• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Yağış nə vaxt kəsəcək? - Açıqlama
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON ANDA!!! Türkiyəni AYAGA QALDIRAN Azərbaycanlı QIZ - "Tatlısəs, Sibel Can və..." - VİDEO

Xəbərlər

17-10-2018, 00:02

SON ANDA!!! Türkiyəni AYAGA QALDIRAN Azərbaycanlı QIZ - "Tatlısəs, Sibel Can və..." - VİDEO
Murad Göğebakanın “Ay yüzlüm” mahnısı ilə həm Türkiyədə, həm də vətənimizdə böyük şöhrət qazanan Nahidə Babaşlı “Ulduz” adlı mahnıya çəkilmiş ilk klipini təqdim edib.

Müğənni bu barədə Publika.az-a müsahibə verib.

- “Ulduz” mahnısı necə yarandı?

- Mahnının musiqisinin müəllifi iranlı bəstəkar Vəfa Abrişamidir. O, həm də studiyada çalışır. Bir gün studiyada idik, mahnını mənə dinlətdi, həm sözlərinə, həm də musiqisinə çox vuruldum. Söylədi ki, kompozisiya səsimə çox uyğundur. Və onu mənə hədiyyə etdi. Daha sonra qısa versiyasını ifa edib instaqramda paylaşdım. Mahnı sosial şəbəkədə böyük əks-səda doğurdu, hamı dayanmadan onun tam versiyasını tələb edirdi. Aranjeman olunduqdan sonra qərara gəldik ki, mahnıya klip çəkək. Klipin rejissorluğunu Bəxtiyar Ələkbərov edib.

- Rejissor klipdə calandırdığınız obrazdan razı qaldı?

- Bəxtiyar Ələkbərovla görüşüb söhbət etdikdən sonra qənaətə gəldik ki, klipdə özüm rol alım. Klipin məzmunu sözlərə uyğun olaraq çəkilib. Burada yarının yolunu gözləyən insanın Allahla təkbətək söhbətindən danışılır. Obrazın inandırıcı alınması üçün çox çalışdım. Rejissor nəticədən razı qaldı.

- Bəzi səhnələr Xızı dağlarında baş tutub. Çətin olmadı ki?

- Təsəvvür edin ki, ağ nazik donda dağın başına qalxmalı idim. Oraya çıxana qədər böyük stress yaşadım. Çünki yüksəklik qorxum var, yuxarı qalxdıqca arxaya baxa bilmirdim. Çəkiliş prosesində bir nəfər məni ora çıxartdı, çəkiliş yekunlaşanda isə gəlib yenidən aşağı düşürdü. Dağın başında dayandığım müddət ərzində tərpənmədim, qorxudan ayaqlarım titrəyirdi. Üstəlik soyuq hava şəraiti çətinlik yaradırdı, çox üşüyürdüm.

Koverləri telefonla çəkib paylaşmaq rahatdır, klipdə obraz canlandırmaq tamam fərqlidir. Hər halda əlimdən gələni etdim ki, səhnələr effektli alınsın.

- Sizcə, “Ulduz” niyə bu qədər uğurlu alındı? Sözlərin tanınmış şair Məhəmməd Hüseyn Şəhriyara aid olmasının rolu ola bilər? Bu gün istər dünyada, istər Azərbaycanda əksər müğənnilərin oxuduğu mahnı sözləri çox bəsitdir. Bəsit sözlər dinləyicinin qəlbinə və ruhuna yola tapmır.

- Burada bir neçə amil var: həm sözlər dərindir, həm aranjeman fərqlidir, həm də mahnı səsimə uyğundur. Mahnı Azərbaycan üslubunda aranjeman olunmayıb, yaradıcı yanaşma və ideya var. Sözlər, musiqi və səsim bir-birini ideal şəkildə tamamlayıb, ola bilsin ki, mahnının sevilməsinin səbəbi budur. Dolayısı ilə tamamlanmış iş dinləyicinin xoşuna gəlib.

- Vəfa Abrişami ilə əməkdaşlığınız gələcəkdə də davam edəcək?

- Vəfa bəy iranlıdır, üç-dörd il əvvəl Azərbaycana gəlib. Hazırda burada yaşayır. Onunla tanışlığımız, eləcə də “Ulduz”u mənə təqdim etməsi təsadüf nəticəsində baş verdi.

Bir nöqtədə qalmaq və bir insanla işləmək haqda düşünmürəm. Əlbəttə ki, Vəfa bəylə gələcəkdə işbirliyimiz davam edə bilər. O, ürəyimi oxşayan yeni mahnılar hədiyyə etsə, sevə-sevə oxuyaram. Eyni zamanda, başqa bəstəkarlardan gələn təklifləri də qiymətləndirəcəyəm.

- Gənc bir müğənninin “Ulduz”la sənətə gəlməsini onun böyük uğuru adlandırmaq olar. Maraqlıdır ki, sonrakı fəaliyyətinizdə bir çoxları kimi repertuarınıza toy mahnıları daxil etməyi düşünürsünüz?

- İlk mahnım haqqında yüksək fikirdə olmağınız mənim üçün sevindirici haldır. Hər halda əlimdən gələni edəcəyəm ki, standart müğənni olmayım və keyfiyyətsiz mahnılar oxumayım. Azərbaycanda bu gün bu tərzdə ifa edən çox az sayda sənətçi var. Bu tərzdən və bu xətdən kənara çıxmayacam. Bu xəttin içində dəyişiklik etməyə çalışacağam.

Keyfiyyətli işin bəhrəsini gec-tez görürsən. Toylar tutmasam da, başqa ölkələrdən təkliflər gəlir, gözəl insanlar və ya istedadlı bəstəkarlar tanış olmaq şansı qazanıram. Konsertə və ya verilişlərə dəvət edirlər.

- Yerli bəstəkarlardan necə, sizə müraciət edən olub?

- Yerli bəstəkarlardan təklif gəlməyib. İbrahim Tatlısəs, Sibel Can və s. məşhur türk müğənniləri üçün mahnı yazan müəlliflər müraciət ediblər. Bəstəkarın adını hələ ki, açıqlamaq istəmirəm. Əgər işbirliyi olarsa, o zaman ətraflı məlumat verərəm.

- Ötən müsahibəmizdə “O Səs Türkiyə” müsabiqəsində iştirak etməyi çox arzuladığınızı demişdiniz...

- Bu fikridən daşınmalı oldum, artıq Türkiyədə və öz ölkəmdə müəyyən qədər tanınıram. Deyə bilmərəm ki, böyük irəliləyiş var, hər halda addımlar atıram. İndi öz dinləyicilərim var, o müsabiqəyə çıxıb adi bir yarışmaçı olmaq istəməzdim. Odur ki, o yarışmaya qatılmağa ehtiyac duymuram.

- “Ulduz sayaraq gözlemişəm hər gecə yari

Gec gəlmədədir yar yenə olmuş gecə yari

Yatmış hamı bir Allah oyaqdır, daha bir mən

Məndən aşağı kimsə yox, ondan da yuxari”

Bu misralarda sevgi həsrəti çəkən insanın ağrıları təsvir olunub. Maraqlıdır ki, Nahidə Babaşlı kimin və nəyin həsrətini çəkib?

- Sözün düzü, real həyatda heç kimin həsrətini çəkmirəm. Böyük səhnələrin həsrətini çəkirəm... Hədəflərim böyükdür... Böyük səhnələrə çıxmaq və minlərlə tamaşaçı qarşısında çıxış etmək istəyirəm. Mikrofonumu zala uzadanda bütün zalın “Ulduz” mahnımı mənimlə birlikdə əzbər oxumalarını istərdim. Bu arzuları reallaşdırmaq üçün müəyyən bir yol qət etməliyəm.

- Müsahibə üçün minnətdaram. Tezliklə Azərbaycan sərhədlərini aşmağı arzulayıram. Uğur olsun!

- Mən də öz növbəmdə sizə uğurlar diləyir və maraqlı suallara görə təşəkkür edirəm.

Oxunub: 2 702
Paylaş:
Digər xəbərlər

---

14-10-2018, 00:28

SON ANDA!!! Amerikalı ulduz HƏBİBƏ qarşı elə hərəkə etdi ki... - ŞOKA DÜŞƏCƏKSİNİZ!

Manşet / Gündəm / Xəbərlər

4-08-2018, 18:06

Sevda Ələkbərzadədən “Qal, sənə qurban”a yeni nəfəs - VİDEO

Manşet / Bioqrafiya

4-08-2018, 09:20

Azərbaycan olmasaydı, o, dünya musiqisinə bu qədər əsər bəxş edə bilməzdi

Manşet / Gündəm / Xəbərlər / Mədəniyyət

29-05-2018, 08:09

EMIN Respublika gününə mahnı həsr etdi – VİDEO

Manşet / Gündəm / Xəbərlər

16-05-2018, 09:21

Günayı “Bandotdel”ə verən sponsoru: Mənə 225 min borcu var

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
Son xəbərlər
  • Bu gün, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • Bu gün, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • Bu gün, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • Bu gün, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • Bu gün, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • Dünən, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • Dünən, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • Dünən, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Dünən, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Dünən, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • Dünən, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Dünən, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Dünən, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • Dünən, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • Dünən, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Dünən, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Dünən, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • 7-09-2026, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • 7-09-2026, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • 7-09-2026, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • 7-09-2026, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • 7-09-2026, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • 7-09-2026, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
  • 7-09-2026, 12:17
    Zob xəstəliyi ilə bağlı doğru bilinən YANLIŞLAR - Endokrinoloq yazır
  • 7-09-2026, 11:20
    Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
  • 7-09-2026, 10:57
    Bakıda yeni metrostansiya “20 Sentyabr” adlandırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə