• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gənclikdə itirib sonradan parlayan 3 bürc
Ayaq burxulmasına nə faydalıdır? - Ev üsulları
ABŞ İrana vaxt verdi: Bu halda yeni müharibə başlayacaq
Mitinqdə Paşinyana qarşı təxribat: separatçılar dava saldı
Lassa qızdırması nədir? - Simptomları
Trampdan sonra Putin də Çinə gedəcək – Nə baş verir?
Laçının xəyanət nəticəsində işğalı və bir güllə atmadan azad edilməsi - Tarixi zəfər
Bədən siqnallarını düzgün oxumaq - Harda nə baş verir?
Dünənki imtahan təkrar keçiriləcək – DİM
Zelenskini Moskvaya çağırdı, “müharibə bitir” dedi – Putinlə bağlı müəmma
Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
Ermənistan Kərkini qaytarır: İran buna görə təşvişə düşdü...
Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR
Beyin qurumasından qorunmaq üçün bunu yeyin
Pilləkənlərə qalxarkən tövşümək normaldırmı?
Kardioloq infarkt riskini 85 faiz azaldan 6 vacib qaydanı açıqlayıb
NATO ölkəsindən xəbərdarlıq: hücuma keçəcəklər!
Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
Göz təzyiqinizi sonuncu dəfə nə vaxt yoxlatdırmısınız?
Çin və ABŞ dünyanı ikiyə böldü – Trampın səfərinin ŞOK PƏRDƏARXASI
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Yumurta yenə bahalaşacaq? - ARAŞDIRMA

Xəbərlər

14-05-2022, 22:02

Yumurta yenə bahalaşacaq? - ARAŞDIRMA


Ekspertlər hesab edirlər ki, yumurtanın ixracı daxili bazarda bahalaşmaya səbəb olmayacaq. Çünki bazarda təklif tələbi üstələyir. Ölkədə illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın tələbi isə 1,7-1,8 milyard ədəddir.

Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər. Təklifi dəyərləndirmək üçün hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır. Sənədlər qaydasına salındıqdan sonra Rusiyaya yumurta ixrac edəcəyik. Bəs bu ixracdan qazancımız nə olacaq? Bir müddət öncə yumurtanın qiymətləri yüksək idi. “Kənd” yumurtası 30 qəpik, “şəhər” yumurtasının qiymətləri 18-20 qəpik arasında dəyişirdi. Hazırda isə marketlərdə broyler yumurtası 11-12 qəpiyə satılır. Bəs Rusiyaya yumurta ixracı yerli bazara təsir edəcəkmi? Ümumiyyətlə, ixrac üçün potensial varmı?

“Onlara veriləcək yumurta artıqlaması ilə var”

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli “Kaspi”yə açıqlamasında bildirir ki, yumurta ilə bağlı heç bir problemimiz yoxdur: “Azərbaycanda süfrə yumurtasına gündəlik tələbat, təxminən 3 milyon 600 min ədəddir. Bundan 20-30 faiz də artıq istehsal edirik. Təxmini 5,2-5,3 milyon civarında istehsalımız var. Rusiyanın iri market şəbəkələri isə illik 6 milyon 800 min yumurta istəyir. Əgər müqavilə bağlanarsa, onlara veriləcək yumurta artıqlaması ilə var”.

“Anbarlarda 45 milyon yumurta qalıb”

Mütəxəssis vurğulayır ki, Azərbaycanda anbarlarda 45 milyon yumurta qalıb: “Bu gün üçün bizim anbarlarda daxili tələbatdan artıq 45 milyona yaxın yumurta yığılıb. Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından 10 milyonlarla artıq yumurta istehsalı qeydə alınmaqdadır. Yumurtaya tələbat olsa, daha çox istehsal edə bilərlər. Biz maksimum şəkildə çalışırıq ki, bazardakı artıq yumurtanı ixrac edək. Həm süfrə yumurtasının ixrac qabiliyyəti artsın, həm də bu sahədə bazarda ümumi tələb-təklif formalaşdıra bilək”.

Xaricdən yumurta ilə gələn valyuta...

Həmsöhbətimizin sözlərinə görə, bu gün bazarda təklif çox, tələb az olduğu üçün yumurtanın qiyməti maya dəyərindən də xeyli aşağı satılır: “Yəni maya dəyəri 15-17 qəpiyə olan yumurtanı bu gün pərakəndə şəkildə 8-9 qəpiyə satırlar. Yarı qiymətindən də aşağıdır. Marketlərdə yumurta 12-13 qəpiyə satılır. Maya dəyərindən aşağı satıldıqda istehsalçı şirkətlər də ziyana gedir və bu da onların fəaliyyətini dayandırmasına gətirib çıxarır. Yaxın gələcəkdə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) köməkliyi ilə ixrac qabiliyyətimizi artıra bilsək, həm istehsalçıların vəziyyəti yaxşılaşar, həm də xaricdən gələn valyuta aldıqları yem üçün yeni pul mənbəyi yaradar”.

“Bazarda rəqabət çoxdur”

Yumurtanın daxili bazarda bahalaşma ehtimalına gəldikdə isə müsahibimiz vurğulayır ki, yumurta ixracı daxili bazarlarda qiymətlərə təsir etməyəcək: “Daxili bazarlarda qiymətə təsir etmədən ixrac edə bilərik. Çünki bazarda ciddi istehsal olduğu üçün rəqabət də çoxdur. Yumurta qıtlığı olmadığından, qiymətlərə heç bir təsiri olmayacaq”.

Yumurtanın qiyməti kəskin bahalaşsa da...

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, yumurtanın daxili bazarı ödəmək səviyyəsi 100 faizdir: “Yumurta tək-tük ərzaqlardandır ki, Azərbaycan öz bazarını tam olaraq təmin edir. 2020-ci ildə Statistika Komitəsi tərəfindən yayılan məlumata əsasən, illik 2 milyarda qədər yumurta istehsal olunub. Daxili bazarın da tələbi 1,7-1,8 milyard ədəd olub. Yumurtanın istehsalı və daxili bazarı ödəmək səviyyəsi 100 faizdir. Tələbatı ödəmək üçün xaricdən idxal olunmur. Ancaq yerli istehsalla təmin edilir. Ötən illərə nəzər salsaq, görərik ki, yumurtanın qiyməti kəskin bahalaşsa da, sonradan məhsul artıqlığının yaranması qiymətləri nisbətən stabilləşdirib və aşağı salıb. Yəni 1 il öncə ilə müqayisədə yumurtanın qiymətində ucuzlaşma var. Bu da istehsal çoxluğu ilə əlaqəlidir”.

“Daşınma xərcləri dəyərindən də yüksəkdir”

Ekspert vurğulayır ki, istehsalla əlaqədar olaraq, xərclər ciddi surətdə artıb. Bu vəziyyət fermerləri narahat edir: “Yumurtanı istədiyi qədər sata bilmədiyinə görə, fermerlər əziyyət çəkir və gəlir itkisinə məruz qalırlar. Bir nüans da ondan ibarətdir ki, yumurtanın ədədinin qiyməti ucuz olsa da, tutumu böyükdür və çox yer tutur. Bu səbəbdən bir yumurtaya düşən daşınma xərcləri onun dəyərindən də yüksəkdir. Buna görə də, adətən yumurtanın beynəlxalq ticarətdə istifadəsi mənasızdır”.

Bu ixraca sevinmək olar?

Məhz daşınma xərclərinə görə, hazırda hər kəs özü istehsal etməyə üstünlük verir: “1 yumurtaya düşən daşınma xərcinin kəskin baha olması səbəbindən hamı öz ölkəsində özünü təmin etməyə çalışır. Bir yumurtaya düşən xərc böyük olduğu üçün ixrac əhəmiyyətli məhsullar siyahısında deyil. Amma Rusiya bazarında tələbat varsa və fermerlərə qiymətlər sərf edirsə, bunun ixracına ancaq sevinmək olar. Bu, daxili bazarda ciddi problemlər yaratmayacaq”.

Aygün ƏZİZ

Oxunub: 852
Paylaş:
Digər xəbərlər

Maraqlı

9-04-2022, 15:57

Həftədə neçə ədəd yumurta yemək olar?

Maraqlı

7-10-2019, 23:04

Hər gün yumurta yeyənlər MÜTLƏQ OXUYUN

Xəbərlər

22-08-2019, 00:22

SENSASİYA: Yumurtanın dənəsi 60 qəpiyə qalxdı - Ölkə QARIŞDI

Araşdırma

14-07-2019, 19:54

Uşağa hər gün bir yumurta yedizdirin

Xəbərlər

2-04-2019, 13:13

SON DƏQİQƏ: Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - QİYMƏT

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gənclikdə itirib sonradan parlayan 3 bürc
Ayaq burxulmasına nə faydalıdır? - Ev üsulları
ABŞ İrana vaxt verdi: Bu halda yeni müharibə başlayacaq
Mitinqdə Paşinyana qarşı təxribat: separatçılar dava saldı
Lassa qızdırması nədir? - Simptomları
Trampdan sonra Putin də Çinə gedəcək – Nə baş verir?
Son xəbərlər
  • Dünən, 22:14
    Gənclikdə itirib sonradan parlayan 3 bürc
  • Dünən, 21:05
    Ayaq burxulmasına nə faydalıdır? - Ev üsulları
  • Dünən, 20:21
    ABŞ İrana vaxt verdi: Bu halda yeni müharibə başlayacaq
  • Dünən, 19:30
    Mitinqdə Paşinyana qarşı təxribat: separatçılar dava saldı
  • Dünən, 18:18
    Lassa qızdırması nədir? - Simptomları
  • Dünən, 17:02
    Trampdan sonra Putin də Çinə gedəcək – Nə baş verir?
  • Dünən, 16:46
    Laçının xəyanət nəticəsində işğalı və bir güllə atmadan azad edilməsi - Tarixi zəfər
  • Dünən, 15:10
    Bədən siqnallarını düzgün oxumaq - Harda nə baş verir?
  • Dünən, 14:28
    Dünənki imtahan təkrar keçiriləcək – DİM
  • Dünən, 13:04
    Zelenskini Moskvaya çağırdı, “müharibə bitir” dedi – Putinlə bağlı müəmma
  • Dünən, 12:26
    Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
  • Dünən, 11:53
    Ermənistan Kərkini qaytarır: İran buna görə təşvişə düşdü...
  • Dünən, 10:16
    Hörmüz boğazı ilə bağlı gözlənilməz QƏRAR
  • Dünən, 09:05
    Beyin qurumasından qorunmaq üçün bunu yeyin
  • 17-05-2026, 22:31
    Pilləkənlərə qalxarkən tövşümək normaldırmı?
  • 17-05-2026, 21:08
    Kardioloq infarkt riskini 85 faiz azaldan 6 vacib qaydanı açıqlayıb
  • 17-05-2026, 20:06
    NATO ölkəsindən xəbərdarlıq: hücuma keçəcəklər!
  • 17-05-2026, 19:42
    Meloni səfərini yarımçıq qoyub təcili İtaliyaya qayıtdı
  • 17-05-2026, 18:00
    Göz təzyiqinizi sonuncu dəfə nə vaxt yoxlatdırmısınız?
  • 17-05-2026, 17:09
    Çin və ABŞ dünyanı ikiyə böldü – Trampın səfərinin ŞOK PƏRDƏARXASI
  • 17-05-2026, 16:04
    Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?
  • 17-05-2026, 15:52
    İştahanı azaldan qoxu: 2 saatdan bir iyləyin
  • 17-05-2026, 14:50
    Bakı dünya urbanistikasının mərkəzinə çevrilir - WUF13 Azərbaycana nə qazandıracaq?
  • 17-05-2026, 13:31
    Hər ay İraqa uçan gizli təyyarənin içində nələr var? – Sirr açılır
  • 17-05-2026, 12:19
    Qusma, ishal... - Uşaqlar arasında yeni virus yayılıb?
  • 17-05-2026, 11:39
    Paşinyanı “xəyanətkar” adlandırmışdı: Həbs edildi
  • 17-05-2026, 10:27
    Türkiyə əleyhinə kəşfiyyat aparan beynəlxalq casus şəbəkəsi çökdürüldü
  • 17-05-2026, 09:02
    Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
  • 16-05-2026, 22:26
    Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA
  • 16-05-2026, 21:34
    Ağ ciyər xəstəliyi - Yaranması, əlamətləri və ev üsulu müalicə
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə