• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj
MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
SEPAH-ın yeni planı: Hörmüz boğazından Qırmızı dənizədək...
İki ölkədən nüvə silahı xəbərdarlığı: İstifadə etməyə hazırıq!
Qan təzyiqini necə aşağı salmaq olar? - Məsləhətlər
Pensiya və sosial müavinətlərlə bağlı yenilik
Rusiya Bakı və İrəvanı itirir, tək qalıb – Zelenski
Babasil, qəbizlik, öskürək, saçların tökülməsi... - UCUZ VƏ TƏBİİ ÇARƏ
Həftəsonunu evdə keçirənlər "sıxıcı" deyillər: Psixologiya izah edir
Atlama ipi arıqlamağa kömək edirmi? Məşqçi həqiqəti açıqladı
Tramp İranla bağlı xəttini dəyişdi – İsraillə qarşıdurmanın arxasındakı gizli detal
Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ
Dırnaqlarda və ayaqlarda görünən 4 xərçəng əlaməti
London, Paris, Berlin və Kiyev arasında 5 şərt: Müharibə bitir?
Azərbaycanda yeni qadağa gündəmdə: limit qoyulacaq - Detallar
Bu şəxslərin beyni daha gec YAŞLANIR
Paşinyanın qələbəsi, dəyişən güc balansı və Rusiya amili - Regionda nələr olacaq?
İrana hücumlarda ABŞ iştirak edir?
Gözümüzü günəş şüasından necə QORUYAQ?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Şuşada maşının arxası erməni qadınlarla dolu idi, hamısı da..." - Polkovnikdən AÇIQLAMA

Xəbərlər

12-07-2021, 20:00

"Şuşada maşının arxası erməni qadınlarla dolu idi, hamısı da..." - Polkovnikdən AÇIQLAMA


Bunu Milli.Az-a açıqlamasında ermənilərin son günlər yenidən müxtəlif istiqamətlərdə atəşkəsi pozmaları faktını şərh edən peşəkar hərbçi, ehtiyatda olan polkovnik Azay Kərimov deyib.

Polkovnik bildirib ki, Rusiya sülhməramlıları ya 10 noyabr bəyanatının şərtini yerinə yetirməlidir, ya da antiterror əməliyyatı başlamalıdır:

"1990-cı ilin axırları, 1991-ci ilin əvvəlləri idi, o vaxtı da ermilərlə azərbaycanlılar arasında ruslar dayanırdılar. Hər bir Azərbaycan kəndi ilə erməni kəndi arasında SSRİ daxili qoşunlarının qüvvələri dayanırdı, indiki dildə desək, sülhməramlılar. Güya ki, bizi bir-birimizdən qoruyurlar. Onların sayı cəmi 8, 9 nəfərdən ibarət idi, amma ərazi hektarlarla ölçülürdü. Yəni mütləq deyil ki, hansısa bir silahlı, diversant gəlsin onların postundan keçsin. Diversant istəsə başqa yerdə də çox rahatlıqla fırlanıb, keçə bilərdi. Biz də fırlanıb keçirdik, onlar da fırlanıb keçirdilər. Yəni deməyim odur ki, 1988-ci il təkrarlanır.

Bunu mənə yüksək rütbəli rus zabitləri də deyib

Demək, 1991-ci ilin əvvəli idi, Şuşa ilə Xankəndinin arasında Ağa körpüsü var idi. Ermənilər ruslara (SSRİ daxili qoşunlarının qüvvələrinə - red) pul vermişdilər ki, sən sürücünün başını qat, biz Kamaz-ın altına bomba qoyacağıq. Bunu İsmət Qayıbov (Azərbaycan Respublikasının ilk Baş Prokuroru) sübut etmişdi və həmin erməniləri tutub, Şuşa türməsinə basmışdılar. Demək, rus əsgəri də gedib, Kamaz sürücüsündən sənəd tələb edib, bu məqamda kabinkanın altına saat mexanizmi ilə işləyən bomba qoymuşdular. Və cəmi 20 dəqiqədən sonra həmin Kamaz Şuşa yolunda partlamışdı.

Rus həmişə deyir ki, "mənim silahımın lüləsi neytraldır. Kim mənə çox pul versə, pul verməyən tərəfdən onu qoruyacağam. Bunu mənə yüksək rütbəli rus zabitləri də deyib, briqada komandirləri də deyib. Mən rus ordusunda 14 il xidmət etmişəm. Mənim ruslarla zabit kimi çox səmimi söhbətlərim olub. Özləri etiraf edirdilər ki, mənim silahımın lüləsi neytraldır. Bu, faktdır, həqiqətən də belə olub.

Sürünə-sürünə yaxınlaşdım o maşına...

Həmin ərəfələrdə Xankəndinə çatmamış sərnişin avtobusu partladıldı. Eyni mənzərə - əsgər sürücünün başını qatıb, sənəd tələb edir, erməni gəlib həmin avtobusun altına bomba qoyur. Yəni ruslar 1990-cı illərin əvvəllərində də pul alıb, belə işlər çox görüblər.

Açıq bir söz deyim, hər bir insana can şirindir. Ruslara o qədər isti-soyuğu yoxdur ki, onlar xidməti vəzifəsini layiqincə yerinə yetirsinlər. Və yaxud da rus əsgərinə kifayətdir ki, bir butulka araq verəsən və icazə istəyəsən. Mən bunun dəfələrlə şahidi olmuşam. Bir gün (I Qarabağ müharibəsindən qabaq) cəmi bir Qaz-66 maşınla Şuşanın Malıbəyli kəndi atəşə tutuldu. Sürünə-sürünə yaxınlaşdım o maşına. Gördüm maşının arxası doludur erməni qadınlarla, hamısı da lül-piyan. Azərbaycan kəndini məcbur edirlər ki, bunlara atəş açsınlar. Yəni ermənilər elə hiyləgərdilər ki, mən bir hərbiçi kimi deyirəm ki, 1988-ci il təkrar olunur. Sadəcə olaraq o vaxt onlar 366-cı Motoatıcı Alayın sayəsində çox güclü idilər, indi Azərbaycan güclüdür.

Ermənilər bunun profesionallarıdır

Ona görə də bu hiyləgərlik ermənilərdə varsa, bundan sonra onların təxribat planlarını çox görəcəyik. Prezident, Ali Baş Komandan elan edəndə ki, biz Zəfər yolu çəkəcəyik, bir hərbçi kimi ağlıma ilk gələn ermənilərin terror planları oldu. Yəni meşələr mövsümə görə yaşıllaşacaq, hər yer kol-kos, ətraf maskalanacaq, bu da erməni terroruna zəmin yaradacaq. Ermənilər bunun profesionallarıdırlar. Belə hadisələr çox olacaq, ta o vaxta kimi ki, Azərbaycan antiterror əməliyyatı aparacaq. Buna da hüququ çatır, etməlidir.

Həmin illərdəki hadisələr təkrar olunacaq

Xankəndindən separatçı rejimin silahlı qalıqları çıxarılmayana qədər ermənilərin işğaldan azad edilmiş ərazilərdə terror əməlləri, təxribatları davam edəcək, qurbanlar çox olacaq. Məsələn, 1991-1992-ci illərdə belə bir tendensiya, "dəb" yaranmışdı: Əgər bu gün 3 erməni ölürdüsə, sabah 6 azərbaycanlı ölməlidir. Əgər bu gün 5 nəfər azərbaycanlı ölürdüsə, sabah 10 erməni ölməlidir, qana qan idi. Ya Azərbaycan qarşısına dəqiq məqsəd qoyub, bu terroristləri oradan çıxarmalıdır, ya da ki, həmin illərdəki hadisələr təkrar olunacaq. Bunu da yenə rusların əli ilə edəcəklər.

Haqq-hesaba qadınları qatacaqlar

2003-cü ildə mən Ağdamda yüksək vəzifəli komandir idim. Mən həmin vaxt həmişə ermənilərin bir-birləri ilə "rasiya" ilə danışıqlarını tuturdum. Erməni komandirləri bir-biri ilə danışırdılar ki, "qardaş, qurban olum sənə, atmaq, qıcıqlandırmaq lazım deyil", yəni bizi nəzərdə tuturdular. O biri də buna cavab verirdi ki, "qardaş, mən öhdələrindən gələ bilmirəm. Hamısı muzdlulardı, içirlər, atırlar, içirlər, atırlar". Onların ordusunda heç vaxt nizam-intizam olmayıb, yiyəsizxana olub həmişə. Mən sizə faktları sadaladım. Yəni biz antiterror əməliyyatı aparıb rus sülhməramlılarının nəzarətindəki ərazilərdən erməni silahlı birləşmələrini çıxarmasaq, bu, rusların əli ilə yenə olacaq, 1988-ci illərin hadisələri təkrarlanacaq - haqq-hesaba qadınları qatacaqlar, içkini qatacaqlar, pulu qatacaqlar, terror da olacaq. Bunun baş verməməsi üçün ya antiterror əməliyyatı olmalıdır, ya da ki, həmin ərazilərdən bütün erməni silahlıları son nəfərinə kimi çıxarılmalıdır. Onlara vaxt qoyulmalıdır ki, məsələn, bir aya kimi vaxt veririk. Necə ki, Ağdam, Kəlbəcər, Laçın edildi.

Azərbaycan antiterror əməliyyatına başlayacağını elan etməlidir

Biz onlara 10 gün vaxt verdik ki, o rayonlardan (Ağdam, Kəlbəcər, Laçın) daşınıb getsinlər. Onlar isə bu müddət əvəzində həmin əraziləri minaladılar. Yən, ermənilərə etibar yoxdur. Ya biz hücum edib, bütün erməni separatçılarını tərksilah etməliyik, ya da rus sülhməramlılarına vaxt qoymalıyıq ki, 10 noyabr bəyanatının müddəasını icra etsinlər. İcra etməyəcəyi təqdirdə Azərbaycan antiterror əməliyyatına başlayacağını elan etməlidir. Bunun üçün də Azərbaycanda hər şey var.

Xankəndi və onun ətrafı üçün 2 gün vaxt lazımdır

44 günə o boyda ərazini qaytaran adama Xankəndi və yaxud onun ətrafı üçün 2 gün vaxt lazımdır. Cəmi 2 gün...".

Təhməz Əsədov
Milli.Az

Oxunub: 478
Paylaş:
Digər xəbərlər

Xəbərlər

7-06-2021, 13:08

Erməni polkovnikdən Azərbaycana GÖZLƏNİLMƏZ TƏKLİF: Mina xəritələrini istəyirsinizsə, bunu edin

Xəbərlər

28-02-2021, 18:57

”Qarabağdakı ermənilər yeni müharibəyə hazırdır” - Erməni generaldan ŞOK AÇIQLAMA

Xəbərlər

16-12-2020, 01:08

Qarabağda yeni əməliyyat: Ruslar erməniləri XƏBƏRDAR ETDİ

Xəbərlər

3-12-2020, 01:02

"Sülhməramlılar buna niyə göz yumur..." - Rusiyalı jurnalistdən SENSASİON AÇIQLAMA

Xəbərlər

2-12-2019, 11:29

"Türkiyə Naxçıvandan Ermənistana qoşun yeridəcək..." - ŞOK AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj
MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
SEPAH-ın yeni planı: Hörmüz boğazından Qırmızı dənizədək...
İki ölkədən nüvə silahı xəbərdarlığı: İstifadə etməyə hazırıq!
Qan təzyiqini necə aşağı salmaq olar? - Məsləhətlər
Son xəbərlər
  • Bu gün, 17:55
    Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj
  • Bu gün, 16:27
    MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?
  • Bu gün, 15:11
    Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
  • Bu gün, 14:46
    SEPAH-ın yeni planı: Hörmüz boğazından Qırmızı dənizədək...
  • Bu gün, 13:48
    İki ölkədən nüvə silahı xəbərdarlığı: İstifadə etməyə hazırıq!
  • Bu gün, 12:14
    Qan təzyiqini necə aşağı salmaq olar? - Məsləhətlər
  • Bu gün, 11:04
    Pensiya və sosial müavinətlərlə bağlı yenilik
  • Bu gün, 10:22
    Rusiya Bakı və İrəvanı itirir, tək qalıb – Zelenski
  • Bu gün, 09:09
    Babasil, qəbizlik, öskürək, saçların tökülməsi... - UCUZ VƏ TƏBİİ ÇARƏ
  • Dünən, 22:43
    Həftəsonunu evdə keçirənlər "sıxıcı" deyillər: Psixologiya izah edir
  • Dünən, 21:13
    Atlama ipi arıqlamağa kömək edirmi? Məşqçi həqiqəti açıqladı
  • Dünən, 20:17
    Tramp İranla bağlı xəttini dəyişdi – İsraillə qarşıdurmanın arxasındakı gizli detal
  • Dünən, 19:32
    Azərbaycanda yaxın vaxtlarda güclü zəlzələ gözlənilir? - RƏSMİ
  • Dünən, 18:25
    Dırnaqlarda və ayaqlarda görünən 4 xərçəng əlaməti
  • Dünən, 17:04
    London, Paris, Berlin və Kiyev arasında 5 şərt: Müharibə bitir?
  • Dünən, 16:27
    Azərbaycanda yeni qadağa gündəmdə: limit qoyulacaq - Detallar
  • Dünən, 15:55
    Bu şəxslərin beyni daha gec YAŞLANIR
  • Dünən, 14:55
    Paşinyanın qələbəsi, dəyişən güc balansı və Rusiya amili - Regionda nələr olacaq?
  • Dünən, 13:23
    İrana hücumlarda ABŞ iştirak edir?
  • Dünən, 12:33
    Gözümüzü günəş şüasından necə QORUYAQ?
  • Dünən, 11:40
    Belarus NATO üçün təhlükədir - Qof
  • Dünən, 10:19
    Seçkilərdə qalib gələn Paşinyandan Azərbaycana müraciət: Çox tezliklə...
  • Dünən, 09:08
    Ürəyi gücləndirən dəmləmə - Resept
  • 7-06-2026, 22:14
    Günlər uzanır: Planetimizin fırlanması yavaşlayır - Səbəb
  • 7-06-2026, 21:33
    Bronxitin əlamətləri hansılardır? Necə müalicə olunur?
  • 7-06-2026, 20:46
    Zelenskinin həmləsi Putini çətinə saldı, ruslar heyrət içində – 26 il…
  • 7-06-2026, 19:37
    İsraildə terror oldu: Ölən və yaralananlar var
  • 7-06-2026, 18:41
    Böyrəkotu çayının faydaları
  • 7-06-2026, 17:31
    Seçkilərdə məğlub olsaq... – Simonyan
  • 7-06-2026, 16:09
    Metro və avtobuslarda gedişhaqqı dəyişir? – Yeni ödəniş sistemi belə olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə