"Türkiyə ilə Rusiya taxıl və gübrə tədarükü barədə müzakirələri davam etdirəcək".
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Həm Rusiyadan, həm də Ukraynadan gələn bütün növ məhsullar üzrə müvafiq ölkələrlə danışıqlar aparırıq. Bunlar taxıl məhsulları və gübrələr ola bilər. Danışıqlar prosesində heç bir problem yoxdur. Cənab Putinlə görüşümüzdə razılığa gəldik ki, müzakirələri davam etdirək. Bu proses ehtiyatla olmalıdır”, - Rəcəb Tayyib Ərdoğan qeyd edib.