• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
Uşaqlarda burun axıntısı nə zaman təhlükəlidir?
İrana qoşun göndərməyəcəyik - Tusk
Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...
Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
Müctəba Rusiyadadır? - Səfir açıqladı
Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
Zəngəzur dəhlizinə yeni təhlükə: Paşinyan xəbərdarlıq etdi, təxirə düşməyəcək lakin…
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?
İranın ən kritik siması öldürüldü: Laricani əslində kim idi? – DOSYE
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Paşinyan Qarabağ planını işə saldı - KTMT Azərbaycanda PEYDA OLACAQ?

Xəbərlər

12-01-2022, 12:39

Paşinyan Qarabağ planını işə saldı - KTMT Azərbaycanda PEYDA OLACAQ?


Qazaxıstandakı hadisələrin qarşısını almaq, aksiyaları yatırmaq adı altında ora daxil olmaqda KTMT üzvü və cari sədrlik səlahiyyətini icra edən tərəf kimi Ermənistan baş nazirinin "canfəşanlığı" diqqətdən qaçmırdı.

Heç şübhəsiz ki, Paşinyan bu "canfəşanlığı" ilə həm KTMT üçün nə qədər önəmli olduğunu, həm də Rusiyanın regionda atacağı istənilən addımda onun yanında olduğunu göstərməyə çalışdı. Amma əsl məqsəd isə başqa idi: Erməni baş nazir bu addımla özünə divident qazanaraq İkinci Qarabağ müharibəsindəki KTMT həsrətinə son qoymaq niyyətindədir. O, bununla KTMT-dən belə bir məqamda özünə lazımı dəstəyi əldə etməyi, gözləntilərini praktiki olaraq reallaşdırmağı planlaşdırır.

Hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının Qazaxıstana daxil olması ilə bağlı qərarın mürəkkəbi qurumamış ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribat deyilənlərin həqiqət olduğunu bir daha təsdiq edir. Belə ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlunun şəhid olması ilə nəticələnən hadisə Paşinyanın Qazaxıstan üzərindən hazılığını gördüyü KTMT planlarına daxil bir məsələyə bənzəyir.

Ermənistan bu provakasiya ilə rəsmi Bakını daha sərt tədbirlər görərək onlara qarşı total əməliyyatlara başlatmaq niyyəti güdür ki, bunu da daha sonra öz xeyirlərinə istifadə edələr. Belə görünür ki, KTMT-nin cari sədri olduğu üçün və Qazaxıstanla bağlı olaylarda göstərdiyi fəallığa görə təşkilatın Azərbaycana müdaxilə etməsinin 44 günlük müharibədən fərqli olaraq bu dəfə mümkün olacağı düşüncəsində olan Paşinyan, sədrlik müddətlərinin sonuna kimi nə üçtrəfli bəyanatın müddəalarının icrasına tələsək, nə də təxribatlara ara vermək haqda düşünəcək. Belə məqamda sülhdən isə ümumiyyətlə söhbət gedə bilməz ki, rəsmi İrəvan da bunu istəyir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bir neçə gün öncə Qazaxıstandakı olayları nəzərdə tutaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ilk dəfə böhran vəziyyətə operativ reaksiya verdiyini tərifləyərkən işlətdiyi ifadələr İrəvanın istək və arzularının nədən ibarət olduğunu açıq şəkildə göstərmiş oldu: "Təşkilata üzv ölkələr necə reaksiya vermək lazım gəldiyini əyani göstərdilər". Armen Qriqoryan ardınca belə bir cümlə də işlədib: "Ümid edirik ki, oxşar durum yaranarsa təşkilat Ermənistana dəstək olacaq". Təhlükəsizlik Şurasının katibinin bu ifadəsi heç şübhəsiz ki, ikibaşlı cümlədir. Görünür, Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanı Azərbaycandan qoruması üçün nəhayət praktiki addımlar atmaq üçün fürsət düşdüyünə işarə etmək, rusiyalı müttəfiqlərinə mesaj vermək istəyib.

Kəlbəcərdəki son hadisələr də Ermənistan tərəfindən səsləndirilən bu bəyanatlarla birbaşa bağlılığı olduğunu göstərir. Aydındır ki, rəsmi İrəvan Azərbaycanı Ermənistan ərazisinə müdaxilə etmək üçün ciddi təxribatlar hazırlayır. Belə olacağı təqdirdə Ermənistan Rusiya başda olmaqla KTMT üzvlərinə dərhal Azərbaycana müdaxilənin zəruri olduğu barədə müraciətlər edəcək ki, üçüncü tərəfin iştirakı ilə 44 günlük müharibədə Azərbaycanın işğaldan azad etdiyi əraziləri, xüsusilə də Hadrut və Şuşanı yenidən nəzarətə götürsün. Bu isə heç şübhəsiz ki, Ermənistan rəhbərliyinin revanşist məqsədlərindən əl çəkmədiyini, çəkmək fikrində olmadıqlarını, üçtərəfli bəyanatların, Soçi və Brrüssel görüşlərinin onlar üçün bir əhəmiyyət kəsb etmədiyini göstərir.

Təşkilat İkinci Qarabağ müharibəsində prosesə müdaxilə etməyərək, İrəvanın yalvarışlarına rəğmən, "bu müharibə bizlik deyil" deyərək Azərbaycanla üz-üzə qalmaq istəmədiyini açıq şəkildə Nikol Paşinyan və komandasına bildirdisə, bu dəfə Qazaxıstanda baş verənlər və təşkilat üzvü olmayan Özbəkistanla bağlı KTMT rəsmilərinin səsləndirdiyi mesajlar (Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üxrə komitəsinin sədri Leonid Kalaşnikov Qazaxıstandakı proseslərlə bağlı açıqlama verərkən deyib: "Qazaxıstandakı hadisələr fonunda Özbəkistan KTMT sıralarına qayıda bilər. Daşkənd artıq anlamalıdır ki, bundan sonra güvənəsi qüvvə qalmayıb. Özbəkistan bir zaman KTMT-ni tərk edib. Amma indi qayıda bilər. Bunu istisna etmirəm. Özbəkistanın hakimiyyət dairələri çox yəqin ki, dediklərimi anlayırlar" -red.) düşünməyə əsas verir ki, Kremlin planları dəyişib. Lakin istənilən halda Azərbaycan Vətən müharibəsində olduğu kimi bundan sonra da ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığı üçün istər diplomatik müstəvidə, istərsə də hərb meydanında onun ərazisinə barmaq uzadanın biləyini kəsməyə hazırdır.

Bundan sonra Azərbaycan heç kimə güzəşt etmək niyyətində deyil. Biz bunu elə yanvarın 11-i günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşdirmək məqsədilə törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun lokal əməliyyatı nəticəsində düşmənə vurduğu ağır zərbədən də görə bilərik.

Ordumuzun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirib ki, nəticədə düşmənin iki postu darmadağın edilib, oradakı silah-sursatları, bir neçə hərbi texnika və hərbi avtomobil məhv edilib. İlkin məlumatlara görə, 7 erməni hərbçi məhv edilib, 12 erməni hərbçi isə yaralanıb. Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinə və ona havadarlıq eşqinə düşən qüvvələrə bir mesaj olmalıdır: Ermənistan üçtərəfli bəyanatın müddəalarını icra etmək əvəzinə təxribatlar törədəcəyi, manipulyativ addımlar atacağı təqdirdə Azərbaycan Ordusu heç kimdən, heç bir qüvvədən çəkinmədən 44 günlük müharibədə olduğu kimi indi də lazım olanı özü edəcək.

Çox güman ki, Paşinyan növbəti dəfə "Altsheymer" və ya demensiya (yaddaş pozğunluğu) xəstəliyindən əziyyət çəkdiyini göstərdi. Amma sərhəddəki son təxribatlara tutarlı cavab verən Azərbaycan Ordusu erməni baş nazirin müalicə reseptini çoxdan müəyyən edib. Şübhə etmirəm ki, Ermənistan silahlı birləşmələrinə Kəlbəcər istəqamətində verilən adekvat cavabdan sonra yenə Paşinyan Azərbaycanın regionda yaratdığı reallığı qəbul etdiyini, İrəvan üçün üçtərəfli bəyanatın icrasından başqa alternativin olmadığını qeyd edəcək. Və beləcə Qazaxıstandakı hadisələrdən həvəslənərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna cəlb etmək istəyən Paşinyan növbəti cəhdinin də uğursuzluqla nəticələndiyini dolayısı ilə bəyan etmiş olacaq.

Oxunub: 881
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-01-2022, 10:57

Qazaxıstan rəsmən İŞĞAL EDİLİR: KTMT öz nizamnaməsini POZDU

Xəbərlər

6-01-2022, 08:03

KTMT Qazaxıstana sülhməramlılar göndərir

Xəbərlər

17-11-2021, 00:00

KTMT-dən Qarabağdakı şiddətli döyüşlərlə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Xəbərlər

19-05-2021, 17:37

KTMT-dən SON DƏQİQƏ ZƏNGƏZUR AÇIQLAMASI: Başqa yolu yoxdur!

Xəbərlər

13-05-2021, 20:14

Ermənistan Azərbaycandan KTMT-yə ŞİKAYƏT ETDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
Son xəbərlər
  • Bu gün, 18:37
    Sakit başlayan təhlükəli vəziyyət - Yod defisiti
  • Bu gün, 17:33
    İsraillə müharibənin dayandırılması üçün yeganə şərt açıqlandı
  • Bu gün, 16:49
    Ukrayna Yaxın Şərqə qoşun yeridib? - Zeleniskidən KRİTİK AÇIQLAMA
  • Bu gün, 15:46
    Xərçəngin metastaz verdiyini göstərən - 5 Əlamət
  • Bu gün, 14:04
    5 dövlət hücumu təsdiqlədi: Qurudan ölkəyə girəcəklər
  • Bu gün, 13:46
    Müctəba Xamenei iclas keçirdi: bu addımı diqqət çəkdi
  • Bu gün, 12:31
    Uşaqlarda burun axıntısı nə zaman təhlükəlidir?
  • Bu gün, 11:51
    İrana qoşun göndərməyəcəyik - Tusk
  • Bu gün, 10:57
    Sosial müavinətlərlə bağlı YENİLİK - Mayın 1-dən...
  • Bu gün, 09:15
    Yaponların uzunömürlülük SİRRİ: Hər gün yeyirlər
  • Dünən, 22:24
    Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
  • Dünən, 21:21
    Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
  • Dünən, 20:48
    Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
  • Dünən, 19:20
    Müctəba Rusiyadadır? - Səfir açıqladı
  • Dünən, 18:18
    Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
  • Dünən, 17:53
    Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
  • Dünən, 16:28
    Zəngəzur dəhlizinə yeni təhlükə: Paşinyan xəbərdarlıq etdi, təxirə düşməyəcək lakin…
  • Dünən, 15:27
    Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
  • Dünən, 14:16
    Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?
  • Dünən, 13:05
    İranın ən kritik siması öldürüldü: Laricani əslində kim idi? – DOSYE
  • Dünən, 12:52
    Miqren tutmasında - 5 təcili yardım
  • Dünən, 11:21
    Şoyqu etiraf etdi: Rusiyanın heç bir regionu təhlükəsiz deyil
  • Dünən, 10:24
    Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...
  • Dünən, 09:04
    Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər
  • 16-03-2026, 22:38
    Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var: Alimlər niyə bu mövzudan çəkinirlər?
  • 16-03-2026, 21:34
    Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
  • 16-03-2026, 20:30
    İran ABŞ-dan atəşkəs istəyib? - Açıqlama
  • 16-03-2026, 19:04
    ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir - Quru əməliyyatı baş tuta bilər
  • 16-03-2026, 18:25
    Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz
  • 16-03-2026, 17:11
    İranla münaqişə bir neçə həftəyə başa çatacaq - Rayt
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə