• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Fevralın 16-da müharibə başlayacaq? - Deputatdan AÇIQLAMA

Xəbərlər

12-02-2022, 20:38

Fevralın 16-da müharibə başlayacaq? - Deputatdan AÇIQLAMA


Rusiya və Ukrayna arasında gərginlik artıq pik həddə yaxınlaşmaqdadır. Belə ki, Rusiyanın Ukraynadakı diplomatik missiyasının əməkdaşları bu ölkəni tərk edir. Ukrayna vətəndaşları bu ölkədəki rus diplomatları və konsulluq əməkdaşlarının Rusiyaya getməyə başladığını bildiriblər. Digər tərəfdən Yeni Zelandiya Xarici İşlər Nazirliyi vətəndaşlarını təcili olaraq Ukrayna ərazisini tərk etməyə çağırıb. Nazirliyin yaydığı məlumatda bu tədbir Rusiya ilə Ukrayna arasında gərginliyin artması ilə izah edilir. Avstraliyanın Baş naziri Skott Morrison da vətəndaşlarına oxşar müraciət edib. Avstraliya KİV-inin yazdığına görə, o, Ukraynadakı vəziyyəti çox təhlükəli adlandırıb. Bundan öncə isə ABŞ öz vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb.

Belə bir vaxtda NBC telekanalına müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib ki, ABŞ ordusu heç bir halda Ukraynaya göndərilməyəcək. Ağ Ev rəhbəri bildirib ki, Rusiya-ABŞ münaqişəsinin olacağı təqdirdə dünya müharibəsini proqnozlaşdırır. ABŞ liderinin sözlərinə görə, “amerikalılar və ruslar bir-birinə atəş açsalar, onda yeni dünya müharibəsi başlayacaq”.

Maraqlıdır, bütün bunlar müharibənin başlayacağında xəbər verirmi? ABŞ prezidentinin Üçüncü Dünya müharibəsi haqqında proqnozu özünü doğruldacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Elman Nəsirov cavablandırıb. Deputat bildirib ki, Ukrayna ətrafında gərginlik günbəgün artmaqdadır:

“Rusiya-Ukrayna münasibətləri fonunda Rusiya-Qərb münasibətləri, Rusiyanın ABŞ və NATO ilə münasibətləri “soyuq müharibə” dövrünü xatırladır və hətta onu da üstələyir. İş o qədər mürəkkəbləşib ki, dünya müharibəsi haqqında fikirlər səsləndirilir. Hesab edirəm ki, Üçüncü Dünya müharibəsinin baş verməsi qeyri-realdır. Bu, yalnız nüvə dövlətləri arasında baş verə bilər və Yer planetinin məhv olması deməkdir. Bu addımı heç kim atmaz. Ukraynanın siyasi rəhbərliyi müharibənin baş verməyəcəyini qeyd edir. O, Rusiya silahlı qüvvələrinin Ukrayna ilə sərhəddə toplanmasının kifayət qədər olmadığını əsas götürür. Zərbə qruplarının olmadığı əsaslandırılır. Müharibənin baş verməsi haqqında fikirlər reallığı əks etdirmir. Hətta Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Co Baydenin telefon danışığından belə məlum olmuşdu ki, tərəflər bir-birinin mövqeyini bəyənmir. Zelenski ABŞ-ın müharibə olacaq fikrini qəbul etmək istəmir. Bu reallıqda ABŞ prezidentinin yeni mövqeyi ortaya çıxıb. Həmin mövqe ABŞ KİV-lərində dərc olunub. Qeyd olunur ki, Baydenin fikrincə fevralın 16-da Rusiyanın Ukraynaya hərbi müdaxiləsi baş verəcək və bu ilk növbədə raket zərbələri ilə müşahidə olunacaq. Hətta dəqiqliklə vaxtın göstərərək mövqe ortaya qoyub. Bu mövqe oğul Corc Buşun prezidentliyi dövründə ABŞ və İran arasında müharibənin başlanacağı haqqında səsləndirilən fikirləri xatırladır. O dövrdə də qeyd olunurdu ki, filan gün bu saatda ABŞ İrana qarşı zərbələri endirəcək. Belə məxfi məlumatı dünyanın istənilən vətəndaşı oxuya bilirsə, deməli bu yalan məlumatdır və reallığı əks etdirmir. Hesab edirəm ki, fevralın 16-da müharibənin başlaması ilə bağlı deyilən fikirlər dezinformasiyadır və psixoloji müharibənin mühüm tərkib hissəsidir. Təzyiq elementi kimi bu informasiyadan istifadə olunur”.

E.Nəsirov qeyd edib ki, Ukrayna böhranının siyasi tənzimlənmə yolları var:

“Vladimir Putinin mövqeyi belədir ki, Rusiya ilə ABŞ, Rusiya ilə NATO arasında yaranan gərginliklə bağı fundamental narazılıq yoxdur. Putin bildirir ki, əgər biz bu proseslərə laqeyd qalsaq, Ukrayna NATO-nun üzvü olacaq. Belə olacağı təqdirdə strateji hücum silahları Ukraynada yerləşdiriləcək. Necə ki, bu silahlar Polşa və Rumınyada yerləşdirilib. Belə olan vəziyyətdə hətta Ukrayna ən müasir silahlarla silahlandırıldığına və ərazisində NATO-nun bazaları olduğuna görə tam arxayın şəkildə Donbask və Krım uğrunda müharibəyə başlaya bilər. Bu isə Ukrayna və Rusiya arasında olan müharibə deyil, Rusiya NATO arasında müharibəyə çevrilə bilər. Bu isə Üçüncü Dünya müharibəsi deməkdir və "kimə lazımdır" kimi ritorik suallar doğurur. Düşünürəm ki, belə məqamda Türkiyənin vasitəçilik missiyası lazımi addımdır. Türkiyənin Ukrayna və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri var. Türkiyə ilə Rusiya bir çox münaqişəli vəziyyətlərdən çıxış yolu tapa bilib. Bu mənada Zelenski və Putinin Türkiyədə görüşünün keçirilməsi çox faydalı ola bilər. Türkiyə bu istiqamətdə müəyyən təşəbbüslər ortaya qoyub. Üçüncü Dünya müharibəsi olası deyil. Çünki bu müharibədə qalib yoxdur, bütün tərəflər məğlubdur. Ukrayna böhranının siyasi tənzimlənmə yolları var. Sadəcə o yolları tapmaq lazımdır. Bunun üçün isə mürəkkəb və gərgin danışıqlar aparılmalıdır. Görünür Fransa Prezidenti Emmanuel Makronun Vladimir Putinlə 6 saatlıq danışıqları çıxış yolunun tapılmasına gətirib çıxarmayıb. Ona görə də yeni təşəbbüslərə ehtiyac var. Rusiyanın irəli sürdüyü tələblərlə bağlı qarşı tərəfəmüəyyən kompromisə getməlidir. Rusiya deyir ki, NATO genişlənməməli, Ukrayna NATO-ya üzv olmamalıdır. Bu istiqamətdə bəzi kompromislərin əldə olunması hava, su kimi vacibdir. Əks təqdirdə bütün beynəlxalq münasibətlərə ölümcül zərbə vuran proseslər yaşanacaq”.

Şəbnəm Mehdizadə

Oxunub: 607
Paylaş:
Digər xəbərlər

Xəbərlər

10-02-2022, 21:26

Rusiya Ukrayna ilə gərginliyin azaldılması üçün şərtləri AÇIQLADI

Xəbərlər

24-01-2022, 21:43

Boris Conson: “Ukrayna Rusiya üçün ikinci Çeçenistan ola bilər”

Xəbərlər

24-01-2022, 09:31

ABŞ müharibə ANONSU VERDİ: Ukraynadakı amerikalılar TƏCİLİ OLARAQ…

Xəbərlər

20-01-2022, 09:51

SON DƏQİQƏ: “Rusiya üçün fəlakət olacaq!” - Bayden Putini HƏDƏLƏDİ

Xəbərlər

6-04-2021, 01:26

SON DƏQİQƏ: Putin Ukrayna və NATO-ya qarşı daha SƏRT ADDIM ATDI

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Son xəbərlər
  • Bu gün, 11:32
    ABŞ-nin yeni silahı İranı təşvişə saldı - Saniyələr içində...
  • Bu gün, 10:24
    İran müharibədə görünməmiş addım atdı – Pərdəarxası detallar üzə çıxdı
  • Bu gün, 09:08
    Ramazandan sonra bunu etməyin - Xəbərdarlıq
  • Dünən, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • Dünən, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • Dünən, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • Dünən, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • Dünən, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • Dünən, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • Dünən, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • Dünən, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • Dünən, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • Dünən, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • Dünən, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Dünən, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
  • Dünən, 10:23
    Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
  • Dünən, 09:03
    Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
  • 20-03-2026, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
  • 20-03-2026, 20:45
    Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
  • 20-03-2026, 19:29
    İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
  • 20-03-2026, 17:23
    Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
  • 20-03-2026, 16:04
    Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
  • 20-03-2026, 15:36
    Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
  • 20-03-2026, 14:43
    Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
  • 20-03-2026, 12:37
    1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
  • 20-03-2026, 11:51
    Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
  • 20-03-2026, 09:10
    Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
  • 19-03-2026, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
  • 19-03-2026, 21:53
    Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
  • 19-03-2026, 20:50
    Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə