• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Ağ və ya qara üzüm? Biri daha faydalıdır
Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
ABŞ İran və Rusiyaya qarşı “balyoz” hazırlayır - 100 faizlik rüsumlar gündəmdə
Yağış yağmazdan öncə sümüklərimiz niyə sızıldayır?
Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu
Avokadonu bu 4 qida ilə birlikdə yemək daha faydalı ola bilər
Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Nazarbayev KTMT-yə qəbulda İrəvana HANSI ŞƏRTİ qoymuşdu?

Xəbərlər

25-08-2022, 14:12

Nazarbayev KTMT-yə qəbulda İrəvana HANSI ŞƏRTİ qoymuşdu?


Qazaxıstan Avrasiya İnteqrasiya İnstitutunun politoloqu Samat Nurtaza Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı Publika.az-a müsahibə verib.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Kasım-Jomart Tokayev Qarabağda erməni işğalçıları üzərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. İlk olaraq bu təbrikin əhəmiyyətindən danışmağınızı xahiş edirik.

- Hələ Nursultan Nazarbayevin rəhbərliyi dövründə Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) Qarabağsız üzv qəbul etdik. O zaman Nazarbayev konkret demişdi ki, Ermənistan ayrı, Qarabağ isə başqa məsələdir. Məhz buna görə sizin qələbənizlə başa çatan 44 günlük müharibədə KTMT-nin bu münaqişəyə müdaxilə etmək hüququ yox idi. Mahiyyət etibarilə, Nazarbayevin bu şərtindən sonra KTMT-nin bütün üzvləri Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Bu, həm də yaranmış vəziyyətə Qazaxıstanın konkret yanaşmasıdır. Əlbəttə, qələbənizə biz də sevinirdik və şəxsən özüm müharibədən dərhal sonra - noyabrın 15-də Bakıya gəldim. Bakıdan başqa, Gəncəyə, Füzuliyə də getdim və azərbaycanlı dostlarımı təbrik etdim. Təəssüf ki, Şuşada ola bilmədik, çünki o zaman şəhərin ətrafı minalardan təmizlənməmişdi. Bu müharibə zamanı yalnız dövlət rəhbərimiz deyil, bütün qazax xalqı Azərbaycana görə narahat idi və əlbəttə, biz sizin tərəfinizdə idik. Canlı itkilərinizi eşidəndə qəmlənir, ordunuz növbəti yaşayış məntəqələrini azad edəndə sizinlə birlikdə sevinirdik. Bütövlükdə deyə bilərəm ki, bu, Azərbaycan xalqının tarixi və böyük qələbəsidir. Qarabağ savaşında Azərbaycanın istifadə etdiyi döyüş taktikası müasir hərb elmində görünməmişdir. Təbiidir ki, bu Zəfər müharibəyə qədər müxalifətin narazı qaldığı İlham Əliyevin nüfuzunu çox yüksəyə qaldırdı. Şəxsən mənim fikrimcə, məhz bu dönəmdə İlham Heydər oğlu kimi rəhbər və komandan Azərbaycanın başında durmalı idi.

- Qazaxıstan prezidentinin Azərbaycana səfərinin ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələr, hazırkı mərhələdə hərtərəfli əməkdaşlığın inkişaf perspektivləri baxımından əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan və Qazaxıstan geosiyasi və tarixi cəhətdən ortaq maraqlara malik dövlətlərdir. Ölkəmizdə xeyli sayda azərbaycanlı yaşayır, bildiyimiz qədər, Azərbaycanda da Qazax adında rayon var. Həm bizim, həm də sizin Rusiya ilə ümumi sərhədimiz mövcuddur. Bütün hallarda biz Rusiya amilini nəzərə almalıyıq. Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevlə, ardınca isə Kasım-Jomart Tokayevlə görüşdü. Bu faktın özü bizi birləşdirən amil kimi qəbul edilə bilər. Son vaxtlar Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı danışıqlar intensivləşib. Doğrudur, Qazaxıstan neftinin də bu kəmər vasitəsilə Avropaya nəqli Nur-Sultan üçün faydalıdır. Bu, həqiqətən belədir, amma ortada Rusiya amili var və biz bununla hesablaşmağa borcluyuq. Digər sahələrdə bizim ölkələrimiz bir-birinə çox şey verə bilərlər. Buraya meyvə-tərəvəzi, logistikanı və s. aid etmək olar. Düşünürəm ki, ölkələrimiz arasında gediş-gəliş daha da canlanmalı, hətta fantastik görünsə belə Aktau limanından Azərbaycana dənizaltı tunel də perspektivdə çəkilə bilər. Bu barədə öz məqaləmdə də qeyd etmişəm. Eynən La-Manş boğazında olduğu kimi dənizin altından avtomobil və dəmir yolu xəttinin çəkilməsi mümkündür. Bununla da Azərbaycan özünə qardaş hesab etdiyi Mərkəzi Asiya xalqları ilə daha yaxından təmas qurmaq imkan əldə edə bilər.

- İki xalq arasında mədəni-humanitar əlaqələrin inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- Əvvəldə dediyim kimi, Qazaxıstanda çox sayda azərbaycanlı yaşayır. Bunun özü bizim əlaqələrimizə təkanverici amildir. Hələ ikinci dünya müharibəsi zamanı Rusiyadan çeçenlər, qaraçaylılar, çərkəzlər, o cümlədən Azərbaycandan da insanlar Qazaxıstana gəlib. Yəni Qazaxıstan o dövrdə Qafqaz xalqları üçün bir növ ikinci vətənə çevrilmişdi. Tanınmış çeçen, inquş və Azərbaycan alimləri və sənətkarları məhz Qazaxıstanda dünyaya göz açıb. Mədəni əlaqələr o zaman da, indi də, hesab edirəm ki, bundan sonra da sıx olacaq. Mən buraya tələbə mübadiləsini, qarşılıqlı mədəni tədbirlərin keçirilməsini də əlavə edərdim. Vahid soy kökə malik qardaş xalqlar kimi təbliğat aparmalıyıq, gənc nəslə bunu izah etməliyik. Əminəm ki, prezidentimizin Azərbaycana səfərindən sonra bu yöndə səylər daha da güclənəcək və faydalı əməkdaşlıq ön plana çıxacaq. Həm Qazaxıstanın Bakıdakı səfirliyi, həm də Azərbaycanın Nur-Sultandakı səfirliyi bu istiqamətdə geniş və səmərəli fəaliyyət göstərməli və işlər görməlidir. Bizim dostluğumuz uzun müddətli və əbədi olacaq.

Oxunub: 490
Paylaş:
Digər xəbərlər

Xəbərlər

19-08-2022, 20:07

Putin ELAN ETDİ: Rusiya və Qazaxıstan arasında...

Xəbərlər

6-01-2022, 18:51

Rusiya Qazaxıstana qarşı 4 şərt İRƏLİ SÜRDÜ

Xəbərlər

6-01-2022, 08:03

KTMT Qazaxıstana sülhməramlılar göndərir

Xəbərlər

13-05-2021, 20:14

Ermənistan Azərbaycandan KTMT-yə ŞİKAYƏT ETDİ

Xəbərlər

19-03-2019, 22:27

Nazarbayev istefa verdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Ağ və ya qara üzüm? Biri daha faydalıdır
Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
Son xəbərlər
  • Bu gün, 15:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • Bu gün, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • Bu gün, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • Bu gün, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • Bu gün, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • Bu gün, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • Bu gün, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • Bu gün, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • Dünən, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
  • Dünən, 21:12
    Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
  • Dünən, 20:21
    İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
  • Dünən, 18:34
    Bel ağrısı, diabet və depressiya zamanı əlillik faizi necə müəyyən edilir?
  • Dünən, 16:34
    Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər
  • Dünən, 15:08
    Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
  • Dünən, 13:22
    ABŞ İran və Rusiyaya qarşı “balyoz” hazırlayır - 100 faizlik rüsumlar gündəmdə
  • Dünən, 12:46
    Yağış yağmazdan öncə sümüklərimiz niyə sızıldayır?
  • Dünən, 11:54
    Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu
  • Dünən, 09:04
    Avokadonu bu 4 qida ilə birlikdə yemək daha faydalı ola bilər
  • 26-08-2026, 22:55
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 26-08-2026, 21:40
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • 26-08-2026, 21:12
    Ürəyə gedən damarların tıxanmasını göstərən - ƏLAMƏTLƏR
  • 26-08-2026, 20:20
    Bu ölkələr Hörmüz boğazının gəlirlərini böləcək - Yeni qərar açıqlandı
  • 26-08-2026, 19:35
    London Kiyevə gizli “silah sirri”ni açır: Ukrayna görün nə istehsal edəcək
  • 26-08-2026, 18:21
    Mədəaltı vəzi xərçənginin erkən əlaməti: dəridə saralma
  • 26-08-2026, 17:46
    Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
  • 26-08-2026, 16:18
    PKK Suriya ordusuna inteqrasiya olundu – Türkiyəni hansı təhlükə gözləyir?
  • 26-08-2026, 15:00
    Statin qəbuluna baxmayaraq xolesterin yüksəkdirsə nə etmək olar?
  • 26-08-2026, 14:37
    Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
  • 26-08-2026, 13:13
    Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
  • 26-08-2026, 12:43
    Bu ölkələr Ukraynaya HHM sistemləri verir - Razılaşma
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə