• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xankəndidə GÖRÜŞ: Bakı bütün qondarma qurumların ləğvinə NAİL OLUR

Xəbərlər

13-12-2021, 00:16

Xankəndidə GÖRÜŞ: Bakı bütün qondarma qurumların ləğvinə NAİL OLUR


Hər şey bu cür qala, bu cür davam edə də bilməz, əks halda, biz yeni “status-kvo” ilə üzləşə bilərik.
Yaddaşımızdan çıxıbmış- 1991-ci ilin 10 dekabrında ermənilər sən demə, Qarabağda saxta “müstəqillik referendumu” keçiriblərmiş. İndi isə 30 il əvvəlki o günləri köks ötürərək xatırlayırlar.
Qarabağa qayıtmış köçmən erməni icmasının rəhbəri Araik Arutyunyanın, hələ də özünü “parlament spikeri” kimi təqdim edən Artur Tovmasyanın, eləcə də “xarici işlər nazirliyi”nin bu mənasız təqvimlə bağlı müraciətləri yayılıb. Ənənəvi sarsaq cümlələrdir: “artsax” yaralıdır, amma heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, “mübarizə davam edir” və sairə… İçi boş bəyanatlar olsa da, ermənilərin əhval-ruhiyyəsinin göstəricisi kimi diqqət çəkir.

Arutyunyan müraciətində isə bəzi məqamlar var. O, Rusiya prezidentinə təşəkkür edib və “sülhməramlıların “artsax”da mövcudluğuna təminat verilənə və sülhməramlı qüvvələrə ehtiyac aradan qalxana qədər bölgədə qalmasının vacibliyini” bildirib. İcma rəhbəri müraciətdən anlaşılır ki, qanunsuz silahlıların bölgədən çıxarılması barədə 10 noyabr razılaşmasını yerinə yetirmək fikrində deyillər. “Təhlükəsizliyin təmin edilməsi üçün Müdafiə Ordusunun imkanlarını ardıcıl inkişaf etdirilməliyik. Son bir ildə artıq müəyyən nəzərəçarpacaq işlər görülüb, ildən-ilə biz öz təhlükəsizlik mexanizmlərimizin effektivliyini artıracağıq”.
Daha bir erməni “rəhbəri” Bəyləryanın sözlərinə görə isə Qarabağa Ermənistandan səfərlərin Azərbaycana heç bir dəxli yoxdur. Gözdən əlil olan keçmiş “ombudsman” indi yəqin, həm də ağlını da itirib ki, keçib getdikləri yolun, koridor kimi istifadə etdikləri şəhərin Azərbaycana məxsus olduğunu “unudub”. Bu bəyanatlardan həm də o aydın olur ki, bir neçə ay əvvəllər müqayisədə ermənilər bir az arxayınlaşıb, Rusiya sülhməramlılara güvənləri artıb və bu səbəbdən dilləri də uzanıb.

Ermənilər məskunlaşmış ərazilərlə bağlı Bakının yaxın illər üçün hansı həll planı olduğu haqda bilgi yoxdur. Xankəndinə dəmir yolu xətti çəkmək barədə qərarlılıq yaxşı haldır. Zəngilandan başlayan Ağbənd yolunda da tez bir zamanda görülən işlər adamı sevindirir. Amma gizlətmirəm, bir qarabağlı, orada məskunlaşacaq vətəndaş kimi məni Zəngəzur dəhlizinin taleyindən daha çox, Xankəndi ilə bağlı həll planları düşündürür. Bakının bununla bağlı hansısa proqramı, təklifləri varmı, bundan sonra nə olacaq? Suallar var. Dövləti təntitmək, “bəs, Xankəndi nə oldu” kimi mənasız suallarla işim yox. Hamı başa düşməlidir ki, 30 illlik münaqişənin nəticələrini, 100 illik erməni düşmənçiliyini aradan qaldırmaq asan iş deyil. Tərəflər bu iş üçün ilkin olaraq 5 il zaman götürüblər və sülhməramlılar dəvət edilib. Bəlkə də daha 5 il də lazım olacaq, bu barədə də düşünmək və qərar vermək lazım gələcək. Amma razılaşaq ki, hər şey bu cür qala, bu cür davam edə də bilməz. Əks halda, biz yeni “status-kvo” ilə üzləşə bilərik. Bəs, nə ola bilər?

Bəzi mümkün variantları sadalamaq riskini üzərimizə götürsək- birincisi, Ermənistan və Qarabağın erməni icması Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. (Bundan yan keçməyin heç bir halda mümkün olmayacağını ermənilər də yaxşı anlayırlar, o səbəbdən Ermənistan prosesi uzatdıqca-uzatmaqda maraqlıdır).
İlk addım atılarsa, bundan sonra Bakı ermənilərin təhlükəsizliyinə tam təminat verməlidir, erməni icması ilə heç bir vasitəçisiz (Ermənistanın da iştirakı olmadan) danışıqlar başlaya bilər. Qanunsuz silahların yığılması və ya könüllü təhvil verilməsi ilə eyni zamanda, Azərbaycan 44 günlük müharibədən sonra Qarabağ ərazisində qanunsuz silahlı birləşmələrdə olmuş şəxslərin məsuliyyətə cəlb edilməyəcəyinin razılaşdırılması da mümkündür. Azərbaycanın bütün dövlət strukturlarının (ilkin olaraq icra və polisin) bərpası, buna paralel olaraq qanunsuz erməni strukturlarının ləğvi üçün qrafik tərtib edilməsi də mümkün variantdır. Ermənilərin qondarma qurumları demontaj edildikcə, onu Azərbaycanın qanuni strukturları əvəz edə bilər. Ermənilərə yeni dövlət strukturlarında nə qədər kadr kvotası verilməsini də müəyyənləşdirmək olar.(Bu praktikadan DQMV zamanı istifadə edilib). Ermənilərin 5 il(və ya 10) ərzində Azərbaycanın hansı dövlət strukturlarında işləyə bilməyəcəyi dəqiqləşdirilərək(məsələn, DTX, Xarici Kəşfiyyat İdarəsi və sairə) qanunləşdirilə bilər. Ermənilərin Azərbaycanın istənilən şəhərində(eləcə də istənilən ölkədə) təhsil almaq hüququ tanınaraq, tədricən(müəyyən müddət də müəyyənləşdirmək olar) Ermənistanın təhsil sistemindən tam ayrılması proseduru razılaşdırılmalıdır. İki il sonra erməni əhalisinin tam siyahılaşdırılmasının aparılacağını elan etmək, Azərbaycan ərazisində yaşayan bütün etnik xalqlara tanınan hüquqların ermənilərə də aid olacağı öhdəliyi götürmək, hətta məsələnin necə həssas olduğunu nəzərə alaraq konstitusiya düzəlişində “Qarabağda yaşayan ermənilər” bölümü əlavə etmək mümkün variant kimi nəzərdə keçirmək olar…Davam etmək də olar, amma uzatmağa da gərək yox.

Əlbəttə, Qarabağda məskunlaşmış ermənilərin yenidən bizə dil uzatdıqları vaxtda bunları düşünmək qəribə, hətta fantastika kimi görünə də bilər. Amma ermənilər atılıb-düşəcəklər də, sakitləşəcək də. Ermənilərin bir az ağıllı başları yaxşı anlayırlar ki, artıq 30 il əvvəlki dövr deyil, 3 il əvvəlki zaman heç deyil. Təkcə Qarabağda deyil, bölgədə hər şey dəyişir. O səbəbdən gec-tez bizim dediklərimizə gələcəklər…Bakı buna mümkün həll variantları ilə hazırlaşmalıdır.
/musavat.com

Oxunub: 950
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-05-2021, 13:16

Əliyevin bu sözləri Ermənistanı SİLKƏLƏDİ

Xəbərlər

26-03-2021, 10:00

Ermənilərin Qarabağda HİYLƏGƏR PLANI

Xəbərlər

1-03-2021, 19:16

Ermənilərdən Azərbaycana qarşı TƏXRİBAT

Xəbərlər

18-02-2021, 16:06

Xankəndi Bakıya TABE OLMAĞA başlayır: Ermənilər GERİ ÇƏKİLDİ

Xəbərlər

27-01-2020, 08:20

"Bir qarış da olsa Azərbaycana torpaq qaytarılmayacaq..." - AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
Son xəbərlər
  • Bu gün, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • Bu gün, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • Dünən, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • Dünən, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • Dünən, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • Dünən, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • Dünən, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • Dünən, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Dünən, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • Dünən, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • Dünən, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Dünən, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • Dünən, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • Dünən, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • 29-08-2026, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • 29-08-2026, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • 29-08-2026, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • 29-08-2026, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • 29-08-2026, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • 29-08-2026, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • 29-08-2026, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə