• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
Bu qidalanma uzun və sağlam həyat şansını artırır
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Rusların Qarabağdan çıxmaq ehtimalı ARTIR, çünki…” – Bölgədə durum artıq DƏYİŞİR

Xəbərlər

16-09-2021, 08:03

“Rusların Qarabağdan çıxmaq ehtimalı ARTIR, çünki…” – Bölgədə durum artıq DƏYİŞİR


“Kreml Azərbaycan ordusunun Şuşadan sonra Xankəndinə enməsinin – Qarabağın tamamına nəzarət etməsinin qarşısını aldı. Qarabağda Rusiya hərbçilərinin yerləşdirilməsi böyük güzəştimiz idi”.

KAİM.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri 10 noyabr bəyanatına riayət etməyərək səlahiyyətlərini aşır və faktiki erməni separatçılarını himayə edirlər:

“Ötən 9 ay ərzində artan təxribatlar da bundan xəbər verir. Bu sıraya Rusiya hərbçilərinin Laçın dəhlizində “təlimlər” keçirməsindən, bayraq qaldırmasından və bölgədə tikinti işləri aparmasından tutmuş, İrandan gələn yüklərinin Qarabağa buraxılmasına qədər faktları aid etmək olar.

10 noyabr bəyanatına görə, Azərbaycan istəməsə 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər. Azərbaycan XİN-nin bəyanatlarında və rəsmilərin açıqlamalarında “bölgədə müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi işlənir. Yəni rəsmi Bakı və Azərbaycan cəmiyyəti rusiyalı hərbçilərin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyir. Əlbəttə, bu asan başa gəlməyəcək, rusiyalı hərbçilər bölgəni tərk etməsin deyə, bölgədə fərqli təxribatların reallaşacağı istisna deyil. Bütün hallarda dialoq şəraitində rusiyalı hərbçilərin bölgəni tərk etməsi əsas vəzifəmizdir. Bu mümkündür.

Rusiya-Azərbaycan münasibətləri tarixində Moskvanın Bakının qərarlarıyla hesablaşdığı durumlar az deyil”.

Elxan Şahinoğlu xatırladıb ki, Rusiya 1990-cı illərin əvvəllərində Azərbaycanın Qərb şirkətləri ilə birgə Xəzərdə zəngin enerji yataqlarının istismarına mane olmaq istəyirdi:

“Bunun üçün Moskva Azərbaycana qarşı bütün təzyiq mexanizmlərini işə salmışdı. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı hətta BMT-yə şikayət etmişdi. Rusiyanın BMT-yə göndərdiyi şikayət məktubunda bu yazılırdı: “Rusiya Xəzər dənizində birtərəfli təşəbbüslərin əleyhinədir, qanunsuz sazişləri tanınmayacaq”.

Buna baxmayaraq, Xəzərdəki yataqların istismarı məqsədilə Bakıda 1994-cü ilin sentyabrın 20 “Əsrin müqaviləsi” imzalandı. Rusiya dediyini etmədi və ya etmək istəmədi. Çünki “Əsrin müqaviləsi”ndə Rusiyanın “Lukoyl”u pay almışdı. Yəni öz şirkətinin iştirak etdiyi müqavilənin əleyhinə çıxmaq məntiqsiz olardı. Bununla rəsmi Bakı Kremli geri addım atmağa məcbur etdi.

Rəsmi Bakı ikinci dəfə Xəzərin statusu məsələsində Kremli əvvəlki mövqeyindən çəkindirdi. Kreml Xəzərin statusunun müəyyənləşdirilməsi məqsədilə aparılan danışıqlar zamanı da Qərb şirkətlərini bölgəyə gəlişinin qarşısını almağa çalışırdı. Xəzərsahili ölkələrdən əsasən Azərbaycan buna qarşı çıxırdı və Kreml məcbur qalıb bu siyasətini də korrektə etdi”.

Politoloq bildirib ki, Rusiya Xəzərdən çıxarılan neft və qazın dünya bazarlarına çatdırılması məsələsində də Azərbaycanın ortaya qoyduğu reallıqları qəbul etdi:

“Kreml Azərbaycanın Xəzərdən çıxardığı neft və qazı yalnız Rusiya üzərindən dünya bazarlarına nəql olunmasını istəyirdi. Rəsmi Bakı Rusiyanın təzyiqinin artacağını nəzərə alaraq “əsrin müqaviləsindən” sonra Bakı-Novorosiysk kəmərini işə saldı. Rəsmi Bakı Kremli rahatlatdıqdan sonra Türkiyə və Qərb şirkətləri ilə birgə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə başladı və uğurla yekunlaşdırdı. Hazırda Azərbaycan nefti və qazı əsasən Türkiyə üzərindən dünya bazarlarına çatdırılır, Bakı-Novorosiyk kəməri isə ara-sıra işləyir.

Kreml Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə mane ola bilməsə də, təcili Tengiz-Novosiysk kəmərini inşa etdi. Kremlin məqsədi Qazaxıstanın zəngin “Kaşaqan” yatağından çıxarılacaq neftin Rusiya ərazisindən nəqlini təmin etmək idi. Çünki Kreml ehtiyat edirdi ki, Qazaxıstan da öz neftini Bakı-Tiflis-Ceyhan boru xətti ilə nəql edəcək. Qazaxıstan bu gün Rusiya marşrutundan (tələsik inşa edilən Tengiz-Novorosiyk kəmərində isə tez-tez qəzalar baş verir, neft Qara dənizə axıdılır) istifadə etsə də, Bakı-Tiflis-Ceyhan boru kəmərindən də yararlanır. Moskvanı bu planı da alınmadı.

Növbədə Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi və Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən nəqli məsələsi gəlir. Rusiya buna da etiraz edir, ancaq arqumenti yenə zəfdir, çünki özü Qara və Baltik dənizlərinin dibi ilə boru xətləri inşa edərək Türkiyə və Avropaya qaz nəql edir.

Rusiyanın yaxın keçmişdə Azərbaycanın qərarları ilə hesablaşdığını nəzərə alaraq, rəsmi Bakının bir başqa qərarını da nəzərə alacağını – hərbçilərini Qarabağdan çıxaracağı ehtimalı yüksəkdir. 1990-cı illərin əvvəllərində Rusiyanın hərbi bazalarının Azərbaycandan çıxarılmasını təmin etmişiksə, bunu yenə təkrarlaya bilərik”. // Kanal.az

Oxunub: 841
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-08-2021, 13:03

Rusiya Qarabağda döyüş hazırlığına BAŞLADI

Xəbərlər

7-07-2021, 00:50

Rusiya hərbçiləri Ermənistan-Azərbaycan sərhədinə yeridilir? - Baş Qərargahdan AÇIQLAMA

Xəbərlər

10-06-2021, 20:27

Rusiya sülhməramlıları Qarabağdan nə vaxt gedir? - AÇIQLAMA

Xəbərlər

4-03-2021, 00:18

Bəyanat POZULUR: İrəvan Rusiya ilə bunu müzakirə EDƏ BİLMƏZ

Xəbərlər

26-11-2020, 00:42

SON DƏQİQƏ: Türkiyə hərbçiləri bu ərazilərdə XİDMƏT APARACAQ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Susuzluğun qarşısını almağın ən sadə yolu
Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
Qan şəkərini azaltmağa kömək edən 4 qida
Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
Son xəbərlər
  • Dünən, 21:27
    Susuzluğun qarşısını almağın ən sadə yolu
  • Dünən, 20:42
    Xameneidən Pezeşkiana XƏBƏRDARLIQ - "Məsələ bununla bitəcək"
  • Dünən, 18:17
    Uşaqlarda qarın ağrısı hansı hallarda təhlükəlidir?
  • Dünən, 17:32
    ABŞ-dan Hörmüz açıqlaması: Razılaşma bu gün və ya sabah əldə oluna bilər
  • Dünən, 15:13
    Qan şəkərini azaltmağa kömək edən 4 qida
  • Dünən, 14:50
    Yunanıstanı qarışdıran 4,5 milyardlıq İsrail layihəsi: Türkiyə ikiqat cavab verəcək
  • Dünən, 13:46
    Yaponiya silahlanmanı sürətləndirir: Bu 3 ölkədən təhlükə var
  • Dünən, 12:51
    Bu qidalanma uzun və sağlam həyat şansını artırır
  • Dünən, 11:07
    Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
  • 3-08-2026, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • 3-08-2026, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • 3-08-2026, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • 3-08-2026, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • 3-08-2026, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə