• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
Həzmin pozulması - SİMPTOMLAR VƏ SƏBƏBLƏR
Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
Çiy kələm bu şəxslərə olmaz
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
Qətər 3 iranlı pilotu əsir götürüb
Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Bir qarış da olsa Azərbaycana torpaq qaytarılmayacaq..." - AÇIQLAMA

Xəbərlər

27-01-2020, 08:20

"Bir qarış da olsa Azərbaycana torpaq qaytarılmayacaq..." - AÇIQLAMA



Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri, habelə separatçı regionda keçiriləcək "prezident seçkilərində” namizədliyini irəli sürənlər işğal edilmiş 7 ətraf rayonunun Azərbaycanın nəzarətinə verilməsini də nəzərdə tutan həll variantını istisna edir.

Sfera.az xəbər verir ki, belə reaksiya Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün Qafan şəhərində keçirdiyi mətbuat konfransında etdiyi çağırışa cavab olaraq verilib.

Xəbər verdiyimiz kimi Nikol Paşinyan keçmiş hakimiyyətin Qarabağ məsələsində ona "ağır irs qoyub getdiyini” bildirib. Belə ki, Paşinyan əvvəlki hakimiyyətin zamanında danışıqlar predmeti olan və bu günlərdə erməni KİV-lərində dərc edilən nizamlama variantından ("Madrid prinsipləri”nə əsaslanan həll modeli) sitatlar gətirib. Deyib ki, həmin həll modelinə əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar-Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın (Ermənistanla Dağlıq Qarabağı birləşdirən quru dəhlizini çıxmaqla) Azərbaycana qaytarılır. Sülhməramlıların Dağlıq Qarabağ muxtar vilayətinin inzibati sərhədləri boyu yerləşdirilməsindən sonra Azərbaycanın mülki hakimiyyəti həmin rayonlara qayıdır, qoşunlar çıxarılır. Kəlbəcər isə aralıq dövr üçün ATƏT-in nəzarətində olur. Dağlıq Qarabağ aralıq status alır, regionun yekun hüquqi statusu referendumla müəyyən edilir.

Paşinyan Dağlıq Qarabağda "prezidentliyə namizədlərə” çağırış edib, bildirib ki, onlar və ümumən Ermənistan ictimaiyyəti həmin həll modelini dəstəkləsə o baş nazir kimi dərhal bu sənədi danışıqlar masasına qaytaracaq. Başqa sözlə, Paşinyan Serj Sərkisyanın 10 il müzakirə etdiyi nizamlama variantı üzrə danışıqlar aparmaqdan boyun qaçıraraq məsuliyyəti qarabağlı siyasətçilərin üstünə atıb.

Paşinyanın çağırışına ilk reaksiyanı qondarma "dqr”in keçmiş "baş naziri”, indiki "prezidentliyə namizəd” Araik Arutyunyan verib. Bildirib ki, Paşinyanın bəhs etdiyi həmin nizamlama variantı "qəbuledilməzdir”. Arutyunyanın bildirdiyinə görə, o Sərkisyanın vaxtında da həmin sənədlə razı olmadığını dəfələrlə ifadə edib.

Arutyunyan vəd verib ki, "prezident seçildikdən” sonra bütün ətraf rayonların məskunlaşdırılmasına və inkişaf etdirilməsinə başlayacaq. "Mən bunu az əvvəl Qubadlı (ermənilər rayonun adını indi "vorotan” olaraq dəyişib,-red.) sakinləri ilə görüşümdə də dedim və fürsətdən istifadə edib bütün dünya ermənilərinə öz mesajımı çatdırıram”,-o bildirib.

Qondarma "dqr parlamentinin spikeri” Aşot Qulyan da Paşinyanın çağırışına cavab olaraq "bir qarış da torpaq qaytarmamaq” tezisini müdafiə edib. O bildirib ki, Dağlıq Qarabağın müstəqilliyi minimal məqsəddir, əsas məqsəd Ermənistana birləşməkdir. Və Qulyanın sözlərinə görə, hazırda erməni işğalı altında olan Azərbaycan ərazilərinin heç biri geri qaytarıla bilməz, hətta bunu müzakirə etmək belə yolverilməzdir. (O zaman danışıqlar nə barədə getməlidir, qarabağlı "siyasi xadimlər” bu haqda danışmırlar,-red.)

Dağlıq Qarabağın yeganə müxalifətçisi , "prezidentliyə namizəd” Ayk Xanumyan da Paşinyanın çağırışına reaksiya verib və torpaqların qaytarılmasının müzakirə predmeti olmayacağını bildirib. Habelə indiki "dqr xarici işlər naziri”, digər namizəd Masis Mailyan hələ 2009-cu ildə həmsədrlərə təklif edilən nizamlama variantı ilə razı olmadıqlarını çatdırdığını, indi də bu mövqedə qaldığını deyib.

Müzakirələrə "dqr prezidentliyinə” daha bir namizəd-Ruslan İsraelyan da qoşulub və işğal edilmiş bütün torpaqların "Qarabağ xalqına məxsus olduğunu” bildirib. Onun fikrincə, Qarabağ məsələsini "bütün xalq həll etməlidir”. Və danışıqlar qarşılıqlı güzəştlərə yox, Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini "bütün ətraf ərazilərlə birlikdə tanımasına” əsaslanmalıdır.

Beləliklə, Paşinyanın məntiqi ilə Qarabağ danışıqlarına artıq nöqtə qoymaq olar. Çünki o, Qarabağ məsələsində növbəti populist gediş edərək ətraf rayonların qaytarılmasını, Dağlıq Qarabağın isə referendum yolu ilə müstəqillik əldə etməsinə yol açan, əslində Azərbaycan üçün təslimçiliyə bərabər olan həll modelini ancaq Qarabağda "prezidentliyə namizədlərin” razılığından sonra yenidən masaya qaytara biləcəyini açıqladı. Və dərhal onun çağırışına rədd cavabları gəldi-qarabağlı siyasətçilər hamısı bir ağızdan bildirdilər ki, nəinki 7 rayon, ümumiyyətlə heç bir qarış da olsun torpaq qaytarıla bilməz. Deməli, Paşinyan daha özünü yorub danışıqlar barədə danışmalı deyil. Eləcə də danışıqlar Azərbaycan üçün də bitmiş sayılmalıdır. Axı danışıqlar torpaqların qaytarılmasını da nəzərdə tutmayacaqsa o zaman Azərbaycan niyə vaxtını belə mənasız prosesə sərf edir ki?! /Virtualaz.org

Oxunub: 3 695
Paylaş:
Digər xəbərlər

Xəbərlər

26-01-2020, 00:43

"Bu rayonlar Azərbaycana geri qaytarılır..." - Paşinyandan SENSASİON AÇIQLAMA

Xəbərlər

7-06-2019, 13:10

"Azərbaycana torpaqların verilməsini heç müzakirə belə etmək istəməzdim..." - SENSASİON AÇIQLAMA

Xəbərlər

11-05-2019, 01:39

"Bundan sonra heç kim müdaxilə edə bilməz..." - Paşinyan Qarabağda TƏHDİD ETDİ

Xəbərlər

7-12-2018, 11:27

SON DƏQİQƏ: "Dağlıq Qarabağ boşaldılacaq” - AÇIQLAMA

---

26-09-2018, 22:45

TƏCİLİ!!! Paşinyan BMT tribunasından Azərbaycana MÜHARİBƏ ELAN ETDİ - Dünya şokda!!!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
Son xəbərlər
  • Dünən, 21:06
    Saçları daha sağlam edən 5 məhsul - Tökülmənin qarşısını alır
  • Dünən, 20:19
    Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəldi
  • Dünən, 19:27
    Seutada xaos yaşanır: minlərlə insan “hücuma keçdi”
  • Dünən, 18:19
    Bu qidaları bir yerdə yeməyin, TƏHLÜKƏLİDİR - Dietoloqdan VACİB TÖVSİYƏ
  • Dünən, 16:02
    Cənubi Koreya Prezidentindən Şimali Koreyaya maraqlı təklif
  • Dünən, 13:16
    Tramp SEPAH rəhbərliyi ilə niyə gizli əlaqə yaratdı?
  • Dünən, 12:31
    Həzmin pozulması - SİMPTOMLAR VƏ SƏBƏBLƏR
  • Dünən, 11:23
    Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
  • Dünən, 09:06
    Çiy kələm bu şəxslərə olmaz
  • 15-08-2026, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • 15-08-2026, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • 15-08-2026, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
  • 15-08-2026, 18:38
    Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
  • 15-08-2026, 16:26
    Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
  • 15-08-2026, 14:57
    Qətər 3 iranlı pilotu əsir götürüb
  • 15-08-2026, 13:16
    Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
  • 15-08-2026, 11:33
    BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
  • 15-08-2026, 10:31
    Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
  • 15-08-2026, 10:11
    Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
  • 14-08-2026, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • 14-08-2026, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • 14-08-2026, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • 14-08-2026, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • 14-08-2026, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • 14-08-2026, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • 14-08-2026, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • 14-08-2026, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • 14-08-2026, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • 14-08-2026, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə