• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Hər gün limon suyu içməyin bədənə 7 təsiri
Oturaq həyat tərzinin zərərləri və qarşısını almaq yolları
Ürəyi xəstə qadınların 69%-də bu çatışmır
Azərbaycanın da ehtiyacı var, lakin Ermənistana verdi – Bakıdan möhtəşəm addım
Rusiya 10 ölkə ilə hərbi müqavilələri ləğv etdi
Çuğundur şirəsi qan təzyiqini aşağı salır
21 dekabrda nələr baş verəcək? - Gündönümü xüsusiyyətləri
Azərbaycanın ilk autoimmun laboratoriyası hardadır?
Region qarışdı, məşhur qruplaşma hərəkətə keçdi: Yeni toqquşma olacaq
Paris HƏDƏFƏ ALINDI - Əgər hökumət geri addım atmasa...
Şəkər xəstəliyindən qoruyan - PƏHRİZ
Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ
Orbandan Aİ-yə SƏRT XƏBƏRDARLIQ - “Təhlükəli nöqtəyə yaxınlaşır, buna müharibə deyilir”
Uşaqlıqda mioma yarandısa – Nə etməli?
Türkiyənin yeni sualtı qayığı xidmətdə: "Xızır Rəis"...
Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
Hansı müayinələr hər kəs üçün vacibdir?
Qəzzada sülh necə təmin olunacaq? – Kalın anons etdi
Rusiya üçün qorxunc proqnoz: Xaos ixrac edən ölkəni nə gözləyir?
Səhər yeməyini ötürsək nə baş verər?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

TƏCİLİ! Sərhəddə GƏRGİNLİK ARTIR – Fransa kəşfiyyatçılarını Zəngəzura GƏTİRDİ

Xəbərlər

18-10-2022, 16:40

TƏCİLİ! Sərhəddə GƏRGİNLİK ARTIR – Fransa kəşfiyyatçılarını Zəngəzura GƏTİRDİ


“Müdafiə Nazirliyimizin yaydığı məlumatda qeyd olundu ki, düşmən tərəfi artilleriya qurğularını dövlət sərhədi istiqamətində toplayır. Bu əslində, özü-özlüyündə həyəcan doğuran bir xəbər olsa da, bunun müsbət tərəfi də var. Artıq hamımız bilirik ki, sentyabrın ortalarında (12-13 sentyabr) Silahlı Qüvvələrimiz tərəfindən keçirilən əks-hücum əməliyyatı nəticəsində şimaldan Daşkəsən-Gədəbəy istiqamətindən, cənubda Araz çayına qədər sərhəd boyu bütün strateji və operativ əhəmiyyətli yüksəkliklər, dağ silsilələri və s. hamısı Azərbaycan Ordusunun nəzarətinə keçib”.

KAİM.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, Dövlət Sərhəddində gərginlik artacaq:

“Sentyabrdakı hərbi toqquşmalar zamanı da MN tərəfindən məlumat yayılmışdı ki, dövlət sərhəddində nəzarətə götürdüyümüz yeni yüksəkliklər və postlar ona şərait yaradır ki, nəinki dövlət sərhəddinə yaxın, hətta düşmənin operativ dərinliyində hər hansı bir hərəkətlilik və şübhəli bir yerdəyişmə filan baş verdikdə biz bunu müşahidə edək. Və bu son hadisə də (Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib) buna birbaşa sübutdur. Müsbət tərəfi budur ki, Ordumuzun sentyabrda keçirdiyi əks-hücum əməliyyatının bəhrələrini indi görürük.

Özü-özlüyündə təbii ki, səhv etmirəmsə orada 4 artilleriya qurğusundan söhbət gedir. Bu heç bir batareya da etmir. Ola bilsin ki, indi kəşfiyyat nəticəsində aşkar olunan bunlardır, fərqli istiqamətlərdə, fərqli aktivlik də var.

Amma mən indi diqqətinizi nəyə cəlb etmək istəyirəm?! Biz bu məsələnin hərbi tərəfinə toxunduq, indi siyasi tərəfi ilə paralellər aparaq: Bilirik ki, Praqa görüşlərindən sonra Fransa prezidenti Emanuel Makron tərəfindən qalmaqallı, heç bir əsası olmayan provokativ bəyanatlar səsləndirildi. Hansılar ki, onlar artıq hər kəsə məlumdur. Praqa görüşlərində əsas nəticələrindən biri o idi ki, Ermənistanda Avropa İttifaqının mülki missiyası fəaliyyətə başlamalıdır və bu missiya dövlət sərhəddinin təhlükəsizliyini müşahidə edəcək.

Təbii ki, bu, Avropa İttifaqının missiyası adlansa da, orada Fransa mütəxəssisləri də olacaq. Nəzərə almalıyıq ki, biz buna mülki missiya desək də normalda orada diplomatlar və kəşfiyyatçılar olur. Ola bilməz ki, orada Aİ tərəfindən ezam olunan bu və ya digər dövlətlərin hərbi kəşfiyyatçıları da olmasın, ilk növbədə də Fransanın.

Hazırda Ermənistanda həmin o missiyanın gəlməsi ilə bağlı hazırlıq artıq yekunlaşmaq üzrədir. Həmin missiyanın gəlişi fonunda Makronun belə təhrikedici, qalmaqallı və beynəlxalq hüququ alt-üst edən bəyanatları fonunda, eləcə də Ermənistanın həmin o Qrupun gəlişinə hazırlaşması fonunda o hərbi yerdəyişmələr, aktivlik, dövlət sərhəddində hansısa təhrikedici hərəkətlər təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin cəza tədbirləri ilə nəticələnə bilər. Çünki Azərbaycan SQ bir neçə dəfə göstərib ki, biz təkcə əks-hücum deyil, önləyici tədbirlər də həyata keçirə bilərik.

Təbii ki, bu fonda hazırda Azərbaycan SQ-ni hər hansı bir cəza tədbirlərinə təhrik etməyin siyasi məqsədləri ola bilər, bu danılmazdır. Biz yenə də Ermənistanın vaxt udmaq istəyi və Makronun belə səsli-küylü, qalmaqallı bəyanatları fonunda Azərbaycanın mümkün cəza tədbirləri və yaxud da önləyici tədbirləri ətrafında neqativ media fondunun yaradılması və bu media fondunun da hazırladığı dezinformasiyaları beynəlxalq ictimiayyətə ötürməsi nəticəsində dünyada bir daha Azərbaycanın guya “Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüz”də ittiham olunması mənzərəsi yaratmaq məqsədi ola bilər. Yəni indiki situasiyada mən hazırkı prosesləri belə görürəm.

Amma nəzərə almalıyıq ki, proseslər inkişaf edir, hər gün bu məsələ ətrafında yeni-yeni xəbərlər çıxır. Bildiyiniz kimi, Emanuel Makronun bəyanatlarında bir tək Azərbaycan deyil, eyni zamanda Rusiya tərəfi də hədəfə alınıb. Orada kifayət qədər anti-Rusiya xarakterli elementlər də var idi. Makrona ilk cavab Rusiya XİN-in sözçüsü Mariya Zaxarovadan gəldi, sonra isə Astana görüşü ərəfəsində Rusiya prezidenti Vladimir Putin də Makrona cavab verdi və bu, kifayət qədər sərt cavab idi. Təbii ki, onu qeyd etməliyik ki, dövlətimizin başçısı prezident İlham Əliyev də Makronun bəyanatına cavabsız qoymadı və haqlı olaraq çox sərt cavab verdi.

Azərbaycan tərəfindən bu cavab gözlənilən və məntiqli idi. Rusiya tərəfinin cavabı sanki Ermənistana xəbərdarlıq kimi imiş. Çünki Putin bir tək Makrona cavab vermədi, eyni zamanda ikinci sitatı da var idi: “Biz Ermənistanla Azərbaycan arasında gedən diplomatik prosesləri diqqətlə izləyirik və bunlar nəzərimizdən qaçmır”. Putin bununla çox güman ki, Praqa görüşünü, orada əldə olunan nəticəni nəzərdə tuturdu. Unutmamalıyıq ki, Praqa görüşündə Rusiya bir vasitəçi kimi iştirak etmirdi və Rusiya orada ümumiyyətlə yox idi. Praqada Aİ sammitində İlham Əliyev, Nikol Paşinyan, Emanuel Makron, R.T.Ərdoğan, Aİ-nin prezidenti Şarl Mişel iştirak edirdi, – həmin adam ki, Brüssel görüşündən bu yana Praqa razılaşmasının əldə olunmasına ən çox çaba göstərən insanlardan biri idi.

Bu məqamı da qeyd etməliyəm ki, Makronun bəyanatları eyni zamanda Şarl Mişeli də zərbə altına qoyur, çünki dediyim kimi, onun bu görüşün baş tutmasında, razılaşmaların əldə olunmasında zəhməti çox idi. Hazırda belə bir mənzərə yaranıb ki, Rusiya artıq Ermənistana diplomatik müstəvidə xəbərdarlığını edib. Rusiya artıq Ermənistanın “qırmızı xətt”i keçdiyini müşahidə edir və buna cavab addımlar atılacaq.

Bu cavab tədbirləri hansı şəkildə olacaq?

Biz bunu Rusiya-Ermənistan münasibətlərinin xarici siyasət müstəvisində görə bilərik. Amma mən düşünürəm ki, daha çox daxili siyasətdə Rusiya Ermənistana təzyiqini göstərəcək. Çünki Ermənistanda Rusiyanın təsir mexanizmi birbaşa və dolayı manipulyasiya alətləri tükənməzdir. Rusiya Cənubi Qafqazda nə qədər zəifləsə, Rusiya Ukrayana müharibəsində nə qədər yenilgilərə məruz qalsa, bunun Rusiyanın Ermənistandakı imkanlarına təsiri yoxdur.

Hazırda belə bir mürəkkəb vəziyyət yaranıb:

⚫️ Bir tərəfdə Ermənistan tam olaraq Qərbə doğru irəliləməyə çalışır və bunu heç gizlətmir

⚫️ Praqa razılaşmalarında Rusiya iştirak etmədi və bu, Moskvada neqativ reaksiya doğurub

⚫️ Makron öz bəyanatında Rusiyanın Cənubi Qafqazdakı siyasətini də hədəfə aldı və bununla bağlı çox neqativ fikirlərə yer verdi. Əslində Azərbaycanla bağlı yeni bir şey söyləmədi. Makron Jak Şirak, Nikola Sarkozi və Fransua Ollandın dediklərini bir qədər fərqli şəkildə söylədi və Azərbaycan üçün sürpriz deyil ki, Fransa Azərbaycana ən azı dost ölkə deyil.

Hazırda Dövlət Sərhəddində düşmənin nəzərəçarpan aktivliyi bu səpgidə təhlil edilməlidir və proseslər daha da irəliyə gedə bilər. Ehtimal edirəm ki, biz Dövlət Sərhəddində hələ ki sakitlik müşahidə etməyəcəyik.

Onu da qeyd edim ki, son günlərdə düşmənin bir tək yerdəyişmə və yeni qüvvə toplaması deyil, eyni zamanda atəş fəallığı da xeyli dərəcədə artıb. Son günlər düşmən tərəf mövqelərimizi atəşə məruz qoyur. Nəticədə həm sərhədçilərimiz, həm ordu birləşmələrimiz düşmənin bu “aktivliyini” cavab atəşi ilə susdurmaqla məşğuldurlar. Bu səbəbdən də düşünürəm ki, Dövlət Sərhəddində gərginlik hələ müşahidə olunacaq, çox böyük ehtimalla bu gərginlik hələ artacaq da”.

Oxunub: 598
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-09-2022, 00:06

Ordumuz Ağdərə və Sərsəng istiqamətində… - TƏCİLİ MƏLUMAT

Xəbərlər

10-08-2022, 00:12

ŞAD XƏBƏR! Xankəndi ətrafındakı yüksəkliklər halqası Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ/VİDEO

Xəbərlər

3-08-2022, 20:27

Bu yüksəkliklər ermənilərdən AZAD OLUNDU - Müdafiə Nazirliyi adları AÇIQLADI

Xəbərlər

8-07-2022, 12:42

Rusiya Tovuz istiqamətində niyə hərbi baza açır?

Xəbərlər

19-01-2020, 06:58

SON DƏQİQƏ: “Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib” - Generaldan AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Hər gün limon suyu içməyin bədənə 7 təsiri
Oturaq həyat tərzinin zərərləri və qarşısını almaq yolları
Ürəyi xəstə qadınların 69%-də bu çatışmır
Azərbaycanın da ehtiyacı var, lakin Ermənistana verdi – Bakıdan möhtəşəm addım
Rusiya 10 ölkə ilə hərbi müqavilələri ləğv etdi
Çuğundur şirəsi qan təzyiqini aşağı salır
Son xəbərlər
  • Bu gün, 18:30
    Hər gün limon suyu içməyin bədənə 7 təsiri
  • Bu gün, 15:10
    Oturaq həyat tərzinin zərərləri və qarşısını almaq yolları
  • Bu gün, 12:42
    Ürəyi xəstə qadınların 69%-də bu çatışmır
  • Bu gün, 11:28
    Azərbaycanın da ehtiyacı var, lakin Ermənistana verdi – Bakıdan möhtəşəm addım
  • Bu gün, 10:24
    Rusiya 10 ölkə ilə hərbi müqavilələri ləğv etdi
  • Bu gün, 09:04
    Çuğundur şirəsi qan təzyiqini aşağı salır
  • Dünən, 22:07
    21 dekabrda nələr baş verəcək? - Gündönümü xüsusiyyətləri
  • Dünən, 21:35
    Azərbaycanın ilk autoimmun laboratoriyası hardadır?
  • Dünən, 20:38
    Region qarışdı, məşhur qruplaşma hərəkətə keçdi: Yeni toqquşma olacaq
  • Dünən, 19:06
    Paris HƏDƏFƏ ALINDI - Əgər hökumət geri addım atmasa...
  • Dünən, 18:00
    Şəkər xəstəliyindən qoruyan - PƏHRİZ
  • Dünən, 17:50
    Zelenski Putinin seçkilərlə bağlı təklifinə belə CAVAB VERDİ
  • Dünən, 16:24
    Orbandan Aİ-yə SƏRT XƏBƏRDARLIQ - “Təhlükəli nöqtəyə yaxınlaşır, buna müharibə deyilir”
  • Dünən, 15:18
    Uşaqlıqda mioma yarandısa – Nə etməli?
  • Dünən, 14:23
    Türkiyənin yeni sualtı qayığı xidmətdə: "Xızır Rəis"...
  • Dünən, 13:14
    Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  • Dünən, 12:50
    Hansı müayinələr hər kəs üçün vacibdir?
  • Dünən, 11:34
    Qəzzada sülh necə təmin olunacaq? – Kalın anons etdi
  • Dünən, 10:13
    Rusiya üçün qorxunc proqnoz: Xaos ixrac edən ölkəni nə gözləyir?
  • Dünən, 09:07
    Səhər yeməyini ötürsək nə baş verər?
  • 19-12-2025, 22:25
    Sağlam münasibətlərdə görünməyən 5 davranış
  • 19-12-2025, 21:22
    Hər gün bir stəkan içən qocalmır
  • 19-12-2025, 20:09
    Türkiyənin şimalında hərbi aktivlik artdı – “Çoxsaylı insan ölümləri ola bilər”
  • 19-12-2025, 19:28
    ABŞ-ın bu addımına görə Çin qəzəbləndi
  • 19-12-2025, 18:42
    Göbələk xəstəliyi əlamətləri və müalicəsi
  • 19-12-2025, 17:48
    Paşinyandan Naxçıvan açıqlaması: Rusiyaya bildirdim ki, təcili şəkildə...
  • 19-12-2025, 16:25
    Müharibəyə hazırlıq başladı: Bu ölkə Rusiya və Belarusla sərhədləri minalayır
  • 19-12-2025, 15:29
    Xəstəxanalarda onlayn növbə sistemi dəyişir – Qeydiyyat ləğv olunur
  • 19-12-2025, 14:44
    Plan iflasa uğradı, hazırlıq başladı: Xamenei təşvişdə – Son çarə Bakıdır
  • 19-12-2025, 13:47
    Cənubi Qafqazda müharibə planı: Rusiya və İran nə hazırlayır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə