• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Diş çürüməsindən qoruyan qida
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
"Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ermənistanın Qarabağla bağlı Rusiyaya qarşı ittihamlarının ŞOK SƏBƏBİ

Xəbərlər

8-12-2021, 09:59

Ermənistanın Qarabağla bağlı Rusiyaya qarşı ittihamlarının ŞOK SƏBƏBİ


Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiya mediasına müsahibəsində “Qarabağın təhvil verilməsini” bu ölkə ilə əlaqələndirməsi ciddi rezonans doğurub.

KONKRET.az xəbər verir ki, spikerin açıqlaması Moskvada heç də sükutla qarşılanmayıb.

Simonyan jurnalistlərlə söhbətində “…siz hesab edirsiniz ki, biz Qarabağı təhvil vermişik. Ermənistan cəmiyyətində də belə bir yanaşma və belə bir rəy var ki, Qarabağı Rusiya təhvil verib. Çünki əgər kimsə Qarabağı təhvil vermək istəyirdisə, burada ”Lavrov planı” da daxil, bir neçə variantlar vardı”, deyib.

Rusiya XİN dərhal bəyanat yayaraq erməni spikerin “Qarabağı Rusiya təhvil verdi” iddiasına etiraz edib: “Bəzi erməni siyasətçilərin Rusiyanın ona məxsus olmayan Dağlıq Qarabağı təhvil verməsi kimi cəfəng fikirləri təkzib etməməsi və mahiyyət etibarilə belə əsassız mülahizələrlə həmrəylik nümayiş etdirməsi dərin təəssüf hissi doğurur”.

Rusiya XİN “Lavrov planı” haqda da geniş izahat verib: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin tənzimləmə planının son redaksiyası tərəflərə 2019-cu ilin iyununda verilib. Bu sənədə görə ”birinci mərhələdə Azərbaycana beş rayonun, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusunun mütləq şəkildə buna bağlanması şərtilə daha iki rayonun qaytarılması nəzərdə tutulurdu”.

Rusiya XİN-in bəyanatında daha sonra deyilir ki, Dağlıq Qarabağın statusuna gəlincə, 2020-ci ilin payızınadək danışıqlar masası üstündə olan təkliflər aşağıdakıları nəzərdə tuturdu: “Dağlıq Qarabağın yekun hüquqi statusu tərəflərin razılaşdığı müddətdə, BMT-nin və ya ATƏT-in egidası altında Dağlıq Qarabağ əhalisinin iradəsini azad ifadə etməsi şəklində ümumxalq səsverməsi yolu ilə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq müəyyən edilir və hüquqi baxımdan icbari xarakter daşıyır”.

Beləliklə, İrəvan məğlubiyyətin məsuliyyətindən yaxa qurtarmaq üçün Rusiyaya qarşı ittiham səsləndirməkdən belə çəkinmir. Bənzər açıqlamalar postmüharibə dönəmində fərqli-fərqli erməni ekspertlərin, siyasətçilərin dilindən səslənib. Lakin bu dəfə danışan rəsmi şəxsdir, spikerdir və birbaşa Kremli günahlandırır. Vaxtilə ironiya ilə baxdıqları həll planlarını, eləcə də “Lavrov planı”nı rədd edən Ermənistanın indi onları yada salmasının anlamı nədir? Sanki Ermənistan həmin plana razılıq veribmiş. Halbuki Ermənistanın hökumət başçısı “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqları pozmuşdu, nə “Lavrov planı”, nə “Madrid prinsipləri”, yaxud “Kazan formatı” əhəmiyyət kəsb edirdi. Əslində Ermənistanda güclənən anti-Rusiya ritorikasının təsiridir ki, Simonyan da müsahibəsində Moskvanı “baiskar” çıxarır. Bununla Ermənistan Rusiyanı qıcıqlandırmaq, təhrik etmək istəyir, yoxsa Qərbə daha da yaxınlaşmaq üçün Rusiyadan qopmağa bəhanələr gəzir?

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın keçmişdə dediyini yada saldı: “Paşinyan bir dəfə fikir işlətdi ki, dünya bizim şikayətlərimizdən bezib. Yəni erməni xalqı olaraq deyinirik, tələb edirik, onlar isə yorulublar. Ona görə erməni xalqına tövsiyə etdi ki, davranışımızı dəyişməliyik. Qəribədir ki, ”Böyük Ermənistan” ideyası ilə yaşayırlar, di gəl nə iradəsi, nə normal dövlətçiliyi və toplumu var. Belə görünür ki, tarixdən erməni haqda deyilənlər düz imiş.

Onlar kiminsə hesabına yaşayır, kiminsə hesabına qalib gəlmək və böyük olmaq istəyirlər. Rus şairlərindən birinin “Balıqçı və kəndçi” şeiri var. Orada yazır ki, “dalğalar böyük olsun, qızıl balıq mənim olsun”. İndi ermənilər də o qədər xülya ilə yaşayırdı ki, onların bu zehniyyətinə, avantürüst fikirlərinə dünyanın dəstək verməsini gözləyirdilər. Hətta bir erməni milyarder demişdi ki, rus əsgəri Qarabağda vuruşmasa, Türkiyə və Azərbaycan növbəti dəfə Rusiyanı işğal edəcək. Görün nə qədər axmaq fikirdir. Əlbəttə, bununla Rusiyanı təhrik etmək niyyəti güdülür”.

R.Nurullayevin sözlərinə görə, hazırda sosial şəbəkələrin Rusiya seqmentində erməniləri məsxərəyə qoyurlar: “Deyirlər ki, niyə rus əsgəri sizə görə ölməlidir? Sizin hansı özəlliyiniz var? Başqa millətlərdən nə ilə fərqlənirsiniz? Ümumiyyətlə, axı siz kimsiniz ki, sizə görə dünyanın geopolitikası dəyişsin?! Ona görə bu cür çıxışları ilə ermənilər özlərini daha da gözdən salır və bu yanaşma özlərinə quyu qazmaqdır”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev hesab edir ki, Simonyanın çıxışı özünüifşa və rəzil etirafdır: “Ermənilər boynuna alır ki, onlara ağa lazımdır, sahibsizdirlər və rus ordusu erməni əsgərinin yerinə döyüşməlidir. Bu ağılla yaşayan millətdir və 44 gündə darmadağın olmağın günahını Rusiyada axtarırlar. Belə çıxır ki, rus qoşunları Azərbaycan Ordusu ilə toqquşmaya girməliydi. Bu zehniyyətin sahibindən nə gözləmək olar?!”

ALDP sədrinin fikrincə, burada Rusiyanı şantaj xətti də görünür: “Demək istəyirlər ki, biz hərbi-siyasi müttəfiq ölkələrik, dəstək vermədiniz, tək qoydunuz, ona görə strateji olaraq Avropanı seçirik. Lakin Rusiya rəsmiləri açıq bəyan ediblər ki, müharibə zamanı Ermənistan silah-sursatla təmin olunub. Elə Şuşada qalıqları tapılan ”İsgəndər – M” raketləri erməni yalanlarını ifşa edir. Sadəcə, onlar deyirdilər ki, silah da verin, özünüz də döyüşüb ölün, qazanan tərəf ermənilər olsun. Sadəcə, zəifliklərini etiraf edirlər”.

F.Əliyevin sözlərinə görə, spikerin açıqlaması məsuliyyətsiz çıxışdır: “Paşinyan hökuməti Ermənistanda elə əhval-ruhiyyə yaradıb ki, müharibənin nəticələrini iki qüvvənin ayağına yazsın – Rusiyanın və keçmiş ”Qarabağ klanı”nın… Yəni öz məsuliyyətini azaltmağa çalışır. Amma Cıdır düzündə sərxoş olan, “Qarabağ Ermənistandır” deyib qızışdırıcı mövqe qoyan, qondarma rejimin “parlament” binasını Şuşaya köçürmək istəyən də özü idi. Eyni zamanda Tovuz istiqamətini hədəfə almaq mövcud siyasi-hərbi hakimiyyətin təxribatları idi və nəticədə 27 sentyabrdan əks-hücum əməliyyatlarına başladıq. Yəni ikinci Qarabağ müharibəsinin nəticələrinin memarı Paşinyan və Ermənistandır, Köçəryan-Sərkisyan cəlladları isə ondan beş betər günahkardılar, mühakimə olunmalıdırlar. Yaxşı olar ki, erməni cəmiyyətini yalanlarla doyurmaqdansa, Rusiya əleyhinə danışmaqdansa, İrəvan qonşularla normal münasibətlər qurmaq, iddialarından əl çəkmək yönündə siyasət aparsın”.

Oxunub: 722
Paylaş:
Digər xəbərlər

Xəbərlər

13-11-2021, 13:59

"Onu Azərbaycana təhvil versəniz, Rusiya səfirliyini partladacağıq..." - Avagyandan təhdid

Xəbərlər

30-09-2021, 18:19

SON DƏQİQƏ: "Xocalı Azərbaycana təhvil verilib..." - SENSASİON İDDİA

Xəbərlər

17-09-2021, 07:40

SON DƏQİQƏ: Bu yüksəklik Azərbaycana TƏHVİL VERİLDİ – Ərazidəki erməni postu GÖTÜRÜLDÜ

Xəbərlər

15-06-2021, 00:25

SON DƏQİQƏ: Erməni hərbçilər təhvil verildi – ANBAAN VİDEO

Manşet / Xəbərlər

7-06-2018, 09:07

Lavrov erməni həmkarı ilə Qarabağı müzakirə edəcək

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Diş çürüməsindən qoruyan qida
Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
Son xəbərlər
  • Bu gün, 12:52
    Diş çürüməsindən qoruyan qida
  • Bu gün, 10:25
    Xəzər dənizi ilə bağlı yeni plan: İran 91 illik iddiasından geri çəkilə bilər
  • Bu gün, 09:08
    Ürək və qan damarları üçün limondan hazırlanan - RESEPTLƏR
  • Dünən, 21:48
    Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir? ZİYANLARI
  • Dünən, 20:12
    Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
  • Dünən, 18:13
    Qan qrupu xəstəlik riskini dəyişir: alimlərdən yeni kəşf
  • Dünən, 17:02
    Hava ilə bağlı yeni xəbərdarlıq – Son 1000 ilin ən güclüsü gəlir!
  • Dünən, 16:00
    "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək
  • Dünən, 15:10
    İsti hava ürək üçün təhlükə yaradır: həkimlər xəbərdarlıq edir
  • Dünən, 14:52
    Biz hazır olmalıyıq: Rusiya nə vaxt hücuma keçəcək?
  • Dünən, 13:55
    Maaş və pensiyalar bu tarixdə artacaq - Rəqəm açıqlandı
  • Dünən, 12:55
    Pomidordan insana keçir: Üzərində bu əlamətlər görünsə, qəti yeməyin
  • Dünən, 11:48
    Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
  • Dünən, 10:18
    Macarıstanda kişi təyyarə qaçıraraq “Paks” AES-ə doğru uçdu
  • Dünən, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • 29-08-2026, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • 29-08-2026, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • 29-08-2026, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • 29-08-2026, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • 29-08-2026, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • 29-08-2026, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • 29-08-2026, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • 29-08-2026, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • 29-08-2026, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • 29-08-2026, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • 29-08-2026, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • 29-08-2026, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • 29-08-2026, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə