• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
Qocalığı gecikdirən möcüzəvi çərəzlər
Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İlkin Süleymanov ilk dəfə HƏR ŞEYİ DANIŞDI: "Mən Nərmini ..."

Xəbərlər

4-05-2022, 19:48

İlkin Süleymanov ilk dəfə HƏR ŞEYİ DANIŞDI: "Mən Nərmini ..."


Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanov məhkəmədə sərbəst ifadə verib.

Gundem.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov həbs olunandan sonra qətli boynuna götürmək üçün təzyiqlərə məruz qalmasından danışıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ona məcburi qaydada etiraf ərizəsi yazdırıblar: "Həbs olunduğum ilk günlər idi. Təzyiq altında mənə kağıza "Ata məni bağışla, bir səhvdir etmişəm", sözlərini yazdırdılar. O qədər təzyiq etdilər, sonda dedim ki, nə desəniz, boynuma alacam. Bunun çoxu rəis müavini Şahlar Cəfərovun otağında olub".

Təqsirləndirilən şəxs daha sonra Nərmin itkin düşdüyü vaxtlardan danışıb: "Nərmin itkin düşdüyü gün bacımgilin evində qalmışam. İki gün sonra bacımgildən çıxıb evə gələndə Nərminin əmisi Arifgilin evinin yanında polis maşınları gördüm. Dedilər ki, Şərifin qızı itkin düşüb. Nərmin itkin olan müddətdə kənddə müxtəlif toy və yas mərasimlərində iştirak etmişəm".

İlkin Süleymanov Nərmini ümumiyyətlə, tanımadığını deyib: "Mən Nərmini tanımamışam. Ona kitab-dəftərlər verməyim barədə deyilənlər tamamilə yalandır". Məhkəmə İlkin Süleymanovun ifadəsini yarımçıq saxlayaraq prosesi mayın 11-ə kimi təxirə salıb. Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Apa.az

Oxunub: 894
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-08-2021, 19:13

Tovuzda qətlə yetirilən 10 yaşlı Nərminin anası məhkəmədə ifadə verib

Xəbərlər

1-06-2021, 15:30

Nərmini qətlə yetirməkdə ittiham olunan İlkin məhkəmədə danışdı: “Təqsirsizəm…”

Xəbərlər

18-05-2021, 11:10

10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun məhkəmədən FOTOSU

Xəbərlər

31-01-2020, 14:37

İlkinin polis əmisi oğlu işdən çıxdı – ŞOK SƏBƏB

Xəbərlər

24-01-2020, 10:39

Nərminin qətlində təqsirləndirilən şəxs barədə QƏRAR VERİLDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Son xəbərlər
  • Dünən, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • Dünən, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • Dünən, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • Dünən, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • Dünən, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • Dünən, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • Dünən, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • Dünən, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • Dünən, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • Dünən, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • Dünən, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • Dünən, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
  • Dünən, 10:19
    ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
  • Dünən, 09:07
    Qocalığı gecikdirən möcüzəvi çərəzlər
  • 16-08-2026, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • 16-08-2026, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • 16-08-2026, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • 16-08-2026, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • 16-08-2026, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
  • 16-08-2026, 13:16
    Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
  • 16-08-2026, 12:31
    Həzmin pozulması - SİMPTOMLAR VƏ SƏBƏBLƏR
  • 16-08-2026, 11:23
    Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
  • 16-08-2026, 09:06
    Çiy kələm bu şəxslərə olmaz
  • 15-08-2026, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • 15-08-2026, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • 15-08-2026, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
  • 15-08-2026, 18:38
    Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
  • 15-08-2026, 16:26
    Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
  • 15-08-2026, 14:57
    Qətər 3 iranlı pilotu əsir götürüb
  • 15-08-2026, 13:16
    Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə