Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı Suriya başda olmaqla, regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub.
Qeyd edilib ki, Ankara-Moskva xəttində diplomatik trafik intensivləşib.