"Əsgərlərimizə hər hansı hücum olarsa, rejim qüvvələrini hər yerdə vuracağımızı bəyan edirəm".
Redaktor.az xəbər verir ki, bu fikirləri Türkyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O qeyd edibki, Suriya ordusu, İran və Rusiyanın dəstəklədiyi silahlılar Soçi və Astanada əldə edilən razılaşmalara əməl etmirlər:
"Bizə verilən vədlər yerinə yetirilmədi, əldə edilən razılaşmalara əməl edilmədi. Bundan sonra heç kimi dinləməyəcəyik. Türkiyə gərəkəni edəcək".