Cənubi Koreya səfərbərlikdən qaçmaq üçün yaxtalarla gələn rusların ölkəyə girişinə qadağa qoyub.
Publika.az ”reuters”-ə istinadla xəbər verir ki, 20-dən çox imkanlı rusiyalı şəxsi yaxtalarla Sakit okeanın şimal sahilləri ilə Cənubi Koreyaya gedib çıxsa da, onların əksəriyyətinə ölkəyə giriş qadağan edilib.
Qeyd edək ki, bundan əvvəl bir sıra ölkələr - Finlandiya, Estoniya, Latviya və Litva da rusların ölkəyə girişinə qadağa qoyub.