Xəbərlər



Fransadan Türkiyəyə Azərbaycanla bağlı ŞOK QADAĞA
Fransadan Türkiyəyə Azərbaycanla bağlı ŞOK QADAĞA


Fransa qanadlı SOM raketlərini Azərbaycana satmağı Türkiyəyə qadağan edib. Raketin güc qurğusu fransız istehsalı olduğu üçün, müqaviləyə əsasən, Parisin buna ixtiyarı var.

KAİM.az Musavat.com-a istinadla xəbər verir ki, məlumata görə, Azərbaycan Türkiyənin “Roketsan” şirkətinə 400-dən çox SOM raketi sifariş edib. Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları da artıq SOM raketlərini daşımağa uyğunlaşdırılıb.

Amma Fransanın bu addımı Azərbaycanla münasibətləri korlamaqdan başqa heç nəyə yaramayacaq. Çünki Türkiyənin “Kale Arge” şirkəti artıq SOM raketləri üçün “KTJ-3200” reaktiv mühərriklərinin hazırlanmasına başlayıb. Tezliklə həmin mühərriklər SOM qanadlı raketlərində quraşdırılmaq üçün “Roketsan” şirkətinə veriləcək.
Baxış sayı: 111