İran nüvə proqramı ilə bağlı istənilən danışıqlara açıqdır.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölkəsinin İslamabaddakı səfirliyində analitik mərkəz rəhbərləri və alimlərlə keçirdiyi görüşdə deyib.
Laricaninin sözlərinə görə, Tehran yalnız real və konstruktiv danışıqları qəbul edir, süni və formal təmaslar İran üçün qəbuledilməzdir.
O, qeyd edib ki, ABŞ özünü qlobal proseslərin əsas mərkəzi kimi təqdim etməyə çalışır. Ancaq bu, sadəcə özünü aldatmaqdır.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, Laricani İslamabada səfəri çərçivəsində Pakistan rəsmiləri ilə də görüşlər keçirib.