• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
Qocalığı gecikdirən möcüzəvi çərəzlər
Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON DƏQİQƏ: Ordumuz bu kəndi işğaldan AZAD ETDİ - Rusiyadan ŞOK HƏMLƏ

Xəbərlər

27-03-2022, 14:05

SON DƏQİQƏ: Ordumuz bu kəndi işğaldan AZAD ETDİ - Rusiyadan ŞOK HƏMLƏ


Martın 24-dən etibarən Ağdam-Xocalı istiqamətində baş verənlər ötən gün Azərbaycanla Rusiya arasında ciddi gərginliyin yaranması ilə nəticələndi. Xəbər verildiyi kimi, Azərbaycan ordusunun bölmələri güc tətbiq etmədən, Rusiya sülhməramlıları ilə əlaqəli şəkildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran inzibati rayonuna aid olan, hazırda isə Xocalı inzibati rayonunun tərkibindəki Fərrux kəndini nəzarətə götürüb, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənib.

Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə hələ də fəaliyyətini davam etdirən qanunsuz erməni silahlı dəstələri buna mane olmağa çalışıblar və bir neçə dəfə diversiya həmləsi ediblər, lakin Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında deyildiyi kimi, heç bir nəticə əldə edə bilməyərək geri oturdublar. Erməni tərəfi bu atışmalar zamanı azı 3 silahlı itirdiyini, 15-ə yaxın yaralı olduğunu açıqlayıb.

Ötən gün Rusiya Müdafiə Nazirliyi bütün bu baş verənlər haqda Bakını hiddətləndirən bəyanat yayıb. Orada Azərbaycan ordusunun bölmələrinin “Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olması”, “Dağlıq Qarabağın silahlı dəstələrinə qarşı” “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən 4 zərbənin endirilməsi, Azərbaycan tərəfinin “2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərini pozması” kimi “müddəalar” yer alırdı.

Azərbaycan Müdafiə Nazirliyi artıq Rusiya tərəfinin bu bəyanatına kifayət qədər sərt cavab verib, 10 noyabr razılaşmasını pozan tərəfin əslində qanunsuz silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindən çıxarmamaqla Ermənistan olduğunu, Rusiya sülhməramlılarının isə buna şərait yaratdığını bildirib. Üstəlik bəyan edilib ki, Rusiya Müdafiə Nazirliyinin bəyanatında göstərilənlər iki ölkə arasında fevralın 22-də imzalanmış müttəfiqlik münasibətləri barədə bəyannaməyə də ziddir.

Bu bəyanat və daha əvvəl Fərrux kəndi ətrafında baş verənlər Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə münasibətdə səbrinin tükənməkdə olduğunu göstərir. Həmin 10 noyabr üçtərəfli bəyanatının bəndlərindən birinə əsasən Rusiya sülhməramlılarının yerləşdirilməsi erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə paralel həyata keçirilməliydi.

Xocalı rayonunun Pirili və Fərrux kəndləri istiqamətində hadisələr də məhz bu səbəbdən alovlanıb. Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq qanunsuz erməni silahlıları Rusiya sülhməramlılarının müşayiəti altında, özü də kifayət qədər arxayın şəkildə özlərinə səngərlər qazaraq əlverişli mövqelərdə möhkəmlənməyə cəhd ediblər. Nəticədə Azərbaycan ordusunun bölmələri Fərrux kəndini və ətraf yüksəklikləri tutaraq bunun qarşısını alıblar. Başqa sözlə, Azərbaycan ordusu ölkənin suveren əraziləri daxilində öz mövqelərinin yenidən dislokasiyasını həyata keçirib və buna görə Rusiyadan, yaxud Ermənistandan icazə almalı deyildi.

Lakin Rusiya Müdafiə Nazirliyi bunu “10 noyabr üçtərəfli razılaşmasının pozulması” adlandırır, Azərbaycan ordusunun bölmələrinin “sülhməramlıların məsuliyyət zonasına daxil olması” barədə danışır. Bu nə deməkdir və nə yanaşmadır? “Sülhməramlıların məsuliyyət zonası” sanki hansısa suveren ərazidir və Azərbaycan əsgərləri ora viza ilə daxil olmalıdır? “Sülhməramlıların məsuliyyət zonası” adlandırılan ərazinin Azərbaycanın suveren ərazisi olduğunu Rusiya Müdafiə Nazirliyinə hər dəfə ayrıca bəyanatla xatırlatmaq lazım gəlir?

Bəyanatda yer alan bu ifadələr Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq-aşkar hörmətsizlikdir və iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə dair 22 fevral bəyannaməsinin pozulmasıdır. Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi həmin bəyanatın 18-ci bəndini pozmuş olur. Həmin bəndə əsasən tərəflər o cümlədən beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə qarşı səylərini birləşdirməli idi. Amma Rusiya indiki halda Azərbaycan ərazilərində separatçılığı nəinki təşviq edir, hətta silahlı separatçıları himayə edib qoruyur.

Digər tərəfdən, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində hansı mandat əsasında fəaliyyət göstərdiyi bəlli deyil. Bir qayda olaraq münaqişə zonalarında sülhməramlı əməliyyatlar BMT-nin müəyyən etdiyi mandata əsaslanır. İndiki halda 2020-ci ilin noyabrında üçtərəfli bəyanat imzalanandan dərhal sonra Rusiya sülhməramlı qüvvələrinin nəinki BMT mandatı, eləcə də tərəflərin özlərinin müəyyən etdiyi mandat olmadan Azərbaycan ərazilərinə daxil olması anlaşılan idi. Çünki mandatın müəyyən edilməsi və razılaşdırılması nisbətən uzun çəkən prosesdir, 2020-ci ilin noyabrında Ermənistan Şuşanın azad olunmasının ardınca təslim olmağa razılaşanda və hərbi əməliyyatların dayandırılması barədə anlaşma əldə olunanda isə bu mandatı müəyyən etməyə sadəcə olaraq vaxt yox idi.

Daha sonra Rusiya sülhməramlılarının mandatına dair müəyyən müzakirələrin aparıldığı haqda xəbərlər eşidildi, amma görünür elə şərtlər irəli sürülmüşdü ki, bu mandatı razılaşdırmaq baş tutmadı. Yəni Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində fəaliyyətinin özü faktiki olaraq qeyri-legitimdir, heç bir mandata əsaslanmır və üstəlik onların özlərini sülhməramlı kimi deyil, qanunsuz erməni silahlı dəstələrinin “cangüdənləri” kimi aparması bu qeyri-legitimliyi daha da artırmış olur. Belə olan halda 5 illik müddətin başa çatmasından dərhal sonra Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərk etməsi də qaçılmaz olacaq. Bunun üçün 10 noyabr razılaşmasına əsasən tərəflərdən birinin, indiki halda Azərbaycanın öz mövqeyini ortaya qoyması kifayət edir.

Mənbə: oxu24.com

Oxunub: 1 297
Paylaş:
Digər xəbərlər

Xəbərlər

21-02-2022, 15:22

SON DƏQİQƏ: Ermənilər Xocalını atəşə tutdu

Xəbərlər

22-08-2021, 13:51

SON XƏBƏR: Ermənilər rus sülhməramlılarının yanında TƏXRİBAT TÖRƏTDİ

Xəbərlər

15-08-2021, 13:02

SON DƏQİQƏ - Düşmən Şuşada TƏXRİBAT törətdi - RƏSMİ

Xəbərlər

13-08-2021, 14:09

SON DƏQİQƏ: Ermənilər Şuşaya hücuma keçdi - TƏCİLİ AÇIQLAMA

Xəbərlər

6-07-2021, 20:37

Ermənilər Ağdam istiqamətindən bölmələrimizə HÜCUM ETDİ - RƏSMİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
İsti havalarda ağız qoxusu niyə artır?
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
Son xəbərlər
  • Dünən, 22:45
    Yatmazdan əvvəl lavanda qoxulamaq yuxunu yaxşılaşdıra bilər
  • Dünən, 21:18
    Panik atakdan ölmək mümkündürmü? - Psixiatr İZAH ETDİ
  • Dünən, 20:33
    Kuşner və Netanyahu razılığa gəldi: HƏMAS silahı təhvil verir, İsrail ordusu isə…
  • Dünən, 19:15
    Moskva ilə bağlı heyrətləndirən qərar – Paşinyan planı dəyişdi
  • Dünən, 18:53
    İsti havalarda ağız qoxusu niyə artır?
  • Dünən, 17:24
    54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
  • Dünən, 16:30
    Maaş artır, bəs həyat niyə ucuzlaşmır? – İqtisadçı səbəbləri AÇIQLADI
  • Dünən, 15:26
    Bel ağrısı və boyun tutulmasında isti, yoxsa soyuq?
  • Dünən, 14:37
    Putin hücum əməliyyatına hazırlaşır: Yeni səfərbərlik...
  • Dünən, 13:08
    Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
  • Dünən, 12:41
    Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
  • Dünən, 11:21
    Ermənistan Azərbaycana 17 milyon dollar ödədi
  • Dünən, 10:19
    ABŞ-ın zəifləməsi bu ölkəyə fürsət yaradır: Savaş başlaya bilər
  • Dünən, 09:07
    Qocalığı gecikdirən möcüzəvi çərəzlər
  • 16-08-2026, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • 16-08-2026, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • 16-08-2026, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • 16-08-2026, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • 16-08-2026, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
  • 16-08-2026, 13:16
    Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
  • 16-08-2026, 12:31
    Həzmin pozulması - SİMPTOMLAR VƏ SƏBƏBLƏR
  • 16-08-2026, 11:23
    Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
  • 16-08-2026, 09:06
    Çiy kələm bu şəxslərə olmaz
  • 15-08-2026, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • 15-08-2026, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • 15-08-2026, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
  • 15-08-2026, 18:38
    Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
  • 15-08-2026, 16:26
    Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
  • 15-08-2026, 14:57
    Qətər 3 iranlı pilotu əsir götürüb
  • 15-08-2026, 13:16
    Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə