Valideynləri peyvənd olunmayan uşaqların məktəbə buraxılmayacağı barədə iddialar yer alıb.
Bir qrup valideyn bildirib ki, uşaqları təhsil aldığı məktəbdə onlardan koronavirus əleyhinə COVID-19 pasportu tələb olunub.
Təhsil Nazirliyindən "oxu.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.