• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Qəfil çəki artımı xəstəlik əlaməti ola bilər
İrəvan və Tehran razılaşdı: Araz üzərində ikinci körpü
İranın yeni planı: Bu boğazı da bağlayacaq
Xərcsiz müalicələr. Siz də faydalanın!
Tramp əmr verdi: İrana hücumlar dayandırılır
Makron və Paşinyan sülh prosesindən danışdı
İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
Xəstə bağırsaqların 6 əlaməti
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Litva ilə Rusiya arasında qalmaqal ALOVLANIR - NƏ BAŞ VERİR?

Xəbərlər

20-06-2022, 20:18

Litva ilə Rusiya arasında qalmaqal ALOVLANIR - NƏ BAŞ VERİR?


Rusiya Kalininqradın nəqliyyat blokadasına görə Litvaya və NATO-ya açıq təhdidlərə keçib. Qadağa tezliklə aradan qaldırılmasa, Moskva “milli maraqlarını qorumağa” hazırlaşır. Baltik dənizində ölkələr arasında münasibətlərin gərginləşməsi fonunda hərbi təlimlər başlayıb.

Publika.az xəbər verir ki, "RBC-Ukrayna" Rusiya və Litva arasındakı münaqişə ilə bağlı bütün təfərrüatları əks etdirən məqalə yayımlayıb.

Nə baş verib?

İyunun 18-dən Litva Aİ-nin sanksiya siyahısında olan malların öz ərazisindən dəmir yolu ilə daşınmasına qadağa qoyub. Bundan sonra Kalininqrad vilayəti Rusiya Federasiyasından yüklərin həcminin yarısının tədarükündən məhrum olub.

Bölgə Rusiyanın eksklavıdır, yalnız Polşa və Litva ilə quruda həmsərhəddir. Kalininqradla ölkənin əsas hissəsi arasında dəmir yolu əlaqəsi Litva vasitəsilə həyata keçirilir.

Nəqliyyat tranzitinin blokadasına cavab olaraq Moskva Vilnusu, Aİ və NATO-nu birbaşa təcavüzdə və “suverenliyi pozmaqda” ittiham edib.

Eyni vaxtda Kalininqrad vilayətindəki Baltik Donanması minə yaxın hərbçinin və ağır artilleriyanın cəlb olunduğu atəşlə hərbi təlimlərə başlayıb .

Rusiyadan ultimatum

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Vilnüsə kəskin etirazını bildirib və buna görə Litvanın müvəqqəti işlər vəkili departamentə çağırılıb. Əvvəlcədən xəbərdarlıq edilmədən dəmir yolu daşımalarına qoyulan qadağa guya beynəlxalq hüquqi öhdəlikləri pozan təxribat adlandırılıb.

Litva tərəfinin hərəkətləri “açıq-aşkar düşmənçilik” kimi qiymətləndirilib və malların tranzitinə qoyulan maneənin dərhal aradan qaldırılmasını tələb edilib. Əks halda, “Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır”, - XİN-in bəyanatında deyilir.

Federasiya Şurasında da NATO və Aİ-ni təhdid edən oxşar bəyanat verilib. Federasiya Şurasının komissiyasının rəhbəri Andrey Klimov hesab edir ki, Vilnüsün hərəkətləri Litvanın Rusiya Federasiyası üçün Avropa İttifaqına üzvlüyünü ləğv edir və bütün NATO bloku təhlükə altındadır. Rəsminin sözlərinə görə , blokadanın götürülmədiyi təqdirdə Rusiyanın "əli sərbəst olacaq".

Digər senator Andrey Klişas tranzit qadağasını Rusiya Federasiyasının suverenliyinin pozulması adlandırıb və bu, “Rusiyanın çox sərt və tamamilə qanuni hərəkətləri” üçün əsas ola bilər.

Litva Rusiya yüklərinin 50%-ni bloklayıb

İyunun 18-dən Litvanın dəmir yolu operatoru LTG Cargo sanksiyalara məruz qalan Rusiya mallarının daşınmasını dayandırıb. Buna səbəb Avropa Komissiyasının izahatı olub ki, ona əsasən, sanksiyalara məruz qalan malların Rusiya Federasiyasının bir hissəsindən digərinə, lakin Aİ ərazisindən keçdiyi halda belə daşınması qadağandır.

İlkin hesablamalara görə, tikinti materialları, metallar və sement daxil olmaqla, bütün mal çeşidinin yarısına qədəri blokadaya düşüb.

Təchizatları bərpa etmək üçün Rusiya Leninqrad və Kalininqrad vilayətləri arasında hərəkət edəcək əlavə gəmilərdən istifadə etməli olacaq.

Ukrayna Litvanın qərarını alqışlayır

Xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiyanın Litvanı təhdid etməyə haqqı yoxdur, çünki onun Ukrayna ərazisinə əsassız müdaxiləsinin nəticələrinə görə günahkar özüdür.

Kuleba qeyd edib ki, Ukrayna Litvanı qətiyyətlə dəstəkləyir və onun prinsipial mövqeyini yüksək qiymətləndirir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyasının Dövlət Dumasında Litvanın müstəqilliyinin “ləğv edilməsi” təşəbbüsü ilə çıxış etmişdi . “Vahid Rusiya”nın deputatı SSRİ Dövlət Şurasının “Litva Respublikasının müstəqilliyinin tanınması haqqında” qərarının guya qanunsuz olduğuna görə ləğv edilməsi haqqında qanun layihəsi təqdim edib.

Oxunub: 551
Paylaş:
Digər xəbərlər

Xəbərlər

16-05-2022, 21:15

Rusiyanın bu şəhəri NATO-nun hədəfində - Almanların “itmiş vətəni” Kalininqradla bağlı plan nədir?

Xəbərlər

12-05-2022, 16:47

Medvedev: “NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalı artır”

Xəbərlər

16-04-2022, 12:29

Bu, Rusiya üçün ÇOX RİSKLİ OLACAQ - NATO Baltik dənizində...

Xəbərlər

9-04-2022, 14:03

Rusiya ABŞ-ı açıq şəkildə MÜHARİBƏ İLƏ HƏDƏLƏDİ

Xəbərlər

13-01-2022, 22:58

Estoniya, Latviya və Litva NATO-ya müraciət etdi: “Hərbi mövcudluğunuzu artırın”

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
Son xəbərlər
  • Dünən, 22:33
    Bu şorba bütün gün tox saxlayır - Pəhriz üçün əla seçimdir
  • Dünən, 21:09
    Sinir sistemi xəstəliklərinə qarşı XALQ TƏBABƏTİ üsulları
  • Dünən, 20:16
    Qrem Trampı yeni müharibəyə cəlb etmək istəyirmiş – Senatorun son PLANI
  • Dünən, 19:47
    Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
  • Dünən, 18:21
    Bədənin bu hissələri kişilərdə və qadınlarda xərçəngə daha həssasdır
  • Dünən, 17:24
    İran bu ölkələri hədələdi: Hədəf olacaqlar...
  • Dünən, 16:10
    Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
  • Dünən, 15:31
    Qəfil çəki artımı xəstəlik əlaməti ola bilər
  • Dünən, 14:03
    İrəvan və Tehran razılaşdı: Araz üzərində ikinci körpü
  • Dünən, 13:41
    İranın yeni planı: Bu boğazı da bağlayacaq
  • Dünən, 12:13
    Xərcsiz müalicələr. Siz də faydalanın!
  • Dünən, 11:50
    Tramp əmr verdi: İrana hücumlar dayandırılır
  • Dünən, 10:31
    Makron və Paşinyan sülh prosesindən danışdı
  • Dünən, 09:06
    İnfarkt niyə daha çox səhərlər baş verir? - Səbəbi budur
  • 25-07-2026, 22:07
    Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
  • 25-07-2026, 21:30
    Qan qrupu insult riskinə təsir edə bilər – Alimlərdən açıqlama
  • 25-07-2026, 20:46
    Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
  • 25-07-2026, 19:19
    Türkiyə bizdən 8 dəfə böyükdür, nəzərə almalıyıq
  • 25-07-2026, 18:17
    İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • 25-07-2026, 15:23
    Xəstə bağırsaqların 6 əlaməti
  • 25-07-2026, 14:45
    Netanyahu bu ölkəyə girərsə, həbs olunacaq – Rəsmən açıqlandı
  • 25-07-2026, 13:13
    İsraillə Türkiyə arasında müharibə başlayır? – Bu ölkə uğrunda toqquşma…
  • 25-07-2026, 12:44
    Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
  • 25-07-2026, 11:23
    7 ölkə İranla savaşa girir? - Ekspert
  • 25-07-2026, 11:21
    Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
  • 25-07-2026, 09:02
    Yaddaşı gücləndirən meyvələr
  • 24-07-2026, 22:27
    İlin ikinci yarısı onlara uğur gətirəcək - 4 bürcü xoş günlər gözləyir
  • 24-07-2026, 21:49
    Uşağınız gecə yatağı isladır? - Səbəbi hər zaman tənbəllik və ya psixoloji problem deyil!
  • 24-07-2026, 20:11
    Qlobal neft tədarükü azalır - “Qara qızıl” bu qiymətə olacaq
  • 24-07-2026, 19:31
    İran ABŞ-a qarşı yeni planı işə saldı – İki ölkəyə hücumun pərdəarxası
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə