• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ABŞ-dan Azərbaycana qarşı XAİN ADDIM

Xəbərlər

17-12-2021, 12:25

ABŞ-dan Azərbaycana qarşı XAİN ADDIM


Ermənipərəst konqresmenlər ABŞ Konqresinin 2022-ci maliyyə ili üçün qanun layihəsinə Qarabağdakı qondarma “arsax”da minaların təmizlənməsinə görə” yardımın daxil edilməsinin salınmasını gündəmə gətiriblər.

Kanal.az xəbər verir ki, sözügedən məsələni 34 konqresmen dəstəkləyib.

Ermənipərəst konqresmen Anna Eşu bəyan edib ki, 2020-ci ildə Azərbaycan və Türkiyə Ermənistana qarşı əsassız müharibəyə başlayıb. Bu müharibə 6000-dən çox insanın həyatına son qoyub və ən azı 90 000 etnik erməninin didərgin düşməsinə səbəb olub. Eşu onu da vurğulayıb ki, bölgədə minlərlə partlamamış hərbi sursat qalıb və evə qayıtmaq istəyən ailələr üçün ölümcül təhlükə yaradır.

ABŞ Konqresində heç bir dövlətin tanımadığı, Azərbaycanın suveren ərazisində hansısa qondarma quruma maliyyə dəstəyi ayrılması ilə bağlı məsələnin müzakirəyə çıxarılması Bakıya qarşı demarş da hesab oluna bilər. Azərbaycanın razılığı olmadan belə birtərəfli addım atmaq beynəlxalq hüquqa da ziddir.

Üstəlik, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi müharibə az qala işğal kimi qələmə verilir ki, bu da qələbəmizi tanıyan ölkələrə də bir mesajdır. Daha bir məqam, 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan ermənilər orada on minlərlə mina basdırıblar ki, indi bundan əziyyət çəkən yenə Azərbaycan xalqıdır. Müharibə bitəndən bəri isə bir erməninin minaya düşməsi faktı olmadığı halda, minaları təmizləmək adı altında “arsax”a maliyyə dəstəyi ayırmaq “cidanı çuvalda gizlətmək cəhdidir”. Aydındır ki, bu pullar mina adı altında ermənilərin ayaqda qalması, yenidən Azərbaycana qarşı iddialar irəli sürmək gücü yığa bilməsi məqsədilə ayrılır. O da aydındır ki, qondarma rejimə dəstəklə birbaşa separatizmə qahmar çıxmış olurlar. Bu da ABŞ dövlət siyasətinə tam zidd təşəbbüslərdir. Əlbəttə, ermənipərəst konqresmenlər kifayət qədərdir və onlar zaman-zaman bu cür təkliflərlə, qətnamələrlə çıxış ediblər. Lakin Qarabağdakı separatçı rejimin müstəqilliyini heç Ermənistan belə tanımadığı halda Konqresin gündəminə “arsax”a maliyyə ayırmağı gündəmə gətirmək absurddur. Üstəlik, Ermənistan tərəfi bizə minaların xəritələrini təqdim edir, yəni o deməkdir ki, azad etdiyimiz ərazilərdə ermənilər minalar basdırıblar, amma Konqresdə oturan bəziləri isə Xankəndində oturanların dərdini çəkir. Elə bugünlərdə sülhməramlılar da Ağdərə ərazisində minaların təmizlənməsi işində ermənilərə dəstək vermişdi. Belə məlum olur ki, hətta özlərinin yaşadıqları yerləri də minalayıblar.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bu məsələyə sərt reaksiya verdi. E.Nəsirovun sözlərinə görə, ABŞ Konqresində Ermənistanla “dostluq qrupu” fəaliyyət göstərir və 220-dən çox üzvü var. Deputat qeyd etdi ki, onlar hər il qondarma rejimə əlahiddə maliyyə yardımı ayırıblar: “Həm Ermənistana, həm separatçı rejimə pul dəstəyi olub. Azərbaycan tərəfi həmişə məsələni qaldırıb, etirazını bildirib. Bu, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə zidd addımdır. Üstəlik, nəzərə alsaq ki, Amerika həmsədr ölkədir, o zaman bu davranış qətiyyən qəbuledilməzdir”.

Deputat bildirdi ki, qondarma 2020-ci il sentyabrın 27-dək fəaliyyət göstərirdi: “10 noyabrda Ermənistan kapitulyasiyaya imza atdı və belə olan halda orada indi separatçıların tör-töküntüləri fəaliyyət göstərməkdədir. Əslində 10 noyabr sənədinə əsasən separatçı rejimin olan-qalan tör-töküntüləri ərazini tərk etməlidirlər, təəssüf ki, bu bəndi icra etmirlər. Hazırda Qarabağ və Şərqi Zəngəzur var və ABŞ Konqresi qondarma rejimə yardım ayırarsa, o zaman separatizmin dəstəklənməsi anlamına gələcək. Bunu kim edir? Həmsədr ölkənin Konqresi… Amerikalılar özləri buna nonsens deyərdilər. ABŞ rəsmiləri düşünsünlər ki, belə addımlara Azərbaycan ictimaiyyəti necə reaksiya verəcək?”

Deputatın fikrincə, bütün bunlar Minsk Qrupunun buraxılmasını tamamilə həyati tələbata çevirir: “Bu cür riyakar hərəkətlərin adı yoxdur. Müharibə bitdikdən, tənzimləmə prosesi getdikdən sonra yenə ermənipərəst mövqe sərgilənirsə, qəbulolunmaz haldır. Vətən müharibəsinə qədər onların davranışlarını ermənipərəst mövqe adlandırmaq olardı, indisə münaqişə bitib, Amerika zəhmət çəksin, sərhədlərin dəqiqləşdirilməsi işinə, iki ölkə arasında nəqliyyat-kommunikasiyaların bərpası məsələsinə dəstək versin, daha separatizmə yox…”

Müxalifətdə olan AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, həmsədr ölkələr bu məsələnin yekun həllini istəmirlər. Partiya liderinin sözlərinə görə, hər üç ölkə süni şəkildə yaradılmış konfliktin uzanmasına çalışır: “Konqresdə bu qəbildən təkliflərin səslənməsi də separatizmin mövcudluğunu, ömrünü uzatmağa hesablanmış siyasətdir. Bu da ABŞ-Azərbaycan əlaqələrinə xələl gətirən təşəbbüslərdir. Vaşinqton artıq seçim etməlidir – ”arsax”ın, yoxsa Bakının yanındadır…”

T.Abbaslının fikrincə, Azərbaycan nəzəri olaraq terrorçu PKK-ya, yaxud İŞİD-ə dəstək üçün maliyyə ayırsa, Amerika bu addımı kəskin şəkildə pisləyəcək: “O zaman terrorçu yuvasına çevrilən həmin ərazilərdə qalan ”arsax”a hansı məntiqlə minaların təmizlənməsi üçün maliyyə ayrılmasının gündəliyə salınması təklifi səsləndirilir? Əgər ABŞ minaların təmizlənməsinə görə dəstək vermək istəyirsə, Azərbaycana maliyyə ayırsın və biz də bu addımı alqışlayaq. Ümumiyyətlə, Bakı qondarma rejimlə bağlı sərt tələblər qoymalıdır və həmsədr ölkələr qarşısında məsələ qaldırmalıdır. Çünki həddi aşan, separatizmi himayə edən hərəkətlərə yol verilir. Bizim Xarici İşlər Nazirliyinin də məsələyə reaksiyasını gözləyirik. Artıq Qarabağın dağlıq ərazisində olan terrorçuların oradan təmizlənməsi üçün konkret addımlar atılması istənilməlidir. Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq münasibətləri var, müxtəlif sahələrdə, o cümlədən hərbi müstəvidə əməkdaşlıq edilir və bu halda Konqresdə separatçılara dəstək çağırışları yolverilməzdir”.

Oxunub: 692
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-11-2021, 11:17

Daha bir ölkədən Azərbaycana qarşı XAİN ADDIM: "Ermənistanın yanındayıq"

Xəbərlər

1-08-2021, 00:27

“Bakı dərhal qoşunlarını Ermənistandan çıxarmalıdır!” - Amerikalı senatordan İKİÜZLÜ AÇIQLAMA

Xəbərlər

30-07-2021, 08:09

SON DƏQİQƏ: ABŞ Konqresi Azərbaycana HƏRBİ YARDIMI DAYANDIRDI

Xəbərlər

12-03-2021, 08:24

Rusiyadan Azərbaycana qarşı növbəti TƏXRİBAT - VİDEO

Xəbərlər

19-12-2020, 15:48

Daha bir ölkədən Azərbaycana qarşı XAİN ADDIM - Türkiyə dərhal cavab verdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Son xəbərlər
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə