“ABŞ Prezidenti Co Bayden indiki mərhələdə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı tələb etməyi planlaşdırmır”.
Publika.az REN TV-yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
“Biz hazırkı mərhələdə Prezident Baydenin Putinə zəng etməsini planlaşdırmırıq”, - deyə Jan-Pyer bildirib.