa məcbur qoyan və Xocalıda müsəlmanlara soyqırım törədən Ermənistana o illər boyunca hər hansı bir reaksiya vermədi?

Ona görə də İran-Azərbaycan sərhəddinin təxminən 130-140 km-i ermənilər tərəfindən işğal edilərkən səsini çıxarmayan rəsmi Tehranın bu gün boşboğazlıq etməsi əhəmiyyətsiz bir fəaliyyətdir. O səbəbdən də deyirik ki, İran, ağlını başına al! Doğrunu aşkar et, haqlıdan, hüquqdan yana davranışına yenidən göz gəzdir".

Oxunub: 451
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-10-2022, 19:05

İran təlimlərlə bağlı Bakıya məlumat verib? - Rəsmi AÇIQLAMA

Xəbərlər

13-09-2022, 21:19

Türk generaldan İrəvana İSMARIŞ: "Bunu unutmasınlar!"

Xəbərlər

15-06-2022, 12:15

Türk generaldan Yunanıstana XƏBƏRDARLIQ

Xəbərlər

29-03-2022, 18:48

TƏCİLİ: Bakını hədələyən rus deputata Türkiyədən SƏRT REAKSİYA

Xəbərlər

22-05-2021, 12:29

İrana qarşı SƏRT REAKSİYA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
Son xəbərlər
  • Bu gün, 22:14
    Ölü qalaktikadan gələn sirli siqnal: Yerdən 2 milyard işıq ili uzaqlıqda yerləşir
  • Bu gün, 20:51
    45 ölkə, milyonlarla insan risk altında – BMT xəbərdarlıq etdi
  • Bu gün, 19:43
    İrəvandan müsbət siqnallar: Referenduma gediləcəkmi?
  • Bu gün, 17:26
    İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
  • Bu gün, 16:18
    İran və Oman razılığa gəldi: Hörmüz boğazında yeni marşrut açılır
  • Bu gün, 15:39
    Bud ağrısının gizli səbəbləri: 3 xəstəlik
  • Bu gün, 14:58
    Rusiya, Britaniya, Fransa və Almaniya: Vyanadakı gizli görüşün təfərrüatı yayıldı
  • Bu gün, 13:34
    Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...
  • Bu gün, 12:35
    D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı
  • Bu gün, 11:08
    Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
  • Bu gün, 10:27
    Səfərbərlik elan edildi, ordu bölgəyə yeridildi – Kritik şəhərdə nə baş verir?
  • Bu gün, 09:03
    Zəncəfilin bilinməyən faydaları: Ürək və xolesterinə təsiri
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə