• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu tərəvəzlər bişirildikdə daha sağlam olur
Dərini şüşə kimi hamar edən təbii gel - 15 dəqiqə suda isladın
Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir
Vensdən öncə 20 təyyarə gəldi - ABŞ İrana Ermənistandan hücum edəcək?
Pezeşkian Azərbaycanın müdafiəsinə qalxdı
Qan təzyiqi dərmanı içənlər bu 5 qidadan uzaq dursun - Mütəxəssis XƏBƏRDARLIĞI
Zəngəzurda uran mübarizəsi - Ermənilər ABŞ-ın bölgədəki əsas planından qorxur
Daşları yerindən oynadacaq həmlə: dolları nə gözləyir? – İqtisadçı açıqladı
Mənfi düşüncələrdən qurtulmaq üçün sadə üsul
Qafqazda 18 il sonra ilk: Bakı narahat oldu, İrəvan səssiz qaldı – Hədəf nədir?
FBI Epşteynlə bağlı genişmiqyaslı araşdırma apardı – İnanılmaz nəticə
30 yaşdan sonra xərçəngə qarşı yoxlanın – Onkoloq
Sabah Bakıya qar yağacaq
Gözlənilən müharibələrlə bağlı mühüm proqnoz
Maddələr mübadiləsini sürətləndirən qədim içki - Xüsusilə də acqarına
Axşam 21:00-dan sonra yemək – qaraciyərdə fibroz yaradır
İran parlamenti ABŞ-a görə toplanır: nazir də gələcək
Yaponiyada seçkilər: Takaiçi qalib gəlir
Zelenskidən Ərdoğanı qəzəbləndirən addım: Ankaranın cavabı ağır olacaq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Baş nazir QƏRAR İMZALADI

Xəbərlər

27-09-2022, 15:30

Baş nazir QƏRAR İMZALADI


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin hərrac vasitəsilə satışı Qaydası təsdiq edilib.

Gundem.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qayda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin açıq auksion formasında keçirilən hərrac vasitəsilə satışı qaydasını müəyyən edir. Mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı vasitəsilə onlayn qaydada satılması mümkün olmadıqda onların satışı hərrac vasitəsilə həyata keçirilir. Mənzillərin hərrac vasitəsilə satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən təşkil edilir.

Mənzillərin hərracda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mənzillərə dair Qaydada nəzərdə tutulmuş məlumatları təqdim etməklə, Təşkilatçıya müraciət edir və onunla hərracın təşkilinə dair müqavilə bağlayır. Təşkilatçı hərraca hazırlıqla bağlı aşağıdakı tədbirləri görür:

- bu Qaydaya uyğun olaraq hərrac gününə ən azı 30 gün qalmış hərrac haqqında məlumat verir;

- hərracda iştirak etmək istəyən şəxslərdən sifarişləri və ona əlavə olunmuş sənədləri elektron qaydada və ya kağız daşıyıcıda qəbul edir, onların qeydiyyatını aparır;

- hərracların keçirilməsi üzrə komissiya yaradır və onun işinə müstəqil ekspertləri cəlb edir;

- hərracın iştirakçıları ilə hesablaşmalar aparır.

Mənzillərin başlanğıc qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir.

Hərracın keçirilməsi məqsədilə Təşkilatçı tərəfindən 5 üzvdən – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (2 nəfər), İqtisadiyyat Nazirliyinin (2 nəfər) və Maliyyə Nazirliyinin (1 nəfər) nümayəndələrindən ibarət Komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiyanın sədri komissiya üzvləri sırasından bu Qaydaya uyğun olaraq keçirilən səsvermə yolu ilə seçilir. Komissiyanın qərarları hər bir Komissiya üzvünün bir səsi olmaqla, açıq səsvermə yolu ilə iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Komissiyanın iclaslarında üzvlərinin azı üçdə ikisi iştirak etdikdə, Komissiya səlahiyyətlidir. Səslər bərabər olduqda, Komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməzlər.

Komissiya aşağıdakı vəzifələri yerinə yetirir:

- hərracın keçirilməsini təmin edir;

- Təşkilatçı tərəfindən təqdim olunmuş məlumatlar (sənədlər) əsasında hәrrac iştirakçılarının qeydiyyatını aparır;

- hərracın gedişində mübahisəli vəziyyət yarandıqda, hərracı dayandırır və bu barәdә Təşkilatçıya məlumat verir;

- hərracın qalibini müəyyən edir;

- hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün Təşkilatçıya təqdim edir;

- Təşkilatçı tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirir.

Təşkilatçı hərraca çıxarılan mənzil haqqında hərrac gününə ən azı 30 gün qalmış mediada və özünün rəsmi internet səhifəsində hərracın keçirilmə forması, hərraca çıxarılan mənzilə dair bu Qaydaya uyğun olaraq təqdim edilmiş məlumatları, mənzilin başlanğıc qiymətini, sifarişlərin qəbulunun başlanma və bitmə tarixini, sənədlərin qəbulu yerinin ünvanını, hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısını, hərracın keçirilmə tarixini, vaxtını və ünvanını, mənzilin başlanğıc qiymətinin 5 faizi məbləğində hesablanan behin məbləğini və onun köçürülməsi üçün müvafiq bank hesabını, hərracın qalibinin müəyyənləşdirilməsi barədə məlumatları əks etdirən hərracın keçirilməsinə dair bildiriş dərc etdirir.

Hərracda iştirak etmək üçün verilən sifarişə “İnzibati icraat haqqında” qanun nəzərə alınmaqla behin ödənilməsini təsdiq edən sənədin surəti, hüquqi şəxsin nizamnaməsinin və qeydiyyat şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri, sifarişi təqdim edən şəxs fiziki şəxs olduqda isə onun şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Sifariş hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd də təqdim edilməlidir.

Bu Qaydada qeyd edilən sənədləri hərracın başlanmasına ən geci 3 iş günü qalanadək təqdim edən fiziki və ya hüquqi şəxs hərracın iştirakçısı olmaq hüququnu əldə edir. Hərrac keçirilmədikdə, fiziki və ya hüquqi şəxs bu Qaydada nəzərdə tutulmuş hallarda hərracda iştirak etməyə buraxılmadıqda və ya iştirakçı hərracın qalibi olmadıqda beh geri qaytarılmalıdır. Bildirişdə başqa qayda nəzərdə tutulmadıqda, Təşkilatçı müvafiq protokol tərtib etməklə hərracı keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci 3 iş günü qalmış imtina edə bilər. Bu Qaydada göstərilən müddəti pozmaqla hərracın keçirilməsindən imtina olunduqda, iştirakçılara dəyən real zərərin əvəzi Təşkilatçı tərəfindən ödənilir.

Sifariş və ona əlavə edilmiş sənədlər Təşkilatçı tərəfindən qəbul edilib qeydiyyata alınır və bunun müqabilində hərracda iştirak etmək üçün buraxılan şəxslərə onların hərracda iştiraketmə nömrəsi əks olunan bilet verilir.

Hərracın keçirilməsinə dair sifariş vermiş şəxs aşağıdakı hallarda hərracda iştirak etməyə buraxılmır:

- sifariş vermiş şəxs müvafiq normativ hüquqi aktlara uyğun olaraq iştirakçı kimi tanınmadıqda;

- sifariş vermiş şəxsin nümayəndəsinin səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmədikdə;

- bildirişdə göstərilən sənədlər tam şəkildə təqdim olunmadıqda, yaxud düzgün tərtib edilmədikdə;

- beh Təşkilatçının hesabına bildirişdə göstәrildiyindәn az məbləğdə və ya bu Qaydada müəyyən edilmiş müddətdən gec köçürüldükdə.

Hərraca çıxarılan mənzilin satışına onun başlanğıc qiyməti elan olunduqdan sonra başlanılır. Hərraca çıxarılan mənzilin başlanğıc qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif başlanğıc qiymətin 1 faizindən az olmamalıdır.

İştirakçılar öz biletlərini qaldırmaqla, elan olunmuş qiymətə mənzili almağa razı olduqlarını bildirirlər.

Hərraca çıxarılan mənzilin yeni satış qiyməti üç dəfə təkrar edilir. Təklif olunmuş qiymətə dair digər iştirakçılardan heç biri biletini qaldıraraq münasibətini bildirmədikdə, hərrac başa çatmış hesab edilir. Ən yüksək qiyməti təklif etmiş iştirakçı hərracın qalibi sayılır. Başlanğıc qiymət üç dəfə elan olunduqdan sonra iştirakçılardan heç biri biletini qaldırmadıqda, hərrac baş tutmamış hesab olunur.

Mənzillərin satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya mənzil satılmadıqda), üçüncü hərracda həmin mənzilin satış qiyməti başlanğıc qiymətin 10 (on) faizi həcmində, dördüncü hərracda başlanğıc qiymətin 20 (iyirmi) faizi həcmində, beşinci hərracda başlanğıc qiymətin 30 (otuz) faizi həcmində aşağı salınır. Ödənilmiş beh satılan mənzilin satış qiymətinə daxil edilir. Hərracın qalib gəlməyən iştirakçılarının ödəmiş olduqları beh Təşkilatçı tərəfindən təqdim edilmiş siyahılar üzrə 10 iş günü müddətində geri qaytarılır. Hərracın qalibi hərrac başa çatdıqdan sonra ən geci 10 iş günü ərzində iştirak üçün verdiyi beh nəzərə alınmaqla alış qiymətini ödəməlidir. Bu Qaydaya uyğun olaraq hərrac baş tutmadığı hallarda, iştirakçıların ödədikləri beh geri qaytarılmır.

Hərracın qalibi hərrac başa çatdığı gün onun yekunları haqqında protokolu imzalamadıqda və yaxud həmin protokolun Təşkilatçı tərəfindən təsdiqindən sonra 10 iş günü müddətində ödənilməli olan pul vəsaitini müəyyən edilmiş hesaba köçürmədikdə hərracın nəticələri ləğv edilir və ödənilmiş beh geri qaytarılmır.

Bu Qaydada qeyd olunan hallarda mənzillərin hərrac vasitəsilə yenidən satışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaya əsasən həyata keçirilir. Hərracların təşkili ilə əlaqədar Təşkilatçıya mənzillərin yekun satış qiymətinin 3 faizi məbləğində xidmət haqqı ödənilir. Mənzillərin satışından daxil olan vəsait bu Qayda ilə müəyyən olunan xidmət haqqı çıxılmaqla, 3 iş günü müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu məqsəd üçün açdığı xüsusi hesabına köçürülür.

Hərracın nəticələri onun başa çatdığı gün Komissiya üzvləri tərəfindən imzalanan protokolla rəsmiləşdirilir. Yekun protokolu imzalamaqdan boyun qaçıran Təşkilatçı hərracın qalibinə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən real zərərin əvəzini ödəməlidir.

Hərrac nəticəsində satılmış daşınmaz əmlak üzərində hərrac qalibinin hüquqlarının dövlət qeydiyyatının aparılması məqsədilə imzalanan yekun protokol bu Qaydaya uyğun olaraq ödəniş etdikdən sonra Təşkilatçı tərəfindən 5 iş günü müddətində elektron qaydada daşınmaz əmlakın dövlət reyestrinə göndərilir və bu barədə hərracın qalibinə onun əks-əlaqə vasitələrinin biri ilə məlumat verilir. Hərracın qalibi müvafiq məlumatı əldə etdikdən sonra qaydada mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qeydiyyat orqanına müraciət edir. Həmin müraciət əsasında hərracın qalibinin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və dövlət reyestrindən elektron çıxarış rəsmiləşdirilir.

Təşkilatçı hərracın nəticələri haqqında məlumatı hərracın keçirildiyi gündən 15 iş günü müddətində mediada dərc (elan) etdirir və özünün rəsmi internet səhifəsində yerləşdirir.

Oxunub: 390
Paylaş:
Digər xəbərlər

Xəbərlər

14-04-2020, 00:53

SON DƏQİQƏ: Baş nazirdən hər kəsi sevindirəcək QƏRAR GƏLDİ - RƏSMİ

Xəbərlər

29-12-2018, 20:15

SON ANDA! Prezidentdən vətəndaşlarına inanılmaz ADDIM - Bu cox əla oldu!

---

8-12-2018, 00:02

Son dəqiqə!!! HAMININ ÜRƏYİNDƏN OLAN ŞAD XƏBƏR - Rəsmi

Manşet / Xəbərlər

5-09-2018, 12:33

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

Manşet / Gündəm / Xəbərlər

6-04-2018, 08:34

Mənzillərin güzəştli satışına başlanıldı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu tərəvəzlər bişirildikdə daha sağlam olur
Dərini şüşə kimi hamar edən təbii gel - 15 dəqiqə suda isladın
Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir
Vensdən öncə 20 təyyarə gəldi - ABŞ İrana Ermənistandan hücum edəcək?
Pezeşkian Azərbaycanın müdafiəsinə qalxdı
Son xəbərlər
  • Bu gün, 12:41
    Bu tərəvəzlər bişirildikdə daha sağlam olur
  • Bu gün, 09:08
    Dərini şüşə kimi hamar edən təbii gel - 15 dəqiqə suda isladın
  • Dünən, 22:35
    Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət
  • Dünən, 21:09
    Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir
  • Dünən, 20:49
    Vensdən öncə 20 təyyarə gəldi - ABŞ İrana Ermənistandan hücum edəcək?
  • Dünən, 19:20
    Pezeşkian Azərbaycanın müdafiəsinə qalxdı
  • Dünən, 18:35
    Qan təzyiqi dərmanı içənlər bu 5 qidadan uzaq dursun - Mütəxəssis XƏBƏRDARLIĞI
  • Dünən, 17:55
    Zəngəzurda uran mübarizəsi - Ermənilər ABŞ-ın bölgədəki əsas planından qorxur
  • Dünən, 16:17
    Daşları yerindən oynadacaq həmlə: dolları nə gözləyir? – İqtisadçı açıqladı
  • Dünən, 15:24
    Mənfi düşüncələrdən qurtulmaq üçün sadə üsul
  • Dünən, 14:50
    Qafqazda 18 il sonra ilk: Bakı narahat oldu, İrəvan səssiz qaldı – Hədəf nədir?
  • Dünən, 13:31
    FBI Epşteynlə bağlı genişmiqyaslı araşdırma apardı – İnanılmaz nəticə
  • Dünən, 12:42
    30 yaşdan sonra xərçəngə qarşı yoxlanın – Onkoloq
  • Dünən, 11:07
    Sabah Bakıya qar yağacaq
  • Dünən, 10:22
    Gözlənilən müharibələrlə bağlı mühüm proqnoz
  • Dünən, 09:00
    Maddələr mübadiləsini sürətləndirən qədim içki - Xüsusilə də acqarına
  • 8-02-2026, 21:40
    Axşam 21:00-dan sonra yemək – qaraciyərdə fibroz yaradır
  • 8-02-2026, 20:52
    İran parlamenti ABŞ-a görə toplanır: nazir də gələcək
  • 8-02-2026, 19:48
    Yaponiyada seçkilər: Takaiçi qalib gəlir
  • 8-02-2026, 17:10
    Zelenskidən Ərdoğanı qəzəbləndirən addım: Ankaranın cavabı ağır olacaq
  • 8-02-2026, 16:31
    "Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
  • 8-02-2026, 15:42
    Gündə nə qədər protein qəbul etməliyik?
  • 8-02-2026, 15:38
    Kardioloqlar heç vaxt bu qidaları yemir – Siyahı
  • 8-02-2026, 14:53
    Səfəvilər haqda fransız rahib 17-ci əsrdə nələr yazıb?..
  • 8-02-2026, 13:25
    7 ölkənin lideri Pezeşkiana zəng etdi: detallar üzə çıxdı – Siyahıda Azərbaycan da var
  • 8-02-2026, 12:42
    Ağciyər emboliyasını müalicəsi edən cihaz kəşf edildi
  • 8-02-2026, 11:06
    İran bu iki ölkəni məlumatlandırdı: ABŞ ilə danışıqlar...
  • 8-02-2026, 10:20
    12 min çox əsgər, minlərlə dron… – Rusiyanı qorxudan proses başlayır
  • 8-02-2026, 09:08
    Ət yeyənlər daha uzun yaşayırlarmı?
  • 7-02-2026, 22:14
    Səssiz evliliklər: Bitməyən, lakin yaşanmayan münasibət
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə