• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Yağış nə vaxt kəsəcək? - Açıqlama
Zəifliyə səbəb olan qidalanma vərdişləri
Putin onları yola salan kimi bu ölkəyə getdi
Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İRANA QADAĞA: Rusiya və Türkiyədən Tehranın TAB GƏTİRƏ BİLMƏYƏCƏYİ ADDIM / ŞƏRH

Xəbərlər

14-10-2021, 20:29

İRANA QADAĞA: Rusiya və Türkiyədən Tehranın TAB GƏTİRƏ BİLMƏYƏCƏYİ ADDIM / ŞƏRH


İranın son zamanlar kəskin çıxışları onun siyasi müqəddaratı ilə yanaşı iqtisadi potensialına da ciddi təsir edir. Azərbaycan ilə bağlı uğursuz mövqeyi İranı təkcə Azərbaycan tərəfdən deyil, Rusiya kimi böyük gücə malik ölkələrin də iqtisadi təzyiqlər etməsinə səbəb olur.

Kanal.az xəbər verir ki, məsələ barədə Metbuat.az-a-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildidi ki, hazırda regionda yaranmış bu vəziyyətin arxasında siyasi proseslər durur. Həmin məsələlərdən ən vacibi Zəngəzur dəhlizi ilə bağlı olandır. Eldəniz Əmirov deyir ki, İrandan və Gürcüstandan başqa Zəngəzur dəhlizinin açılmasına etiraz edən dövlət yoxdur. Dörd ölkə, həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya dəhlizin açılmasını dəstəkləyirlər. Hətta etiraf etməsə də Ermənistanın daxilində də bu dəhlizin açılmasına ciddi maraq göstərən şəxslər var. Bəs İranın “qarnını ağrıdan”, uzun müddətdir diqqəti özünə cəlb etməyə çalışdığı qeyri-adekvat davranışların səbəbi olan dəhliz məsələsinin kökündə yatan iqtisadi məsələ nədir?

Eldəniz Əmirov: “Yaya doğru qiymətlərdə yenə dalğalanmalar ola bilər”

“İran bilir ki, Zəngəzur dəhlizinin açılması, dörd ölkə (Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan)üçün böyük perspektivlər açacaq. Bu da İrana həmçinin də Gürcüstana sərf etmir. Ona görə sərf eləmir ki, məhz bu dəhlizin istifadəyə verilməsindən sonra bu iki ölkə öz aktuallığını itirmiş olacaqlar. Bildiyiniz kimi, Azərbaycan Naxçıvanla əlaqə yaratmaqdan ötrü İranın nazını çəkməli olurdu. Hazırda Zəngəzur dəhlizinin açılmaması üçün İran Ermənistana qoşun salıb və ya Azərbaycanla sərhəddə təlimlər keçirərək buna öz düşüncəsində etiraz etsə də, uzun müddətli buna qarşı çıxa bilməyəcəkdir. Bu maneəni İran təkcə Azərbaycana yox Rusiya və Türkiyəyə qarşı da edir. Ona görə də bu ölkələr körpüləri yandırmamaq şərti ilə İrana müəyyən iqtisadi təzyiqlər edirlər”.

Eldəniz Əmirov qeyd etdi ki, Rusiyanın meyvə-tərəvəzi geri qaytarmaqla bağlı qərarı, Türkiyənin sərhədi bağlaması, və s addımlar İrana Zəngəzur dəhlizi ilə bağlı niyyətinə cavabdır.

“İran regionda özünün təkləndiyini fərqində olmalıdır. Nəticədə o regionun bütün ölkələrinə qarşı çıxmış sayılır.Bu da böyük siyasi səhv deməkdir. Siyasi səhvlər isə iqtisadiyyatı dağıdan əsas amildir”.

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Regionlararası İdarəsi, bu ilin oktyabr ayının əvvəlindən İrandan 20 ton almanın, 17,2 ton gül kələmin və 16,5 ton bibərin Rusiya bazarına daxil olmasına icazə verməyib. Yeni məlumatlara əsasən ixracına müvəqqəti məhdudiyyət qoyulmuş alma məhsullarının ixracının təmin edil­məsi ilə bağlı görü­lmüş tədbirlər nətic­əsində Rusiya tərəfi­ndən Azərbaycanda 70 müəssisənin alma ixracına icazə verilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov deyir ki, Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin strateji əhəmiyyətini də artıracaq.

“Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq”.
O qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq.

“Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edəcəkdir”.

Oxunub: 1 028
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-10-2021, 17:26

İrana Zəngəzur dəhlizi ilə bağlı sadə izah: Söz sahibi Tehran yox, Bakıdır!

Xəbərlər

7-10-2021, 00:41

SON DƏQİQƏ: “İran Zəngəzur dəhlizinə ordu ilə QARŞI ÇIXACAQ”

Xəbərlər

23-09-2021, 22:15

SON DƏQİQƏ: İrəvan Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ

Xəbərlər

29-04-2021, 11:00

Azərbaycan və Türkiyə orduları Zəngəzura daxil olur? - AÇIQLAMA

Xəbərlər

14-04-2021, 22:54

Zəngəzur dəhlizi: İran faydalanmaq niyyətindədir, Gürcüstan isə düşünür - ŞƏRH

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Son xəbərlər
  • Bu gün, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • Bu gün, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • Bu gün, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • Bu gün, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • Bu gün, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • Bu gün, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • Bu gün, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • Bu gün, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • Dünən, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • Dünən, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • Dünən, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • Dünən, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • Dünən, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • Dünən, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • Dünən, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • Dünən, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • Dünən, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • Dünən, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • Dünən, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • Dünən, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • Dünən, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • 7-09-2026, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • 7-09-2026, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
  • 7-09-2026, 16:11
    Putinin Əliyevə zəngi: Niyə indi və Moskva nə istəyir?
  • 7-09-2026, 15:49
    Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
  • 7-09-2026, 14:59
    Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir
  • 7-09-2026, 13:13
    Ərdoğan PK-nı toplayır: Müharibə və Hörmüz...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə