Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Allah belarusludur.
67 yaşlı siyasətçi bu barədə rusiyalı jurnalist Vladimir Solovyovun “YouTube”da yayımlanan “Solovyov Live” verilişinə müsahibəsində söyləyib.
V.Solovyovun “Yəni bu gün Allahı belaruslu hesab edirsiniz?” sualına Belarus lideri belə cavab verib:
“Bəli, nəinki bu gün. O məni 90-cı illərdə bu qarmaqarışıqlığa atdı, arada da kömək edir”.